https://sputnik.az/20220227/bir-nece-avropa-olkesi-oz-hava-mekanini-rusiya-teyyareleri-ucun-bagladi-439659239.html
Bir neçə Avropa ölkəsi öz hava məkanını Rusiya təyyarələri üçün bağladı
Bir neçə Avropa ölkəsi öz hava məkanını Rusiya təyyarələri üçün bağladı
Sputnik Azərbaycan
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Qərbin sanksiyaları çox ciddidir və Rusiya onlara əvvəlcədən hazırlaşırdı. 27.02.2022, Sputnik Azərbaycan
2022-02-27T14:55+0400
2022-02-27T14:55+0400
2022-02-27T15:08+0400
rusiya
peskov
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
hava məkanı
sanksiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0c/427449342_0:141:2705:1663_1920x0_80_0_0_f197e07a17380a683a3c4701826c63f0.jpg
BAKI, 27 fevral - Sputnik. İslandiya öz məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bu barədə sözügedən ölkənin xarici işlər naziri Tordis Kolbrun Twitter-d'ki Reikfjord Gilfadottir hesabında bildirib. "İslandiya Ukrayna ilə həmrəylik əlaməti olaraq öz hava məkanını Rusiya hava nəqliyyatı üçün bağlamaq qərarına gəlib", - nazir yazıb. Belçikanın baş naziri Aleksandr de Kroo da eyni qərarı açıqlayıb. Mətbuatın yazdığına görə, İsveç də hava məkanını bağlamağa hazırlaşır.İrlandiyanın xarici işlər naziri Saymon Koveni də öz Twitter hesabında bildirib ki, onun ölkəsi hava məkanını Rusiya təyyarələri üçün bağlayacaq və avropalı tərəfdaşlarını da eyni addımı atmağa çağırır."Biz, həmçinin Avropa İttifaqı xarici işlər nazirlərinin bugünkü iclasında razılaşdırılacaq genişmiqyaslı sanksiyaları və Ukraynaya yeni yardım paketini dəstəkləyirik”, - nazir əlavə edib."Avstriya bütün Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq". Bu barədə respublikanın Ekologiya, Energetika, Nəqliyyat, İnnovasiya və Texnologiyalar naziri Leonore Gevessler bildirib. "Avstriya bütün Aİ ərazisində Rusiya təyyarələri üçün hava məkanının bağlanmasını dəstəkləyir. Bizim fəaliyyətimiz vahid qurum kimi hərəkət etdiyimiz zaman ən təsirli olur. Bütün lazımi qərarların tez qəbul edilməsi daha vacibdir", - Gevessler Twitter-də yazıb. "Biz artıq bütün lazımi ehtiyat tədbirlərini görmüşük. Qərardan sonra Avstriya dərhal bütün Rusiya təyyarələri üçün öz hava məkanını bağlayacaq", - o, əlavə edib.Analoji addımı Danimarka hökuməti də atıb.Danimarkanın xarici işlər naziri Jeppe Kufud Twitterdə yazıb ki, Avropa İttifaqı xarici işlər nazirlərinin bugünkü iclasında ümumavropa qadağasına təkan veriləcək."Danimarka öz hava məkanını Rusiya təyyarələri üçün bağlayacaq və bütün Avropa İttifaqında müvafiq qadağada israr edəcək. Rusiyanın Ukraynaya əsassız hücumu ən sərt beynəlxalq sanksiyalar və qınaqla qarşılanmalıdır. Aİ xarici işlər nazirlərinin bugünkü iclasında biz Aİ daxilində qadağanın tətbiq edilməsinə təkan verəcəyik", - Kufud əlavə edib.Şənbə günü Rusiya hava məkanında uçuşlar Almaniyanın Lufthansa şirkəti tərəfindən məhdudlaşdırılıb. Rusiya üçün hava məkanı Böyük Britaniya, Bolqarıstan, Çexiya, Polşa, Rumıniya, Sloveniya, Latviya, Litva və Estoniya tərəfindən bağlanıb.Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bir qədər əvvəl deyib ki, Qərbin sanksiyaları çox ciddidir və Rusiya onlara əvvəlcədən hazırlaşırdı. Peskov əlavə edib ki, Rusiya Federasiyasının maraqlarını təmib edən cavab tədbirləri hazırlamaq üçün Prezident administrasiyasının analizi və koordinasiyası tələb olunur.Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Zelenski Rusiya ilə danışıqlar üçün Bakını seçdiRusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0c/427449342_151:0:2555:1803_1920x0_80_0_0_3bc8f8787c2e187d3ae87c1c8430ed24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, hava məkanı, sanksiya, ukrayna
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, hava məkanı, sanksiya, ukrayna
Bir neçə Avropa ölkəsi öz hava məkanını Rusiya təyyarələri üçün bağladı
14:55 27.02.2022 (Yenilənib: 15:08 27.02.2022) Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Qərbin sanksiyaları çox ciddidir və Rusiya onlara əvvəlcədən hazırlaşırdı.
