Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya təyyarələri üçün hava məkanını bağlayan ölkələrin sayı artıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidİki mühərrikli təyyarə, arxiv şəkli
İki mühərrikli təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.02.2022
Abunə olmaq
Avropanın 20-dək ölkəsi Ukraynada baş verən hərbi əməliyyatlarla əlaqədar olaraq öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.
BAKI, 27 fevral - Sputnik. İtaliya hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.
Bu barədə İtaliya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Niderland və Fransa da öz hava məkanını bağlayacaq.
"Fransa Rusiya təyyarələri və aviaşirkətlərinə hava məkanını bağlayır". Bu barədə Fransa nəqliyyat naziri Jan-Batist Cebbari Twitter-də paylaşım edib.
Nazir bu gün axşamdan hava məkanının Rusiya üçün bağlanacağını bildirib.
Bundan əvvəl Belçika, Almaniya, İsveç və İslandiya Ukraynadakı vəziyyətlə əlaqədar öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağladıqlarını bəyan ediblər.
Avstriya, Danimarka, İrlandiya, Polşa, Bolqarıstan, Çexiya, Finlandiya, Sloveniya, Rumıniya, Latviya, Litva və Estoniya da hava məkanını bağlayan ölkələr siyahısına daxil olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Bir neçə Avropa ölkəsi öz hava məkanını Rusiya təyyarələri üçün bağladı
Zelenski Rusiya ilə danışıqlar üçün Bakını seçdi
Rusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedib
Xəbər lenti
0