https://sputnik.az/20220225/turk-dovletleri-teskilati-beyanat-yaydi-439593733.html
Türk Dövlətləri Təşkilatı bəyanat yaydı
Türk Dövlətləri Təşkilatı bəyanat yaydı
Sputnik Azərbaycan
Biz hələ də əminik ki, hərbi cinayəti törədənlər beynəlxalq hüquqi mexanizmlər qarşısında məsuliyyət daşıyacaq. 25.02.2022, Sputnik Azərbaycan
2022-02-25T15:16+0400
2022-02-25T15:16+0400
2022-02-25T15:16+0400
azərbaycan xəbərləri
türk şurası
azərbaycan
xocalı soyqırımı
bəyanat
https://cdnn1.img.sputnik.az/img/42362/49/423624984_0:0:1494:841_1920x0_80_0_0_0993d3913c15e80bd74b6861876bf184.jpg
BAKI, 25 fevral — Sputnik. "30 il əvvəl, 1992-ci il fevralın 26-da bəşəriyyət Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi ən qəddar əməllərdən birinin şahidi olub. Azərbaycanın Xocalı şəhərinə qarşı törədilmiş qeyri-insani basqın nəticəsində ən böyük qırğın baş verib, 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər həlak olub, 1 275 nəfər girov götürülüb".Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatının Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanatında əksini tapıb."Bu gün təkcə şəhərin və onun əhalisinin məhv edilməsinin ildönümü deyil, həm də insanlığa və beynəlxalq ədalətə olan inamın itirilməsinin ildönümüdür. Biz hələ də əminik ki, hərbi cinayəti törədənlər beynəlxalq hüquqi mexanizmlər qarşısında məsuliyyət daşıyacaq və bu, qlobal sülhün gələcəyi üçün nümunə olacaqlar.İndi Azərbaycan Respublikası qardaş Azərbaycan xalqının müdrik liderliyi və iradəsi ilə Qarabağın 30 ilə yaxın işğalına və vəhşicəsinə istismarına son qoyub, tarixi ədaləti, onun milli ləyaqətini və ərazi bütövlüyünü bərpa edib.Türk Dövlətləri Təşkilatı beynəlxalq sülh və sabitliyə sadiq qalır və bu kontekstdə İkinci Qarabağ müharibəsindən sonra yeni geosiyasi reallıq nəticəsində regionda uzunmüddətli dinc inkişafın bərqərar olmasını dəstəkləyir.Xocalı qurbanlarının və sağ qalanların acı xatirəsi hələ də Türk dünyası xalqlarının qəlbindədir. Bununla biz TDT olaraq Xocalı soyqırımı qurbanlarını ehtiramla yad edir və bu Anım Günündə Azərbaycan hökuməti və qardaş xalqının yanında olmağa davam edirik", - bəyanatda bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Milli Məclis: Ermənistan Qarabağı qəsb etmək üçün onlarla soyqırım cinayəti törədib* Ceyhun Bayramov: Ermənistan uzun müddət oyun oynadı* Hikmət Hacıyev: Ermənistan törətdiyi qətliamlara görə cavab verməlidir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42362/49/423624984_146:0:1391:934_1920x0_80_0_0_efdf3ef9dad24f630837689d507e7dcc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türk dövlətləri təşkilatının azərbaycan, xocalı ilə bağlı bəyanatı
türk dövlətləri təşkilatının azərbaycan, xocalı ilə bağlı bəyanatı
Türk Dövlətləri Təşkilatı bəyanat yaydı
Biz hələ də əminik ki, hərbi cinayəti törədənlər beynəlxalq hüquqi mexanizmlər qarşısında məsuliyyət daşıyacaq.
BAKI, 25 fevral — Sputnik. "30 il əvvəl, 1992-ci il fevralın 26-da bəşəriyyət Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi ən qəddar əməllərdən birinin şahidi olub. Azərbaycanın Xocalı şəhərinə qarşı törədilmiş qeyri-insani basqın nəticəsində ən böyük qırğın baş verib, 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər həlak olub, 1 275 nəfər girov götürülüb".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatının Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanatında əksini tapıb.
"Bu gün təkcə şəhərin və onun əhalisinin məhv edilməsinin ildönümü deyil, həm də insanlığa və beynəlxalq ədalətə olan inamın itirilməsinin ildönümüdür. Biz hələ də əminik ki, hərbi cinayəti törədənlər beynəlxalq hüquqi mexanizmlər qarşısında məsuliyyət daşıyacaq və bu, qlobal sülhün gələcəyi üçün nümunə olacaqlar.
İndi Azərbaycan Respublikası qardaş Azərbaycan xalqının müdrik liderliyi və iradəsi ilə Qarabağın 30 ilə yaxın işğalına və vəhşicəsinə istismarına son qoyub, tarixi ədaləti, onun milli ləyaqətini və ərazi bütövlüyünü bərpa edib.
Türk Dövlətləri Təşkilatı beynəlxalq sülh və sabitliyə sadiq qalır və bu kontekstdə İkinci Qarabağ müharibəsindən sonra yeni geosiyasi reallıq nəticəsində regionda uzunmüddətli dinc inkişafın bərqərar olmasını dəstəkləyir.
Xocalı qurbanlarının və sağ qalanların acı xatirəsi hələ də Türk dünyası xalqlarının qəlbindədir. Bununla biz TDT olaraq Xocalı soyqırımı qurbanlarını ehtiramla yad edir və bu Anım Günündə Azərbaycan hökuməti və qardaş xalqının yanında olmağa davam edirik", - bəyanatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.