SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev DXR və LXR-in tanınmasına münasibət bildirdi

© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAYEVPrezident İlham Əliyev, arxiv şəkli
Prezident İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
İlham Əliyev Rusiya ilə Azərbaycanın həmişə beynəlxalq arenada bir-birilərini dəstəklədiklərinə diqqət çəkib.
BAKI, 24 fevral — Sputnik. Moskva tərəfindən DXR və LXR-in tanınması RF və Azərbaycanın müttəfiqliyi üçün heç nəyi dəyişmir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev TASS Baş redaktorlar klubunda Rusiya KİV-nin rəhbərləri ilə görüşdə belə bir bəyanatla çıxış edib.
Onun sözlərinə görə, tərəflər bundan sonra da imzalanmış bəyannamədə göstərilmiş və Moskva ilə Bakının artıq çox illərdir əməkdaşlıq etdikləri istiqamətlər üzrə işləməyə davam edəcəklər.
Bundan əlavə, İlham Əliyev Rusiya ilə Azərbaycanın həmişə beynəlxalq arenada bir-birilərini dəstəklədiklərinə diqqət çəkib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"ni imzalayıblar.
Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıblar. Qeyd olunur ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında danışıqlar 4 saatdan bir qədər çox davam edib.
Görüş Kremldə baş tutub. Onların müzakirə etdiyi mövzular arasında Ukrayna və Dağlıq Qarabağ məsələsi əsas yerləri tutub.
Liderlər mətbuat nümayəndələrinin iştirakı ilə aparılan danışıqlardan sonra "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannaməni imzalayıblar.
Bəyannamə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin ən vacib sahələrini əhatə edən 40-dan çox bənd var.
Qeyd edək ki, fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya rəsmi səfərə gedib.
Fevralın 22-də prezidentlər arasında təkbətək görüş keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiya MN itkilərlə bağlı xəbəri yalanladı
Lukaşenko hərbçilərlə müşavirə keçirəcək
Putin Donbasın müdafiəsi üçün xüsusi əməliyyat barədə elan edib
Xəbər lenti
0