https://sputnik.az/20220217/tir-suruculerinin-yolu-baglamasina-resmi-munasibet-439270490.html
TIR sürücülərinin yolu kəsməsi: cinayət işi, "qara maskalılar", "döyülmə". Nə baş verir?
TIR sürücülərinin yolu kəsməsi: cinayət işi, "qara maskalılar", "döyülmə". Nə baş verir?
Sputnik Azərbaycan
Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanılıb. 17.02.2022, Sputnik Azərbaycan
2022-02-17T23:11+0400
2022-02-17T23:11+0400
2022-02-17T23:12+0400
azərbaycan xəbərləri
yük avtomobili
yol
bağlanma
https://cdnn1.img.sputnik.az/img/42373/77/423737713_0:25:3069:1751_1920x0_80_0_0_55b8b5c63435cfa2f876143b13d014fb.jpg
BAKI, 17 fevral — Sputnik. Bu gün səhər saatlarında yük avtomobilləri sürücülərinin etiraz əlaməti olaraq yolu bağlamasının fərqli təfərrüatları üzə çıxmaqdadır. Hüquq müdafiəçisi Rüfət Səfərov canlı yayımda bu gün prospekti bağlayan "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə “qara maskalılar”ın girdiyini iddia edib.DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq hüquq müdafiəçisinin iddialarına cavab verib.Rəmiş Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.E.Zahidov Rüfət Səfərov və Zaur Əkbərin döyülməsi iddiasına da cavab verib:“Onlar Nərimanov Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı.Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər”.Qeyd edək ki, yolu bağlayan sürücülərin tıxac yaratdıqlarına görə üzr istədiyini əks etdirən video da paylaşılıb: ----------19:37Bu gün səhər saatlarında yük avtomobilləri sürücüləri tərəfindən etiraz məqsədilə Heydər Əliyev Prospektinin bağlanması faktı ilə bağlı cinayət işi açılıb.Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.Qurum rəsmisi deyib ki, faktla bağlı Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tərəfindən məsələdə əli olanların dairəsi müəyyənləşdirilir.Bu maddəyə görə günahı sübuta yetirilənlər: 5 min manatdan 8 min manatadək cərimə ödəyir; yaxud iki il müddətində islah işlərinə cəlb olunur; yaxud üç il müddətinə azadlığı məhdudlaşdırılır; yaxud da üç il müddətinə azadlıqdan məhrum edilirlər. -------13:54Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bu gün bir qrup yük avtomobili sürücüsünün etiraz olaraq yolun bağlanmasına münasibət bildirib.DANX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-ci il ilin iyun ayından etibarən DANX tərəfindən beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesi yeni və şəffaf mexanizmin tətbiqi ilə həyata keçirilir. İcazələrin bölgüsü prosesində daşıyıcıların özlərinin də iştirakı təmin edilib.Bölgü nəticələri daşıyıcıların assosiasiyasının saytında dərc edilərək ictimailəşdirilir. Əvvəllər mövcud olan neqativ hallar tam və birmənalı dayandırılıb. Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını DANX-dan tam maneəsiz əldə edirlər.Məlumat üçün bildirək ki, "İcazə" blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur."Bu istiqamətdə nazirlik tərəfindən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edilir və daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadilə edilir. Yalnız bir daşıyıcı – Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub.Bundan əlavə, Xidmətin məsul əməkdaşları tərəfindən dəfələrlə qəbul olunaraq mövcud qanunvericilik barədə müvafiq izahatlar verilməsinə baxmayaraq, Rəmiş Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda "İcazə" blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol vermiş, hərəkətləri ilə Xidmətin normal iş ahəngini pozub", - DANX-dan bildirilib.Həmçinin qeyd olunub ki, sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində Rəmiş Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini pozub. Nəticədə xidmət tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət olunaraq polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından götürülmüş və Rəmiş Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılıb."Onu da bildiririk ki, Cəfərov Rəmiş tərəfindən əvvəllər də bir sıra qanun pozuntularına yol verilib. