https://sputnik.az/20220225/ceyhun-bayramov-ermenistan-uzun-muddet-oyun-oynadi-439581678.html
Ceyhun Bayramov: Ermənistan uzun müddət oyun oynadı
Ceyhun Bayramov: Ermənistan uzun müddət oyun oynadı
Sputnik Azərbaycan
XİN başçısı qeyd edib ki, Ermənistanın bu barədə məlumatları indiyə qədər təqdim etməməsi beynəlxalq hüquq normalarına ziddir. 25.02.2022, Sputnik Azərbaycan
2022-02-25T12:17+0400
2022-02-25T12:17+0400
2022-02-25T12:17+0400
azərbaycan xəbərləri
kütləvi məzarlıq
xocavənd
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438989764_0:213:1000:776_1920x0_80_0_0_933f9dd6a131afecc83fdbb5b9092018.jpg
BAKI, 25 fevral — Sputnik. Azərbaycan dövləti üçün postmünaqişə dövründə əsas məsələ 30 il ərzində darmadağın edilmiş bu ərazilərin bərpasıdır. Ancaq mina təhlükəsi bu gün də bizi hədəfə alır.Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.Ceyhun Bayramov deyib ki, 2020-ci ilin noyabrından indiyə qədər 37 nəfər həlak olmaqla, mina partlayışından 200 nəfərdən çox insan zərər çəkib: Birinci Qarabağ müharibəsində itkinlərlə bağlı problemə toxunan XİN başçısı qeyd edib ki, Ermənistanın bu barədə məlumatları indiyə qədər təqdim etməməsi beynəlxalq hüquq normalarına ziddir: "Azərbaycan isə İkinci Qarabağ müharibəsindən sonra Ermənistana nümunə göstərdi, azad edilmiş ərazilərdə 1711 erməni əsgərinin cəsədinin tapılaraq Ermənistana verilməsini təmin etdi. Azərbaycanın bu istiqamətdə çoxsaylı müraciətləri və haqlı olmağımız sübut olundu. Həmin ərazilərə Azərbaycan nəzarətini təmin etdikdən sonra bir neçə kütləvi məzarlıqlar tapılıb. Bu kütləvi məzarlıqlar Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, dünən isə Xocavəndin Edilli kəndi yaxınlığında tapılıb. Ermənistan bu istiqamətdə addımlar atsaydı, bu, münasibətlərin normallaşması prosesinə töhfə verərdi".Xatırladaq ki, fevralın 25-i Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də özünün tviterdəki hesabında azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım edib.Hikmət Hacıyev Edillinin azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə olunduğunu vurğulayıb.Prezident İlham Əliyevin Əsir Və İtkin Düşmüş, Girov Götürülümüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası qarşısında qoyduğu əsas vəzifələrdən biri müharibə vaxtı itkin düşmüş şəxslərin, sonrakı talehinin müəyyənləşdirilməsi və bu haqda onların ailələrinə məlumat verilməsindən ibarətdir.Bu istiqamətdə görülən işlər nəticəsində işğaldan azad olunan ərazilərdə, xüsusən Füzuli, Xocavənd, Ağdam, Şuşa şəhəri, Şuşa şəhərinin ətrafında kütləvi məzarlıqlar aşkarlanıb ki, belə məzarlıqlardan biri də Xocavənd rayonunun Edilli kəndi yaxınlığındadır.Azərbaycan Respublikasi Əsir Və Itkin Düşmüş, Girov Götürülümüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılov bildirib ki, şahidlərin ifadələri əsasında aşkarlanan məzarlıqda 15-20 nəfərin qalıqları olma ehtimalı var. Dövlət komissiyasında artıq məlumatlar var, GPRS kordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların təxmini sayı da müəyyən olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438989764_0:201:1000:952_1920x0_80_0_0_48c88bd1bd495f5a0c95200dd8ce4b4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan xin rəhbəri edilli kəndindəki kütləvi məzarlıq haqda
azərbaycan xin rəhbəri edilli kəndindəki kütləvi məzarlıq haqda
Ceyhun Bayramov: Ermənistan uzun müddət oyun oynadı
XİN başçısı qeyd edib ki, Ermənistanın bu barədə məlumatları indiyə qədər təqdim etməməsi beynəlxalq hüquq normalarına ziddir.
