SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rada sədri Ukraynada yaşayan azərbaycanlıların son durumu barədə

© AFP 2024 / Daniel LealKiyev
Kiyev - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Ukraynanın kəndlərində əhali ərzaq tədarükü görür. Ona görə də kənd mağazalarında heç nə tapılmır.
BAKI, 24 fevral — Sputnik. Sosial şəbəkələrdə Ukraynada yaşayan azərbaycanlıların Kiyev hava limanında qaldığı, Azərbaycana qayıtmaq üçün kömək istədiklərini əks etdirən videogörüntülər paylaşılıb. Sputnik Azərbaycan hazırda Ukraynada yaşayan azərbaycanlıların durumunu öyrənməyə çalışıb.
Ukraynanın Dnepr vilayətində ilk diaspor təşkilatının qurucularından biri olan, tarixçi Eldar Tağıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ ki, Kiyevdə hava limanında qalan azərbaycanlılar barədə onlara bir məlumat daxil olmayıb:
"Hazırda Kiyev Hava limanına gedən yolda sıxlıq var. Hava limanına gediş-gəliş çətindir. Orada avtomobillər yanacaq almaq üçün növbəyə dayanıblar. Kiyev aereportuna getmək üçün körpünü keçmək lazımdır. Şəhərdən aereporta getmək hazırda qeyri-mümkündür. Hələ ki, bizə bir məlumat daxil olmayıb. Olsa bu müraciət, Ukrayna Azərbaycanlıları Radasına olar. Ukraynanın kəndlərində əhali ərzaq tədarükü görür. Ona görə də kənd mağazalarında heç nə tapılmır. Biz də öz millətimizə nə kömək lazımdır edirik".
E.Tağıyev Ukraynada təhsil alan tələbələrlə bağlı səslənən narahatlıqlara da fikir bildirib. O deyib ki, azərbaycanlı tələbələrlə bağlı da hələki narahatlıq yoxdur: "Hamı necə, onlar da elə. Mağazalara gedib, növbəyə durub ərzaq alacaqlar. Heç kəsin acından ölmək təhlükəsi yoxdur. Həyatları üçün təhlükə yoxdur".
Ukrayna Azərbaycanlıları Radasının sədri Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ukraynada yaşayan azərbaycanlılarla əlaqədədirlər. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı davamlı məsləhətləşmələr aparılır: "Hərbi vəziyyət olduğundan hər kəsə evdə oturmaq məsləhət görülür. Radaya azərbaycanlılar tərəfindən zənglər sırf məsləhət üçün vurulur. Nə edək? Necə olacaq və sair mövzuda. Biz də onlara evdə oturmağı məsləhət görürük. Hazırda şəhərin hər yerində böyük tıxaclar var".
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
Rusiya Prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. "Donbasın xalq respublikaları" Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası və Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq və qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycan XİN Ukraynadakı azərbaycanlılara müraciət etdi
İlham Əliyev DXR və LXR-in tanınmasına münasibət bildirdi
Rusiya MN itkilərlə bağlı xəbəri yalanladı
Lukaşenko hərbçilərlə müşavirə keçirəcək
Putin Donbasın müdafiəsi üçün xüsusi əməliyyat barədə elan edib
Xəbər lenti
0