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə ünvanladığı 17 yanvar 2018-ci il tarixli məktubla lizinq müqaviləsi əsasında əldə etdiyi avtonəqliyyat vasitəsini qanunsuz yolla ölkədən çıxartdığına görə Rəmiş Cəfərova avtomobil nəqliyyatı ilə daşımalar üçün müvafiq icazələrin verilməsinin dayandırılmasını və verilmiş icazələrin etibarsız hesab edilməsinin təmin olunmasını xahiş etmişdir.Digər bir daşıyıcının 17 yanvar 2019-cu il tarixli məktubuna əsasən Rəmiş Cəfərov ona məxsus 99XE844/99ZA042 nömrəli nəqliyyat vasitəsi ilə 01 avqust 2018-ci il tarixində Türkiyə-Qazaxıstan marşrutunda beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində şirkətin kustar üsulla hazırlanmış saxta ştampından istifadə edərək Türkiyədən Qazaxıstana daşıdığı yaş salfetka yükünü Gürcüstanda tütün məhsulları ilə əvəz edərək Rusiya Federasiyasının ərazisinə keçmiş və orada yükü naməlum şəxslərə təhvil vermiş, nəticədə baş vermiş hadisəyə görə bu şirkətə Rusiya Federasiyasının gömrük orqanları tərəfindən yükün ünvana çatdırılmaması və qara siyahıya salınması barədə xəbərdarlıq edilərək onun işgüzar nüfuzuna xələl gətirilib.Bu il Cəfərov Rəmiş tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq icazələr alınmayıb. Onun tərəfindən xarici ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğu bildirildikdə icazəsi olmadan bunu necə etdiyi sorğulanıb. Məsələyə aydınlıq gətirmək və dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə Cəfərov Rəmiş tərəfindən nəqliyyat vasitələri şəhərin mərkəzi prospektinin ikinci zolağında saxlanılıb.Onu da bildirmək istəyirik ki, Rəmiş Cəfərovun beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meylli daşıyıcı olduğunu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, 10 yanvar 2022-ci il tarixindən etibarən "R Group Azerbaijan" MMC ABADA üzvlüyündən çıxarılmışdır. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etdiriblər.Qeyd edək ki, "İcazə blankları" verilərkən daşıyıcıların həmin blanklara olan cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır. Bu istiqamətdə işlər davam etdirilir və qısa müddətdə icazələrin bölgüsünün idarə edilməsi üçün xüsusi elektron proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə çıxışını daha da asanlaşdırmaqdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42373/77/423737713_103:0:2832:2047_1920x0_80_0_0_745946cf76fba80bb82d41aa399e8f60.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tir sürücülərinin yolu bağlamasına görə cinayət işi açıldı video
tir sürücülərinin yolu bağlamasına görə cinayət işi açıldı video
TIR sürücülərinin yolu kəsməsi: cinayət işi, "qara maskalılar", "döyülmə". Nə baş verir?
23:11 17.02.2022 (Yenilənib: 23:12 17.02.2022) Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanılıb.
BAKI, 17 fevral — Sputnik. Bu gün səhər saatlarında yük avtomobilləri sürücülərinin etiraz əlaməti olaraq yolu bağlamasının fərqli təfərrüatları üzə çıxmaqdadır.
Hüquq müdafiəçisi Rüfət Səfərov canlı yayımda bu gün prospekti bağlayan "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə “qara maskalılar”ın girdiyini iddia edib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq hüquq müdafiəçisinin iddialarına cavab verib.
“Bunlar hamısı əsassızdır. Onun evinə, ofisinə heç bir “qara maskalı”, naməlum şəxs girməyib. Sürücü Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov minlərlə insanın işə gecikməsinə səbəb olan oğluna bəraət qazandırmaq istəyir.
Rəmiş Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
E.Zahidov Rüfət Səfərov və Zaur Əkbərin döyülməsi iddiasına da cavab verib:
“Onlar Nərimanov Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı.
Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər”.
Qeyd edək ki, yolu bağlayan sürücülərin tıxac yaratdıqlarına görə üzr istədiyini əks etdirən video da paylaşılıb:
Bu gün səhər saatlarında yük avtomobilləri sürücüləri tərəfindən etiraz məqsədilə Heydər Əliyev Prospektinin bağlanması faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Qurum rəsmisi deyib ki, faktla bağlı Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tərəfindən məsələdə əli olanların dairəsi müəyyənləşdirilir.
