BAKI, 6 may — Sputnik. Hər zaman fərqli geyimləri və şeirləri ilə tanınan Əməkdar artist Elza Seyidcahan daha bir şeirə imza atıb. Müğənni və bəstəkar yeni şeirini Sputnik Azərbaycan-a təqdim edib:
"Kim sənə mənim kimi "Can sənə"
Sənin kim mənə "Ay can" deyə bilər?
Kim sənin mənim kimi "həsrətini,"
Sənin kimi mənim "nazımı" çəkə bilər?
Kim sənə mənim kimi "nəfəsim",
Sənin kimi mənə "dünyam" deyə bilər?
Kim səndə olan qayğılığın
Məndə olan bağlılığın dəyərini verə bilər?
Kim məndə olan xoşbəxtliyə
Səndə olan şəfqət və mərhəmətə
Çata bilər?
Kim bizim kimi sevginin yolunu
Gözləyə-gözləyə cəhənnəm əzabı
Yaşaya bilər?
Sevgisini,
Dilsiz, ağızsız, qulaqsız başa düşə bilər?
Kim səni mənim kimi böyük işlərə ruhlandırar?
Sənin kimi mənim işlərimi görməyə
Mane olar?
Kim sənin kimi utancaqlığa qalib gəlib,
Həqiqət yolunu işıqlandırar?
Sınanmış eşq sevgisinin
Zövqünü alar?
Kim bizim kimi biri-birinə
Sədaqət baxışları andı içər?
Mənim kimi sənin qəzəbini
Məhəbbəti ilə yatırda bilər?
Kim sənin kimi qışqıran qürurlunu
Mənim kimi saflığı ilə susdura bilər?
Kim sənin kimi, sevməyin olduğunu bilməyən,
Əbədi eşq möcüzəsini daşıya bilər?
Kim sənin kimi eşqə ürəyini açar,
Mənim kimi eşq çadırından qaçar?
Kim bizim kimi ruh aşiqlərini dodaqlarında
Görüşdürüb öpüşdürə bilər?
Kim sənə mənim kimi "Can sənə"
Sənin kimi mənə "Ay can" deyə bilər?
Kim?
Axı kim???"