CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramiz Rövşənin bir dənə yaxşı şeiri yoxdur? – Ya da, gedək söz olmayan yerə

© Sputnik / Ilham MustafayevQazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Qazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi - Sputnik Azərbaycan, 1920, 27.02.2022
Abunə olmaq
Baxırsan, sadə, kiçik bir şeirdir, amma hər dəfə dinlədikcə, hansısa sarı simə toxunulur, özün də bilmədən həyəcanlanırsan...
BAKI, 27 fevral — Sputnik. Azərbaycanın tanınmış filosofu, yazıçı Əlisa Nicat növbəti dəfə maraqlı çıxışı ilə maraq doğurub. 85 yaşına yarım il öncə qədəm qoymuş yazıçının hər bir müsahibəsi nədənsə səs-küyə səbəb olur. Bu dəfə Əlisa Nicat “Ramiz Rövşənin bir dənə yaxşı şeiri yoxdur” ifadəsi ilə feysbuku polemika meydanına çevirib.
Azərbaycanda kitab oxuyan yoxdur
Filosof təkcə Ramiz Rövşənlə kifayətlənməyib. O, həm də “Çingiz Abdullayevi oxuyan qızın nə səviyyəsi olacaq?” ifadəsi ilə xalq yazıçısının, “Son 50 ildə normal opera yaradılmayıb. Vasif Adıgözəlovun var idi, o da çox zəif” fikri ilə mərhum bəstəkarın bostanına daş atıb.
© Photo : AZƏRTACƏlisa Nicat
Əlisa Nicat - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Əlisa Nicat
Əlisa Nicat daha sərt ifadələri ilə də yadda qalıb. “Niyə mən belə xalqın nümayəndəsiyəm”, “Azərbaycanda kitab oxuyan yoxdur”, “Azərbaycan oxucusu sıfıra bərabərdir” deməklə yazıçı oxu mədəniyyətinin aşağı düşməsinə işarə edib. Əlisa Nicatın yutubdakı çıxışında bir dərin inciklik duyulur, çünki yazdığı onlarla kitabın satılmadığını, alıcının olmadığını bildirir.
Ramiz Rövşəni sevən də çoxdur, tənqid edən də
Ramiz Rövşən xalq şairidir, xalqın sevimli şairidir. Onun niyə bu qədər sevilməsinin sirrini bilən yoxdur, amma bir şeirini səsləndirməklə belə böyük bir auditoriyanın diqqətini cəmləmək olur. Baxırsan, sadə, kiçik bir şeirdir, amma hər dəfə dinlədikcə, hansısa sarı simə toxunulur, özün də bilmədən həyəcanlanırsan.
© Photo : Khazar UniversityŞair Ramiz Rövşən
Şair Ramiz Rövşən  - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Şair Ramiz Rövşən
Ramiz Rövşəni sevən də çoxdur, tənqid edən də. Amma nədənsə elə həmişə gündəmdədir. Sosial mediada onu böyük, dahi şair adlandıran da var, pessimist olduğunu iddia edən də. Kimin haqlı olduğunu zaman göstərər, çünki yanımızda gəzən, bizimlə bir zamanda yaşayan nə qədər istedadlı qələm əhlinin varlığından xəbərsizik. Nə kitabını oxuyuruq, nə şeirini dinləyirik, nə də görüşünə gedirik. Zaman ötür, barəsində çoxlu monoqrafiya, elmi əsər yazılır, kitabları böyük tirajla çıxır. Deyirik, buna bir bax, nə qədər möhtəşəm birisi imiş, heç bilmirdik.
Ramiz Rövşənin xoşbəxtliyi elə onun sağlığında ikən sevilməsindədir. Eyni sözü Çingiz Abdullayev barədə demək olar, çünki dünya ədəbiyyatında yüzlərlə detektiv janrında yazan müəlliflərin yanında yer ala bilib, kitabları ümumilikdə 40 milyon tirajla bir çox ölkədə və dildə çap edilib. Niyə onu oxuyurlar, başqasını yox? Bunu təyin etmək bəlkə də mümkünsüzdür. Eləcə də ingilis detektiv yazarı Aqata Kristi və fransız yazıçısı Jorj Simenonun da uğurunu anlamaq çətindir.