BAKI, 25 fevral — Sputnik. Azərbaycan dövləti üçün postmünaqişə dövründə əsas məsələ 30 il ərzində darmadağın edilmiş bu ərazilərin bərpasıdır. Ancaq mina təhlükəsi bu gün də bizi hədəfə alır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Ceyhun Bayramov deyib ki, 2020-ci ilin noyabrından indiyə qədər 37 nəfər həlak olmaqla, mina partlayışından 200 nəfərdən çox insan zərər çəkib:
"Ermənistan uzun müddət mina xəritələri oyunu oynadı, xəritələri vermədi. Sonradan beynəlxalq ictimaiyyətin təzyiqi, beynəlxalq məhkəmə təhlükəsi ilə bağlı 1 ildən sonra, ötən ilin dekabrında mina xəritələri verildi".
Birinci Qarabağ müharibəsində itkinlərlə bağlı problemə toxunan XİN başçısı qeyd edib ki, Ermənistanın bu barədə məlumatları indiyə qədər təqdim etməməsi beynəlxalq hüquq normalarına ziddir: "Azərbaycan isə İkinci Qarabağ müharibəsindən sonra Ermənistana nümunə göstərdi, azad edilmiş ərazilərdə 1711 erməni əsgərinin cəsədinin tapılaraq Ermənistana verilməsini təmin etdi. Azərbaycanın bu istiqamətdə çoxsaylı müraciətləri və haqlı olmağımız sübut olundu. Həmin ərazilərə Azərbaycan nəzarətini təmin etdikdən sonra bir neçə kütləvi məzarlıqlar tapılıb. Bu kütləvi məzarlıqlar Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, dünən isə Xocavəndin Edilli kəndi yaxınlığında tapılıb. Ermənistan bu istiqamətdə addımlar atsaydı, bu, münasibətlərin normallaşması prosesinə töhfə verərdi".
Xatırladaq ki, fevralın 25-i Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də özünün tviterdəki hesabında azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım edib.
Hikmət Hacıyev Edillinin azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə olunduğunu vurğulayıb.
"Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib. Edilli azərbaycanlı əsirlər üçün konslager/işgəncə düşərgəsi kimi istifadə edilib və mülki şəxslər erməni qüvvələri tərəfindən əsir götürülüb. Birinci Qarabağ müharibəsindən indiyədək 4 000 azərbaycanlı itkin düşüb", - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
Prezident İlham Əliyevin Əsir Və İtkin Düşmüş, Girov Götürülümüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası qarşısında qoyduğu əsas vəzifələrdən biri müharibə vaxtı itkin düşmüş şəxslərin, sonrakı talehinin müəyyənləşdirilməsi və bu haqda onların ailələrinə məlumat verilməsindən ibarətdir.
Bu istiqamətdə görülən işlər nəticəsində işğaldan azad olunan ərazilərdə, xüsusən Füzuli, Xocavənd, Ağdam, Şuşa şəhəri, Şuşa şəhərinin ətrafında kütləvi məzarlıqlar aşkarlanıb ki, belə məzarlıqlardan biri də Xocavənd rayonunun Edilli kəndi yaxınlığındadır.
Azərbaycan Respublikasi Əsir Və Itkin Düşmüş, Girov Götürülümüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılov bildirib ki, şahidlərin ifadələri əsasında aşkarlanan məzarlıqda 15-20 nəfərin qalıqları olma ehtimalı var. Dövlət komissiyasında artıq məlumatlar var, GPRS kordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların təxmini sayı da müəyyən olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.