Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Marsel": "Qarabağ"la oyun hər kəsin ağlındadır" - FOTO

© AP Photo / Daniel Cole"Marsel" - "Qarabağ" matçında oyun epizodu
Marsel - Qarabağ matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Fransanın "Marsel" futbol klubu bu gün Bakıya yola düşür.
BAKI, 22 fevral — Sputnik. Fransanın "Marsel" klubu "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Bakıya səfərdən əvvəl son məşqinə çıxıb.
Sputnik Azərbaycan xəbər verir ki, Liqa 1 təmsilçisi rəsmi tvitter hesabında Bubakar Kamara və Leonardo Balerdinin məşqdən fotosunu yayımlayıb.
Postda ""Qarabağ" - "Marsel" görüşü hər kəsin ağlındadır" yazılıb.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub. "Marsel" Bakı səfərinə bu gün çıxacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Raymon Domenek: "Qarabağ" "Marsel"i meydanda "süpürdü"
* “Qarabağ” ilə oyundan sonra “Marsel”ə qarşı iş açılıb - VİDEO
* "Qarabağ"ın qapısını qoruya bilmədi, amma ən yaxşı ola bildi
* "Marsel" - "Qarabağ" oyunundan kadrlar
Xəbər lenti
0