BAKI, 27 fevral - Sputnik. İslandiya öz məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bu barədə sözügedən ölkənin xarici işlər naziri Tordis Kolbrun Twitter-d'ki Reikfjord Gilfadottir hesabında bildirib.
"İslandiya Ukrayna ilə həmrəylik əlaməti olaraq öz hava məkanını Rusiya hava nəqliyyatı üçün bağlamaq qərarına gəlib", - nazir yazıb.
Belçikanın baş naziri Aleksandr de Kroo da eyni qərarı açıqlayıb.
Mətbuatın yazdığına görə, İsveç də hava məkanını bağlamağa hazırlaşır.
İrlandiyanın xarici işlər naziri Saymon Koveni də öz Twitter hesabında bildirib ki, onun ölkəsi hava məkanını Rusiya təyyarələri üçün bağlayacaq və avropalı tərəfdaşlarını da eyni addımı atmağa çağırır.
"Biz, həmçinin Avropa İttifaqı xarici işlər nazirlərinin bugünkü iclasında razılaşdırılacaq genişmiqyaslı sanksiyaları və Ukraynaya yeni yardım paketini dəstəkləyirik”, - nazir əlavə edib.
"Avstriya bütün Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq". Bu barədə respublikanın Ekologiya, Energetika, Nəqliyyat, İnnovasiya və Texnologiyalar naziri Leonore Gevessler bildirib.
"Avstriya bütün Aİ ərazisində Rusiya təyyarələri üçün hava məkanının bağlanmasını dəstəkləyir. Bizim fəaliyyətimiz vahid qurum kimi hərəkət etdiyimiz zaman ən təsirli olur. Bütün lazımi qərarların tez qəbul edilməsi daha vacibdir", - Gevessler Twitter-də yazıb.
"Biz artıq bütün lazımi ehtiyat tədbirlərini görmüşük. Qərardan sonra Avstriya dərhal bütün Rusiya təyyarələri üçün öz hava məkanını bağlayacaq", - o, əlavə edib.
Analoji addımı Danimarka hökuməti də atıb.
Danimarkanın xarici işlər naziri Jeppe Kufud Twitterdə yazıb ki, Avropa İttifaqı xarici işlər nazirlərinin bugünkü iclasında ümumavropa qadağasına təkan veriləcək.
"Danimarka öz hava məkanını Rusiya təyyarələri üçün bağlayacaq və bütün Avropa İttifaqında müvafiq qadağada israr edəcək. Rusiyanın Ukraynaya əsassız hücumu ən sərt beynəlxalq sanksiyalar və qınaqla qarşılanmalıdır. Aİ xarici işlər nazirlərinin bugünkü iclasında biz Aİ daxilində qadağanın tətbiq edilməsinə təkan verəcəyik", - Kufud əlavə edib.
Şənbə günü Rusiya hava məkanında uçuşlar Almaniyanın Lufthansa şirkəti tərəfindən məhdudlaşdırılıb. Rusiya üçün hava məkanı Böyük Britaniya, Bolqarıstan, Çexiya, Polşa, Rumıniya, Sloveniya, Latviya, Litva və Estoniya tərəfindən bağlanıb.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bir qədər əvvəl deyib ki, Qərbin sanksiyaları çox ciddidir və Rusiya onlara əvvəlcədən hazırlaşırdı.
Peskov əlavə edib ki, Rusiya Federasiyasının maraqlarını təmib edən cavab tədbirləri hazırlamaq üçün Prezident administrasiyasının analizi və koordinasiyası tələb olunur.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.