Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hikmət Hacıyev: Ermənistan törətdiyi qətliamlara görə cavab verməlidir

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidHikmət Hacıyev
Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 25.02.2022
Abunə olmaq
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Xocavəndin Edilli kəndi yaxınlığında işgəncə məkanı və kütləvi məzarlıq aşkarlanıb.
BAKI, 25 fevral — Sputnik. Xocalı faciəsinin törədilməsində Ermənistan dövləti ilə bərabər, Serj Sarqsyan və Robert Koçaryan kimi şəxslər də məsuliyyət daşıyırlar. Sarqsyan britaniyalı jurnalistə demişdi ki, Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki azərbaycanlılara qarşı belə addımlar atmazlar.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə bu gün Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Xocalı həm də Ermənistan dövlətinin məğlubiyyəti idi, bir dövlət kimi mənəvi əsaslarını itirdilər. Ermənistan, erməni xalqı Xocalı faciəsinə görə üzr istəməlidir. Üzr istəməlidirlər ki, bu qara səhifəni tarixlərindən çıxara bilsinlər", - deyə H.Hacıyev vurğulayıb.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Xocavəndin Edilli kəndi yaxınlığında işgəncə məkanı və kütləvi məzarlıq aşkarlanıb.
Onun sözlərinə görə, orada insanlara işgəncə verib, sonra qətlə yetiriblər.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan sülhə hazırdır: "Ancaq Ermənistan Xocalıya, törətdiyi digər qətliamlara görə hüquqi müstəvidə cavab verməlidir. Ermənistan cəmiyyəti də tarixlərində olan bu qara səhifəyə görə mütləq üzr istəməlidir".

Xocalı soyqırımı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıb. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0