https://sputnik.az/20220228/rusiyanin-aeroflot-sirketi-avropaya-butun-ucuslari-legv-etdi-439672650.html
Rusiyanın “Aeroflot” şirkəti Avropaya bütün uçuşları ləğv etdi
Rusiyanın “Aeroflot” şirkəti Avropaya bütün uçuşları ləğv etdi
Sputnik Azərbaycan
Avropa hakimiyyət orqanlarının tətbiq etdiyi hava məkanı məhdudiyyətlərinə görə, “Aeroflot” 28 fevral 2022-ci il tarixindən etibarən Avropa marşrut şəbəkəsi... 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T09:01+0400
2022-02-28T09:01+0400
2022-02-28T09:01+0400
rusiya
aeroflot
təyyarə
ukrayna
putin
https://cdnn1.img.sputnik.az/img/07e4/09/15/424987020_0:52:2953:1713_1920x0_80_0_0_812a5ceca1619d756f3005e5324588ef.jpg
BAKI, 28 fevral - Sputnik. Rusiyanın “Aeroflot” hava yolları şirkəti fevralın 28-dən etibarən hava məkanı məhdudiyyətlərinə görə Avropaya bütün uçuşları dayandırıb.“Bu barədə aviadaşıyıcının bəyanatında bildirilir. “Avropa hakimiyyət orqanlarının tətbiq etdiyi hava məkanı məhdudiyyətlərinə görə, “Aeroflot” 28 fevral 2022-ci il tarixindən etibarən Avropa marşrut şəbəkəsi üzrə uçuşları növbəti xəbərdarlığa qədər dayandırır”, - şirkətin açıqlamasında bildirilir.Daha əvvəl bildirilirdi ki, “Aeroflot” Böyük Britaniya hakimiyyətinin tətbiq etdiyi məhdudiyyətlərə görə 2022-ci il mayın 23-dək London və Dublinə bütün uçuşları dayandırır.Qeyd edək ki, Avropa ölkələrinin ardından Kanada da Rusiya hava yolu şirkətlərinə öz hava məkanını bağlayıb. Bu barədə Kanadanın Nəqliyyat naziri Omar Alqabra “Twitter” hesabındakı paylaşımında bildirib. O, qeyd edib ki, Kanada bu qərarla öz siyasətini oxşar qərarlar qəbul edən Avropa ölkələri ilə uyğunlaşdırır.Ondan əvvəl isə İspaniya və İtaliya hava məkanını Rusiya təyyarələri üçün bağladığını açıqlayıb. Niderland və Fransa da öz hava məkanını bağladığını elan edib. Bundan əvvəl Belçika, Almaniya, İsveç və İslandiya Ukraynadakı vəziyyətlə əlaqədar öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağladıqlarını bəyan ediblər.Avstriya, Danimarka, İrlandiya, Polşa, Bolqarıstan, Çexiya, Finlandiya, Sloveniya, Rumıniya, Latviya, Litva və Estoniya da hava məkanını bağlayan ölkələr siyahısına daxil olub.Ukrayna hadisələriFevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Rusiya təyyarələri üçün hava məkanını bağlayan ölkələrin sayı artıbBir neçə Avropa ölkəsi öz hava məkanını Rusiya təyyarələri üçün bağladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/15/424987020_0:0:2729:2047_1920x0_80_0_0_a1d837687e7cdf5698273fb64ef87bd3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
aeroflot, təyyarə, ukrayna, putin
aeroflot, təyyarə, ukrayna, putin
Rusiyanın “Aeroflot” şirkəti Avropaya bütün uçuşları ləğv etdi
Avropa hakimiyyət orqanlarının tətbiq etdiyi hava məkanı məhdudiyyətlərinə görə, “Aeroflot” 28 fevral 2022-ci il tarixindən etibarən Avropa marşrut şəbəkəsi üzrə uçuşları növbəti xəbərdarlığa qədər dayandırır.
BAKI, 28 fevral - Sputnik. Rusiyanın “Aeroflot” hava yolları şirkəti fevralın 28-dən etibarən hava məkanı məhdudiyyətlərinə görə Avropaya bütün uçuşları dayandırıb.
“Bu barədə aviadaşıyıcının bəyanatında bildirilir.
“Avropa hakimiyyət orqanlarının tətbiq etdiyi hava məkanı məhdudiyyətlərinə görə, “Aeroflot” 28 fevral 2022-ci il tarixindən etibarən Avropa marşrut şəbəkəsi üzrə uçuşları növbəti xəbərdarlığa qədər dayandırır”, - şirkətin açıqlamasında bildirilir.
Daha əvvəl bildirilirdi ki, “Aeroflot” Böyük Britaniya hakimiyyətinin tətbiq etdiyi məhdudiyyətlərə görə 2022-ci il mayın 23-dək London və Dublinə bütün uçuşları dayandırır.
Qeyd edək ki, Avropa ölkələrinin ardından Kanada da Rusiya hava yolu şirkətlərinə öz hava məkanını bağlayıb. Bu barədə Kanadanın Nəqliyyat naziri Omar Alqabra “Twitter” hesabındakı paylaşımında bildirib. O, qeyd edib ki, Kanada bu qərarla öz siyasətini oxşar qərarlar qəbul edən Avropa ölkələri ilə uyğunlaşdırır.
Ondan əvvəl isə İspaniya və İtaliya hava məkanını Rusiya təyyarələri üçün bağladığını açıqlayıb.
Niderland və Fransa da öz hava məkanını bağladığını elan edib.
Bundan əvvəl Belçika, Almaniya, İsveç və İslandiya Ukraynadakı vəziyyətlə əlaqədar öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağladıqlarını bəyan ediblər.
Avstriya, Danimarka, İrlandiya, Polşa, Bolqarıstan, Çexiya, Finlandiya, Sloveniya, Rumıniya, Latviya, Litva və Estoniya da hava məkanını bağlayan ölkələr siyahısına daxil olub.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.