https://sputnik.az/20220224/lukasenko-herbcilerle-musavire-kecirecek-439529238.html
Lukaşenko hərbçilərlə müşavirə keçirəcək
Lukaşenko hərbçilərlə müşavirə keçirəcək
Sputnik Azərbaycan
Rusiya prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır. 24.02.2022, Sputnik Azərbaycan
2022-02-24T11:26+0400
2022-02-24T11:26+0400
2022-02-24T11:39+0400
belarus prezidenti aleksandr lukaşenko
dünya xəbərləri
ukrayna
donbas
donbass
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1c/427071697_0:0:3165:1781_1920x0_80_0_0_6ae7820f66cac8ad6e1be3db118b2c8e.jpg
BAKI, 24 fevral — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi komandanlıqla operativ iclas keçirəcək.Sputnik Azərbaycan xəbər verir ki, iclas Minskin Müstəqillik Sarayında baş tutacaq.Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib. Rusiya Prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır."Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. "Donbasın xalq respublikaları" Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası və Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq və qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Putin Donbasın müdafiəsi üçün xüsusi əməliyyat barədə elan edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1c/427071697_185:0:2916:2048_1920x0_80_0_0_6f288a90e02c017126589dcd719ae821.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lukaşenko da ukraynaya hücum qərarı verəcək
lukaşenko da ukraynaya hücum qərarı verəcək
Lukaşenko hərbçilərlə müşavirə keçirəcək
11:26 24.02.2022 (Yenilənib: 11:39 24.02.2022) Rusiya prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır.
BAKI, 24 fevral — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi komandanlıqla operativ iclas keçirəcək.
Sputnik Azərbaycan xəbər verir ki, iclas Minskin Müstəqillik Sarayında baş tutacaq.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
Rusiya Prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. "Donbasın xalq respublikaları" Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası və Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq və qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.