https://sputnik.az/20220228/azerbaycan-sirketi-kiyeve-ucuslari-legv-edib-439691686.html
Azərbaycan şirkəti Kiyevə uçuşları ləğv edib
Azərbaycan şirkəti Kiyevə uçuşları ləğv edib
Sputnik Azərbaycan
Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər. 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T16:53+0400
2022-02-28T16:53+0400
2022-02-28T18:30+0400
"buta airways" aviaşirkəti
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/41158/58/411585857_0:162:2048:1314_1920x0_80_0_0_9f067b835e3fdefd9b435d5446038fec.jpg
BAKI, 28 fevral — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” aviaşirkəti martın 3-də Bakıdan Kiyev şəhərinə həyata keçirilməli olan uçuşu ləğv edib.Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.Şirkətdən verilən məlumata görə, ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.Qeyd edək ki, İslandiya öz məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bu barədə sözügedən ölkənin xarici işlər naziri Tordis Kolbrun Twitter-dəki Reikfjord Gilfadottir hesabında bildirib. İslandiya Ukrayna ilə həmrəylik əlaməti olaraq öz hava məkanını Rusiya hava nəqliyyatı üçün bağlamaq qərarına gəlib.İrlandiyanın xarici işlər naziri Saymon Koveni də öz "Twitter" hesabında bildirib ki, onun ölkəsi hava məkanını Rusiya təyyarələri üçün bağlayacaq və avropalı tərəfdaşlarını da eyni addımı atmağa çağırır.Danimarkanın xarici işlər naziri Jeppe Kufud "Twitter"də yazıb ki, Avropa İttifaqı xarici işlər nazirlərinin bugünkü iclasında ümumavropa qadağasına təkan veriləcək.Xatırladaq ki, cümə axşamı səhər Rusiya Prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Rusiyanın “Aeroflot” şirkəti Avropaya bütün uçuşları ləğv etdiRusiya təyyarələri üçün hava məkanını bağlayan ölkələrin sayı artıbBir neçə Avropa ölkəsi öz hava məkanını Rusiya təyyarələri üçün bağladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41158/58/411585857_296:0:2048:1314_1920x0_80_0_0_ae2506d90fe3acb830b8e1472956198d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
“buta airways” kiyevə uçuşları ləğv edib
“buta airways” kiyevə uçuşları ləğv edib
Azərbaycan şirkəti Kiyevə uçuşları ləğv edib
16:53 28.02.2022 (Yenilənib: 18:30 28.02.2022) Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.
BAKI, 28 fevral — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” aviaşirkəti martın 3-də Bakıdan Kiyev şəhərinə həyata keçirilməli olan uçuşu ləğv edib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.
Şirkətdən verilən məlumata görə, ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.
Qeyd edək ki, İslandiya öz məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bu barədə sözügedən ölkənin xarici işlər naziri Tordis Kolbrun Twitter-dəki Reikfjord Gilfadottir hesabında bildirib. İslandiya Ukrayna ilə həmrəylik əlaməti olaraq öz hava məkanını Rusiya hava nəqliyyatı üçün bağlamaq qərarına gəlib.
İrlandiyanın xarici işlər naziri Saymon Koveni də öz "Twitter" hesabında bildirib ki, onun ölkəsi hava məkanını Rusiya təyyarələri üçün bağlayacaq və avropalı tərəfdaşlarını da eyni addımı atmağa çağırır.
Danimarkanın xarici işlər naziri Jeppe Kufud "Twitter"də yazıb ki, Avropa İttifaqı xarici işlər nazirlərinin bugünkü iclasında ümumavropa qadağasına təkan veriləcək.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya Prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.