SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Abdullahiyan Ukraynadakı vəziyyətə görə NATO-nu ittiham etdi

© AFP 2023 / ATTA KENAREüseyn Əmir Abdullahiyan
üseyn Əmir Abdullahiyan  - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
İranın Xarici İşlər naziri qeyd edib ki, atəşkəs əldə olunmalıdı, diqqəti siyasi və demokratik həll yolunun tapılmasına yönəltmək lazımdır.
BAKI, 24 fevral — Sputnik. Ukrayna ətrafındakı böhran NATO-nun təxribatları nəticəsində yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan öz "Twitter" səhifəsində yazıb.
İran XİN başçısı qeyd edib ki, atəşkəs əldə olunmalıdır.
"Diqqəti siyasi və demokratik həll yolunun tapılmasına yönəltmək lazımdır", - deyə Abdullahiyan bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İlham Əliyev DXR və LXR-in tanınmasına münasibət bildirdi
Rusiya MN itkilərlə bağlı xəbəri yalanladı
Lukaşenko hərbçilərlə müşavirə keçirəcək
Putin Donbasın müdafiəsi üçün xüsusi əməliyyat barədə elan edib
Xəbər lenti
0