Bu maddəyə görə günahı sübuta yetirilənlər: 5 min manatdan 8 min manatadək cərimə ödəyir; yaxud iki il müddətində islah işlərinə cəlb olunur; yaxud üç il müddətinə azadlığı məhdudlaşdırılır; yaxud da üç il müddətinə azadlıqdan məhrum edilirlər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bu gün bir qrup yük avtomobili sürücüsünün etiraz olaraq yolun bağlanmasına münasibət bildirib.
DANX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-ci il ilin iyun ayından etibarən DANX tərəfindən beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesi yeni və şəffaf mexanizmin tətbiqi ilə həyata keçirilir. İcazələrin bölgüsü prosesində daşıyıcıların özlərinin də iştirakı təmin edilib.
Bölgü nəticələri daşıyıcıların assosiasiyasının saytında dərc edilərək ictimailəşdirilir. Əvvəllər mövcud olan neqativ hallar tam və birmənalı dayandırılıb. Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını DANX-dan tam maneəsiz əldə edirlər.
Məlumat üçün bildirək ki, "İcazə" blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur.
"Bu istiqamətdə nazirlik tərəfindən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edilir və daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadilə edilir. Yalnız bir daşıyıcı – Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub.
Bundan əlavə, Xidmətin məsul əməkdaşları tərəfindən dəfələrlə qəbul olunaraq mövcud qanunvericilik barədə müvafiq izahatlar verilməsinə baxmayaraq, Rəmiş Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda "İcazə" blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol vermiş, hərəkətləri ilə Xidmətin normal iş ahəngini pozub", - DANX-dan bildirilib.
Həmçinin qeyd olunub ki, sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində Rəmiş Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini pozub. Nəticədə xidmət tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət olunaraq polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından götürülmüş və Rəmiş Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılıb.
"Onu da bildiririk ki, Cəfərov Rəmiş tərəfindən əvvəllər də bir sıra qanun pozuntularına yol verilib. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə ünvanladığı 17 yanvar 2018-ci il tarixli məktubla lizinq müqaviləsi əsasında əldə etdiyi avtonəqliyyat vasitəsini qanunsuz yolla ölkədən çıxartdığına görə Rəmiş Cəfərova avtomobil nəqliyyatı ilə daşımalar üçün müvafiq icazələrin verilməsinin dayandırılmasını və verilmiş icazələrin etibarsız hesab edilməsinin təmin olunmasını xahiş etmişdir.
Digər bir daşıyıcının 17 yanvar 2019-cu il tarixli məktubuna əsasən Rəmiş Cəfərov ona məxsus 99XE844/99ZA042 nömrəli nəqliyyat vasitəsi ilə 01 avqust 2018-ci il tarixində Türkiyə-Qazaxıstan marşrutunda beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində şirkətin kustar üsulla hazırlanmış saxta ştampından istifadə edərək Türkiyədən Qazaxıstana daşıdığı yaş salfetka yükünü Gürcüstanda tütün məhsulları ilə əvəz edərək Rusiya Federasiyasının ərazisinə keçmiş və orada yükü naməlum şəxslərə təhvil vermiş, nəticədə baş vermiş hadisəyə görə bu şirkətə Rusiya Federasiyasının gömrük orqanları tərəfindən yükün ünvana çatdırılmaması və qara siyahıya salınması barədə xəbərdarlıq edilərək onun işgüzar nüfuzuna xələl gətirilib.
Bu il Cəfərov Rəmiş tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq icazələr alınmayıb. Onun tərəfindən xarici ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğu bildirildikdə icazəsi olmadan bunu necə etdiyi sorğulanıb. Məsələyə aydınlıq gətirmək və dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə Cəfərov Rəmiş tərəfindən nəqliyyat vasitələri şəhərin mərkəzi prospektinin ikinci zolağında saxlanılıb.
Onu da bildirmək istəyirik ki, Rəmiş Cəfərovun beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meylli daşıyıcı olduğunu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, 10 yanvar 2022-ci il tarixindən etibarən "R Group Azerbaijan" MMC ABADA üzvlüyündən çıxarılmışdır. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etdiriblər.
Qeyd edək ki, "İcazə blankları" verilərkən daşıyıcıların həmin blanklara olan cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır. Bu istiqamətdə işlər davam etdirilir və qısa müddətdə icazələrin bölgüsünün idarə edilməsi üçün xüsusi elektron proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə çıxışını daha da asanlaşdırmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.