https://sputnik.az/20220225/zelenski-ukrayna-tek-qaldi-439574175.html
Zelenskinin danışıqlar təklifinə Putindən cavab
Zelenskinin danışıqlar təklifinə Putindən cavab
Sputnik Azərbaycan
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, sanksiyaların heç bir effekti olmayıb. 25.02.2022, Sputnik Azərbaycan
2022-02-25T17:07+0400
2022-02-25T17:07+0400
2022-02-28T18:22+0400
vladimir zelenski
prezident
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438175864_0:258:2724:1790_1920x0_80_0_0_0053c8497ccd9d768332b3c140eeef1c.jpg
BAKI, 25 fevral - Sputnik. Rusiya Ukrayna ilə danışıqlar üçün Minskə öz nümayəndə heyətini göndərməyə hazırdır. Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. "Bildiyiniz kimi, bu gün Ukrayna Prezidenti Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu deyib. Rusiya Prezidenti Vladimir Putin əvvəldən deyirdi ki, əməliyyatın məqsədi "LXR" və "DXR"ə kömək, eləcə də Ukraynanın demilitarizasiyasıdır. Bu isə neytral statusun ayrılmaz komponentidir", - Kremlin nümayəndəsi deyib. Onun sözlərinə görə, nümayəndə heyətinə müdafiə və xarici işlər nazirliklərinin, eləcə də prezident administrasiyasının təmsilçiləri daxil olacaq.----------14:16Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev Rusiya ilə danışıqlara hazırdır. "Əgər danışıqlar mümkündürsə, onları aparmaq lazımdır. Əgər Moskvada desələr ki, danışıqlar, o cümlədən neytral status barədə, aparmaq istəyirlər, biz bundan qorxmuruq. Biz bu barədə də danışa bilərik", - Podolyak Reuters-ə deyib. Bu arada İtaliyanın Baş naziri Mario Draqi bildirib ki, Zelenski saat yarım əvvəl onunla əlaqə qurmalı idi, ancaq hələ xəbər yoxdur. Onun sözlərinə görə, onlar səhər zəngləşmək barədə sözləşiblərmiş.--------11:19Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı atəşi dayandırmaq üçün danışıqlara çağırıb.V. Zelenski müraciətində bildirib ki, Rusiya gec, ya tez, onsuz da danışıqlar aparacaq: “Rusiya hərbi əməliyyatların dayandırılması və təcavüzü dayandırmaq üçün onsuz da bizimlə danışacaq. Bu danışıqlar nə qədər tez başlasa, Rusiyanın özünün itkiləri bir o qədər az olacaq”.Zelenski bəyan edib ki, Ukraynanən antihərbi koalisiyaya ehtiyacı var. "Birlikdə Rusiyanı danışıqlar masası arxasında əyləşdirməliyik. Antihərbi koalisiyaya ehtiyacımız var", - Ukrayna Prezidenti Twitter-də yazıb.O həmçinin qeyd edib ki, Buxarest doqquzluğuna Ukraynanın müdafiəsi üçün yardım və Rusiyaya qarşı sanksiyalara görə müraciət edib. "Biz öz azadlığımızı və torpağımızı qoruyuruq. Ancaq əməli beynəlxalq köməyə ehtiyacımız var. Bunu Polşa Prezidenti Ancey Duda ilə müzakirə etmişik. Müdafiədə yardım və sanksiyalar üçün Buxarest doqquzluğuna müraciət etmişəm", - V.Zelenski Twitter-də qeyd edib.Buxarest doqquzluğuna Mərkəzi və Şərqi Avropanın Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Çexiya kimi ölkələri daxildir.Bu arada Fransanın Müdafiə naziri Florans Parli deyib ki, nə Avropada kimsə, nə də ABŞ Rusiya ilə döyüşmək istəmir. "Avropanın heç bir ölkəsində və ABŞ-da Rusiya ilə müharibəyə girmək arzusu yoxdur. Bizim yeganə istəyimiz budur ki, bu dəhşətli işğala tezliklə son qoyaq", - Parli RTL radiostansiyasının efirində deyib.-----------10:20Ukrayna tək qaldı, dünyanın nəhəng ölkələri vəziyyəti uzaqdan izləyir, bu ərəfədə tətbiq olunan sanksiyalar isə kifayət deyil. Sputnik Azərbaycan bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib."Bu səhər də dünən olduğu kimi öz ölkəmizi təklikdə müdafiə edirik. Dünyanın nəhəng gücləri uzaqdan izləməklə məşğuldur. Dünənki sanksiyalar Rusiyanı nədənsə çəkindirdi? Biz eşidirik... və görürük ki, bunlar kifayət deyil", - Zelenski Telegram kanalındakı videomüraciətində deyib. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib. "Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Ukraynada yaşayan azərbaycanlılar təxliyə üçün müraciət etdilər - Açıqlama
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438175864_0:2:2724:2045_1920x0_80_0_0_b2dc3431871e7c598219a843327bcd01.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zelenskinin danışıqlar təklifinə putindən cavab
zelenskinin danışıqlar təklifinə putindən cavab
Zelenskinin danışıqlar təklifinə Putindən cavab
17:07 25.02.2022 (Yenilənib: 18:22 28.02.2022) Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, sanksiyaların heç bir effekti olmayıb.