© Sputnik / Роман ДенисовLev Tolstoy
Писатель Лев Николаевич Толстой. - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Lev Tolstoy
Bəyəm Dostoyevski Tolstoydan daha az istedad sahibi idi?
Artur Konan Doylun məşhur xəfiyyə Şerlok Holms barədə yazdığı silsilə əsərlərinə onlarla bir-birindən fərqli film çəkilib. Bu gün Şerlok Holms əlində smartfonla gəzərək internetin köməyi ilə cinayətin üstünü açır, amma yenə də sevilir. Köhnə əhvalatlar yeni həyat qazanır bir növ.
Qələm adamının uğur qazanması, ya qazanmaması özlüyündə bir tədqiqat mövzusudur. Kimsə zamanında tanınmır, sonradan məşhurlaşır, kimsə tanınır, amma uyğunsuz davranışı uğurunun qarşısını alır, kimsə də Lev Tolstoy kimi elə sağlığında canlı əfsanəyə çevrilir. Bəyəm Dostoyevski Tolstoydan daha az istedad sahibi idi? Sadəcə yüngül həyata, qumara, sadizmə meyilli olduğundan cəmiyyətdə elə də ciddiyə alınmırdı. Dahi olmasına isə heç bir şübhə ola bilməzdi.
© penzu.comFyodor Dostoyevski
Федор Достоевский - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Fyodor Dostoyevski
Hara gedək ki, söz olmasın?
Yazı əhli oxucudan tez-tez gileylənər, bu da bir faktdır. Kim istəməz əsərləri yüz min tirajla dərc edilsin, yaxşı satılsın, oxunsun? Hər bir yazar yatıb yuxuda bunu arzulayır, amma oxucu da dəyişib, sovet dövründə mövcud olan informasiya və kitab qıtlığı artıq yoxdur, nə istəsən tapıb oxuya bilərsən. Zövqlər də müxtəlifdir. Birinə möhtəşəm görünən əsər digəri üçün alınmaz qalaya çevrilir. Ha istəyir oxusun, oxuya bilmir. Üstəlik, ədəbiyyatı duya bilən, yaxşı yazı qabiliyyəti olan insanın da sayı heç vaxt çox olmur, onu detektiv əsər oxuyursa, biri fəlsəfi traktata üstünlük verir. Bu gün hətta ən möhtəşəm klassik romanları sadələşdirmək, gənc nəsil üçün uyğunlaşdırmaq ənənəsi yaranıb. Hətta teatr da dəyişib, Şekspirin əsərlərini yeni quruluşda təqdim edən müasir teatr üslubu formalaşıb.
Ətrafında bu qədər texnologiya olan, sürətli həyat tərzini yaşayan bir insana Orta Əsrlərdə yazılmış əsəri olduğu kimi təqdim etmək də alınmır. Ssenari yenidən yazılır, komissar Meqre və Otello müasir geyimdə, planşet və smartfonla gəzişirlər. Otello artıq Dezdemonanı əli ilə boğmur, başqa vasitəyə əl atır, çünki bu günün insanı o dövrə məxsus emosionallığı qəbul etmir, anlamır.
Ədəbiyyat çevrəsində daim bir qısqanclıq var. Hətta bir-birini çox sevən, isti münasibəti olan yazıçı və şairlər belə deyişməyə məhkumdurlar. Bu prosesdən yaxa qurtarmaq da çətindir. Ramiz Rövşənin məşhur “Gedək biz olmayan yerə” şeirində yer almış “Gedək söz olmayan yerə” ifadəsi əslində şairin bu vəziyyətlə bir növ barışmaq məcburiyyətində olduğunu ifadə edir. Hara gedək söz olmasın? Yəqin belə bir yer heç yoxdur, axtarmaq da mənasızdır. Söz olmayan yerdə də biz yoxuq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AMEA-nın binası - Sputnik Azərbaycan, 1920, 16.02.2022
YAZARLAR
AMEA ləğv edilsinmi? - Sualın birmənalı cavabı yoxdur
Xəbər lenti
0