https://sputnik.az/20220225/peskov-ukraynanin-danisiqlara-hazir-olmasi-barede-439594742.html
Peskov Ukraynanın danışıqlara hazır olması barədə
Peskov Ukraynanın danışıqlara hazır olması barədə
Sputnik Azərbaycan
Peskov deyib ki, Rusiya və Qərbin münasibətlərində normallaşma dövrü istənilən halda olacaq. 25.02.2022, Sputnik Azərbaycan
2022-02-25T15:34+0400
2022-02-25T15:34+0400
2022-02-25T15:40+0400
rusiya
dmitri peskov
ukrayna
rusiya
danışıqlar
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434823525_0:0:3081:1734_1920x0_80_0_0_cfcc4fe985bd650607ba9688b6492d2b.jpg
BAKI, 25 fevral — Sputnik. Bir daha Rusiya Federasiyasının prezidentinə müraciət edirəm. Ukraynanın bütün ərazisində döyüşlər gedir. Gəlin insanların öldürülməsini dayandırmaq üçün danışıqlar masası arxasında əyləşək.Sputnik Azərbaycanın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.Kiyevin Moskva ilə danışıqlara hazır olması müsbət istiqamətə hərəkətdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat sözçüsü Dmitri Peskov bildirib.Peskov deyib ki, Rusiya və Qərbin münasibətlərində normallaşma dövrü istənilən halda olacaq: "Kreml Rusiyanın Donbasın dəstəklənməsi üzrə hərəkətlərinə dünya ictimaiyyətinin əlaqələndirilmiş cavabını gözləyirdi. Putin fevralın 25-də bir neçə beynəlxalq danışıq aparacaq və Təhlükəsizlik Şurası ilə operativ müşavirə keçirəcək".O qeyd edib ki, Rusiyanın yüksək texnologiya sahələrinə elementlərin tədarükünə qadağa problemlər yaradacaq, lakin onlar həll olunandır: "Kreml UEFA-nın Çempionlar Liqasının final oyununu Sankt-Peterburqdan başqa yerə keçirməsinə təəssüf edir. Rusiya Qərbin sanksiyalarına qarşı cavab tədbirləri görəcək. Putin bütün vətəndaşların fikirlərini eşidir, lakin Ukraynada əməliyyatla razı olanlarla razı olmayanların nisbətini də görür. Rusiya vətəndaşlarının Ukraynadakı xüsusi əməliyyata dair müxtəlif fikirləri ola bilər, rəhbərliyin vəzifəsi öz hərəkətlərinin dəqiq izahatını verməkdir".Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib."Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"Dünəndən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb.Bir qədər öncə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev Rusiya ilə danışıqlara hazırdır. "Əgər danışıqlar mümkündürsə, onları aparmaq lazımdır. Əgər Moskvada desələr ki, danışıqlar, o cümlədən neytral status barədə, aparmaq istəyirlər, biz bundan qorxmuruq. Biz bu barədə də danışa bilərik", - Podolyak Reuters-ə deyib.Bu arada İtaliyanın Baş naziri Mario Draqi bildirib ki, Zelenski saat yarım əvvəl onunla əlaqə qurmalı idi, ancaq hələ xəbər yoxdur. Onun sözlərinə görə, onlar səhər zəngləşmək barədə sözləşiblərmiş.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Ukraynada yaşayan azərbaycanlılar təxliyə üçün müraciət etdilər - Açıqlama* Zelenskinin ofisi: Ukrayna Rusiya ilə danışıqlara hazırdır* SOCAR-ın Ukraynadakı şirkətindən açıqlama: Fasilələr ola bilər* Ukraynadakı azərbaycanlılara XİN və konsulluqdan müraciət
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434823525_202:0:2933:2048_1920x0_80_0_0_bdd8c9ccb91e30ae75364b1738c8be70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov mümkün rusiya - ukrayna danışıqları barədə
peskov mümkün rusiya - ukrayna danışıqları barədə
Peskov Ukraynanın danışıqlara hazır olması barədə
15:34 25.02.2022 (Yenilənib: 15:40 25.02.2022) Peskov deyib ki, Rusiya və Qərbin münasibətlərində normallaşma dövrü istənilən halda olacaq.
BAKI, 25 fevral — Sputnik. Bir daha Rusiya Federasiyasının prezidentinə müraciət edirəm. Ukraynanın bütün ərazisində döyüşlər gedir. Gəlin insanların öldürülməsini dayandırmaq üçün danışıqlar masası arxasında əyləşək.
Sputnik Azərbaycanın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Kiyevin Moskva ilə danışıqlara hazır olması müsbət istiqamətə hərəkətdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat sözçüsü Dmitri Peskov bildirib.
Peskov deyib ki, Rusiya və Qərbin münasibətlərində normallaşma dövrü istənilən halda olacaq: "Kreml Rusiyanın Donbasın dəstəklənməsi üzrə hərəkətlərinə dünya ictimaiyyətinin əlaqələndirilmiş cavabını gözləyirdi. Putin fevralın 25-də bir neçə beynəlxalq danışıq aparacaq və Təhlükəsizlik Şurası ilə operativ müşavirə keçirəcək".
O qeyd edib ki, Rusiyanın yüksək texnologiya sahələrinə elementlərin tədarükünə qadağa problemlər yaradacaq, lakin onlar həll olunandır: "Kreml UEFA-nın Çempionlar Liqasının final oyununu Sankt-Peterburqdan başqa yerə keçirməsinə təəssüf edir. Rusiya Qərbin sanksiyalarına qarşı cavab tədbirləri görəcək. Putin bütün vətəndaşların fikirlərini eşidir, lakin Ukraynada əməliyyatla razı olanlarla razı olmayanların nisbətini də görür. Rusiya vətəndaşlarının Ukraynadakı xüsusi əməliyyata dair müxtəlif fikirləri ola bilər, rəhbərliyin vəzifəsi öz hərəkətlərinin dəqiq izahatını verməkdir".
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Dünəndən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb.
Bir qədər öncə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev Rusiya ilə danışıqlara hazırdır.
"Əgər danışıqlar mümkündürsə, onları aparmaq lazımdır. Əgər Moskvada desələr ki, danışıqlar, o cümlədən neytral status barədə, aparmaq istəyirlər, biz bundan qorxmuruq. Biz bu barədə də danışa bilərik", - Podolyak Reuters-ə deyib.
Bu arada İtaliyanın Baş naziri Mario Draqi bildirib ki, Zelenski saat yarım əvvəl onunla əlaqə qurmalı idi, ancaq hələ xəbər yoxdur. Onun sözlərinə görə, onlar səhər zəngləşmək barədə sözləşiblərmiş.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.