BAKI, 25 fevral - Sputnik. Rusiya Ukrayna ilə danışıqlar üçün Minskə öz nümayəndə heyətini göndərməyə hazırdır.
Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Bildiyiniz kimi, bu gün Ukrayna Prezidenti Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu deyib. Rusiya Prezidenti Vladimir Putin əvvəldən deyirdi ki, əməliyyatın məqsədi "LXR" və "DXR"ə kömək, eləcə də Ukraynanın demilitarizasiyasıdır. Bu isə neytral statusun ayrılmaz komponentidir", - Kremlin nümayəndəsi deyib.
Onun sözlərinə görə, nümayəndə heyətinə müdafiə və xarici işlər nazirliklərinin, eləcə də prezident administrasiyasının təmsilçiləri daxil olacaq.
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev Rusiya ilə danışıqlara hazırdır.
"Əgər danışıqlar mümkündürsə, onları aparmaq lazımdır. Əgər Moskvada desələr ki, danışıqlar, o cümlədən neytral status barədə, aparmaq istəyirlər, biz bundan qorxmuruq. Biz bu barədə də danışa bilərik", - Podolyak Reuters-ə deyib.
Bu arada İtaliyanın Baş naziri Mario Draqi bildirib ki, Zelenski saat yarım əvvəl onunla əlaqə qurmalı idi, ancaq hələ xəbər yoxdur. Onun sözlərinə görə, onlar səhər zəngləşmək barədə sözləşiblərmiş.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı atəşi dayandırmaq üçün danışıqlara çağırıb.
V. Zelenski müraciətində bildirib ki, Rusiya gec, ya tez, onsuz da danışıqlar aparacaq: “Rusiya hərbi əməliyyatların dayandırılması və təcavüzü dayandırmaq üçün onsuz da bizimlə danışacaq. Bu danışıqlar nə qədər tez başlasa, Rusiyanın özünün itkiləri bir o qədər az olacaq”.
Zelenski bəyan edib ki, Ukraynanən antihərbi koalisiyaya ehtiyacı var.
"Birlikdə Rusiyanı danışıqlar masası arxasında əyləşdirməliyik. Antihərbi koalisiyaya ehtiyacımız var", - Ukrayna Prezidenti Twitter-də yazıb.
O həmçinin qeyd edib ki, Buxarest doqquzluğuna Ukraynanın müdafiəsi üçün yardım və Rusiyaya qarşı sanksiyalara görə müraciət edib.
"Biz öz azadlığımızı və torpağımızı qoruyuruq. Ancaq əməli beynəlxalq köməyə ehtiyacımız var. Bunu Polşa Prezidenti Ancey Duda ilə müzakirə etmişik. Müdafiədə yardım və sanksiyalar üçün Buxarest doqquzluğuna müraciət etmişəm", - V.Zelenski Twitter-də qeyd edib.
Buxarest doqquzluğuna Mərkəzi və Şərqi Avropanın Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Çexiya kimi ölkələri daxildir.
Bu arada Fransanın Müdafiə naziri Florans Parli deyib ki, nə Avropada kimsə, nə də ABŞ Rusiya ilə döyüşmək istəmir.
"Avropanın heç bir ölkəsində və ABŞ-da Rusiya ilə müharibəyə girmək arzusu yoxdur. Bizim yeganə istəyimiz budur ki, bu dəhşətli işğala tezliklə son qoyaq", - Parli RTL radiostansiyasının efirində deyib.
Ukrayna tək qaldı, dünyanın nəhəng ölkələri vəziyyəti uzaqdan izləyir, bu ərəfədə tətbiq olunan sanksiyalar isə kifayət deyil.
Sputnik Azərbaycan bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Bu səhər də dünən olduğu kimi öz ölkəmizi təklikdə müdafiə edirik. Dünyanın nəhəng gücləri uzaqdan izləməklə məşğuldur. Dünənki sanksiyalar Rusiyanı nədənsə çəkindirdi? Biz eşidirik... və görürük ki, bunlar kifayət deyil", - Zelenski Telegram kanalındakı videomüraciətində deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib. "Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.