Bakıda yolu bağlayan TIR şirkətinin rəhbərinə qarşı istintaqa xeyli şikayətlər daxil olub

© AFP 2023 / JURE MAKOVECYük maşınları, arxiv şəkli
Yük maşınları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
Analoji qanunazidd hərəkətləri ilə bağlı Alim Hüseynovun da şikayətçi olduğu məlum olub
BAKI, 21 fevral — Sputnik. Yükdaşıma xidmətləri ilə məşğul olan və bu yaxınlarda barəsində cinayət işi qaldırılaraq həbs edilən "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərovla bağlı istintaqa xeyli şikayətlər daxil olub.
Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, R.Cəfərovun Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min ABŞ dollarından çox dəyəri olan yükü ələ keçirdiyi, Anar İsgəndərov, Elman Əkbərov, İftixar Mehdiyev və Əlikram Məmmədov adlı vətəndaşlara məxsus ümumilikdə 68 min ABŞ dolları dəyərində mal və məhsulların daşınmasında onlara maddi ziyan vurduğu üzə çıxıb.
Analoji qanunazidd hərəkətləri ilə bağlı Alim Hüseynovun da şikayətçi olduğu məlum olub.
Qeyd edək ki, fevralın 17-i səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı R.Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə R.Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.

Həmçinin oxuyun:

Yolu bağlayan TIR sürücüləri həbs olunublar
Nəzarətsiz qalan postlar, uçan avtomobillər və Manaf Ağayev
TIR sürücülərinin yolu kəsməsi: cinayət işi, "qara maskalılar", "döyülmə". Nə baş verir?
Xəbər lenti
0