Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Elza Seyidcahan: "Qadınlar ərlərinin xəyanətini bağışlasınlar" - VİDEO

© Photo : Facebook / Elza SeyidcahanElza Seyidcahan, arxiv şəkli
Elza Seyidcahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Abunə olmaq
BAKI, 8 yanvar — Sputnik. Hər zaman həyata keçirdiyi layihələr və verdiyi açıqlamaları ilə gündəmi alt-üst edən Əməkdar artist Elza Seyidcahan yenə də müzakirələrə səbəb olan açıqlama verib.
Sputnik Azərbaycan xəbər verir ki, Seyidcahan APA-ya müsahibəsində bəylərin xəyanətindən danışıb. Sənətçi bildirib ki, qadınlar ərlərinin xəyanətini bağışlamalı, ona görə həyat yoldaşından boşanmamalıdır:
"Baxırsan, evi, qızılı, hər şeyi var. Amma xırda bir məsələyə görə boşanır. Deyir, ərim mənə xəyanət etdi. Bu nə deməkdir? Bu səbəbdən adam boşanarmı? Əlbəttə ki, xəyanəti bağışlayaram, niyə bağışlamayım. Qadınların borcudur ki, hər bir zaman ərlərinin xəyanətini bağışlasınlar. Kar, kor, lal olsunlar. Qadının xəyanəti isə bağışlanılmır. Qoyun mənə köhnə fikirli desinlər. Belə düşünürəm".
Xəbər lenti
0