Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

On azərbaycanlı tələbə Kiyevdən çıxarılıb - Komitədən açıqlama

© REUTERS / JAKUB STEZYCKIPolşa-Ukrayna sərhədində keçid məntəqəsi
Polşa-Ukrayna sərhədində keçid məntəqəsi - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Abunə olmaq
Tələbələr uyğun şərait yaranan kimi Ukrayna ilə həmsərhəd olan ölkələrdən birinin ərazisinə keçiriləcək və oradan Azərbaycana təxliyə olunacaqlar.
BAKI, 28 fevral — Sputnik. Bir neçə gündür Kiyevdəki yaşayış binalarından birinin yeraltı avtodayanacağında çətin vəziyyətdə qalan 9 azərbaycanlı tələbə Ukrayna paytaxtını tərk edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, onların sıralarına daha bir tələbə soydaşımız qoşulub və qatarla Kiyevdən daha təhlükəsiz istiqamətə yola düşüblər. Diasporla İş üzrə Dövlət Komitəsi bildirib ki, tələbələrlə daimi əlaqədədir, onların valideynlərindən və yaxınlarından narahat olmamağı xahiş edir.
Tələbələr uyğun şərait yaranan kimi Ukrayna ilə həmsərhəd olan ölkələrdən birinin ərazisinə keçiriləcək və oradan Azərbaycana təxliyə olunacaqlar.
Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirir.
Qeyd edək ki, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov isə bildirib ki, konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı prosesini davam etdirir: "Ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox soydaşımız qeydiyyata alınıb və onlar təhlükəsizlik məsələləri ilə bağlı təlimatlandırılıb.
Eyni zamanda, ən təhlükəli bölgələrdən 30 nəfər həmvətənimiz Xarkov şəhərindən Ukrayna-Polşa sərhədinə evakuasiya edilib. Fəxri konsulluq Xarkov vilayət administrasiyasının operativ qərargahı ilə kommunikasiya kanalı formalaşdırılıb və vəziyyətdən asılı olaraq həmvətənlərin evakuasiyası prosesi davam etdiriləcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Diaspora ilə iş üzrə Dövlət Komitəsinin rəhbərliyi prosesi daim nəzarətdə saxlayır. Xarkov vilayətində vəziyyətinin ərazisində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna görə bir daha həmvətənlərin olduqları yerləri tərk etməməyə, hərbi obyektlərin yerləşdikləri ərazilərə yaxınlaşmamağa çağırırıq".
O qeyd edib ki, konsulluq əməkdaşları sosial media hesablarını izləyir və sosial media kanallarında Xarkov vilayətində olan həmvətənlərimizin müraciətləri dərhal araşdırılır və onlarla mütəmadi kommunikasiya əlaqəsi təmin edilir: "Ötən gün Xarkov şəhərinin mərkəzində Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov gülləyə tuş gələrək, qətlə yetirilib. Həlak olan Qoşqar Məmmədov əslən azərbaycanlı, Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur. Azərbaycan Respublikasının Xarkov şəhərində Fəxri konsulluğunun kollektivi Qoşqar Məmmədovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən bildiriləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Xarkovdan Azərbaycan vətəndaşlarının növbəti qrupu yola salınacaq
KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıb
Makron Putin və Zelenski ilə danışıqlar aparıb
Avropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcək
G7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib
Xəbər lenti
0