DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynadan həmvətənlərimizin təxliyəsi - Plan hazırlanmalıdır

© REUTERS / STRINGERUkraynada vəziyyət
Ukraynada vəziyyət - Sputnik Azərbaycan, 1920, 25.02.2022
Abunə olmaq
A.Allahverənov bildirib ki, Ukraynada bir neçə istiqamət üzrə təhlükəsiz təxliyə planları hazırlanmalıdır.
BAKI, 25 fevral - Sputnik. Ukraynada aparılan hərbi əməliyyatların miqyasının böyüməsi orada yaşayan azərbaycanlıların ölkəmizə təxliyəsini aktuallaşdırıb. Artıq Ukraynadakı azərbaycanlıların ölkəmizə təxliyə yolları barədə müxtəlif variantlar səslənir.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Ukraynada hava limanlarının bağlı olması təxliyə imkanlarını çətinləşdirir. Ekspert deyir ki, Qara dəniz üzərindən Ukrayna-Türkiyə, Ukrayna-Gürcüstan istiqamətinə hərəkət etmək çətindir:
"Çünki Qara dənizdə də hərbi əməliyyatların getdiyinə dair informasiya yayılmaqdadır. Təxliyə effektiv şəkildə həyata keçirilməlidir. Əgər az da olsa təhlükə varsa, təxliyənin keçirilməsi mümkünsüz olur. Hazırda Ukraynanın qərbindən Moldava istiqamətində təxliyənin keçirilməsi daha məqsədəuyğundur. Çünki hərbi əməliyyatlar Ukraynanın cənubunda, cənub-şərqində, şimalında və şimal-şərqində həyata keçirilir. Amma hazırda Kiyev ətrafında da hərbi əməliyyatlar aparılır.
Lvov Qərbi Ukraynanın ən böyük şəhəridir. O istiqamətdə də təhlükə var. Ona görə təxliyə üçün ən təhlükəsiz istiqamət Moldavadır. Amma hadisələr çox intensiv hərəkət edir. Ona görə də təxliyənin təhlükəsiz həyata keçirilməsi barədə qəti fikir söyləmək olmaz. Bu səbəbdən hadisələri yerində dəyərləndirib təxliyə barədə qərar vermək lazımdır”.
A.Allahverənov onu da bildirib ki, Ukraynada bir neçə istiqamət üzrə təhlükəsiz təxliyə planları hazırlanmalıdır. Bundan sonra yerində aidiyyatı qurumlar real dəyərləndirmə aparıb qərar verməlidir: “Bu gün Ukraynada müvəqqəti əsaslarla yaşayan ailələr, biznes fəaliyyəti ilə məşğul olan, təhsil alan həmvətənlərimiz var. Onların təxliyəsi, əlbəttə, vacibdir. Amma təbii ki, təhlükəsiz təxliyədən söhbət gedir. Çünki bu gün Ukraynada hərbi əməliyyatlar müxtəlif istiqamətlərdə davam edir. Ən mühüm məqam təxliyənin təhlükəsiz aparılmasıdır”.
Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Radasının sədri Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ukraynada yaşayan azərbaycanlılardan ölkədən çıxmaq üçün 300 müraciət daxil olub: ”Moldova üzərindən təxliyə planı var. Hələ ki gözləyirik. Güman edirik ki, bu gün, ya da sabah müharibədə kulminasiya nöqtəsi olacaq”.
Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Ukraynada yaşayan azərbaycanlılar təxliyə üçün müraciət etdilər - Açıqlama
* Zelenskinin ofisi: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
* SOCAR-ın Ukraynadakı şirkətindən açıqlama: Fasilələr ola bilər
* Ukraynadakı azərbaycanlılara XİN və konsulluqdan müraciət
* Peskov Ukraynanın danışıqlara hazır olması barədə
Xəbər lenti
0