Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Elza Seyidcahan Qırğızıstan Bəstəkarlar İttifaqına üzv seçilib - Foto

© Photo : Facebook / Elza SeyidcahanElza Seyidcahan, arxiv şəkli
Elza Seyidcahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
Festivalda Leyla Əliyevanın sözlərinə yazılmış "İssık Kul" mahnısı müxtəlif dövlətlərin ifaçıları tərəfindən 12 dildə təqdim ediləcək.
BAKI, 21 fevral — Sputnik. Qırğızıstan Bəstəkarlar İttifaqı idarə heyətinin bu ayın 17-də keçirilən iclasında Azərbaycanın Əməkdar artisti, bəstəkar və müğənni Elza Seyidcahan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təqdimatı ilə qırğız musiqisinin inkişafındakı xidmətlərinə görə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib.
Sputnik Azərbaycan xəbər verir ki, Qırğızıstan Bəstəkarlar İttifaqının sədri, əməkdar mədəniyyət xadimi, Toktoqul adına Dövlət mükafatının laureatı Turdubek Çokiyev Elza Seyidcahanın həyat və yaradıcılığı haqqında məlumat verib.
Turdubek Çokiyev Elza Seyidcahanın Qırğızıstanda keçirilən "Issık-Kul Musiqi Müsabiqəsi"nin qalibi olduğunu, TÜRKSOY-un xüsusi mükafatını qazandığını vurğulayıb.
O deyib ki, Elza Seyidcahan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun layihəsi ilə Leyla Əliyevanın sözlərinə yazılmış "İssık-Kul" mahnısını Sayman Aruzun tərcüməsində fars dilində ifa edib.
Bəstəkarlar İttifaqının sədri vurğulayıb ki, Elza Seyidcahan və Azərbaycandan gələn digər musiqiçilər bu il keçiriləcək "İssık-Kul - Türkün inci dünyası" festivalına qatılacaq.
Festivalda Leyla Əliyevanın sözlərinə yazılmış "İssık Kul" mahnısı müxtəlif dövlətlərin ifaçıları tərəfindən 12 dildə təqdim ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Elza Seyidcahan: "Qadınlar ərlərinin xəyanətini bağışlasınlar" - VİDEO
Elza Seyidcahan yenə də insanları təəccübləndirib - FOTO
Elza Seyidcahan yeni şeirini təqdim edib
Xəbər lenti
0