https://sputnik.az/20220218/nezaretsiz-qalan-postlar-ucan-avtomobiller-ve-manaf-agayev-439319038.html
Nəzarətsiz qalan postlar, uçan avtomobillər və Manaf Ağayev
Nəzarətsiz qalan postlar, uçan avtomobillər və Manaf Ağayev
Sputnik Azərbaycan
Kütlə Manafın efirdə davranışını ona bağışlasa da, qazandığı var-dövləti, rahatlığı, komfortu ona bağışlamır 18.02.2022, Sputnik Azərbaycan
2022-02-18T17:12+0400
2022-02-18T17:12+0400
2022-02-18T23:55+0400
post
cəbrayılın azad olunması
füzuli
manaf ağayev
yazarlar
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425586835_683:704:3072:2048_1920x0_80_0_0_99420c0450f70f15b6af932605383200.jpg
BAKI, 18 fevral — Sputnik. Müğənni Manaf Ağayev Füzuli rayonuna qanunsuz səfər edib və bu səbəbdən saxlanılıb. İfaçının səfərlə bağlı çəkdirdiyi video son günlər sosial şəbəkələrdə geniş rezonans yaradıb. Rəsmi açıqlamalardan belə məlum olur ki, Manaf Ağayev və məlum videodakı iş adamı Sənan Hüseynov işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb və hər iki şəxs 15 sutka həbs edilib.Baş verənləri bir qədər dərindən təhlil edəndə mənə aydın olur ki, Manaf Ağayevin və Sənan Hüseynovun avtomobilləri əraziyə qeyri-adi şəkildə, – ya uçaraq, ya da gizli tunellərlə daxil olub. İnanmıram ki, müğənni işğaldan azad olunmuş ərazilərə postlardan keçərək daxil olsun. Əgər belə olsaydı, postlarda keşik çəkən şanlı polisimiz, ayıq-sayıq əsgərlərimiz buna bəri başdan mane olardı, ya da onlar da qanunu pozub müğənniyə şərait yaratsaydı, onların da cəzalandırıldığını eşidərdik. Belə bir informasiyamız olmadığıü üçün Manafın əraziyə uçan avtomobillə daxil olduğuna şübhə yeri qalmır.***Yaxşı, bəs Manaf Ağayevin işğaldan azad olunmuş ərazilərə – Füzuli rayonuna səfər etməsi sosial şəbəkələrdə niyə bu qədər qıcıq yaratdı? Niyə insanlar Manafın bu səfərini müzakirə edirlər? Ümumiyyətlə, gündəmdə daha ciddi məsələlər varkən, niyə hansısa müğənninin öz dədə-baba yurduna səfəri bu qədər müzakirə olunur? Məsələn, paytaxtda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinə etiraz olaraq yolu bağlayan, sonra üzr videosu yayılan TIR sürücülərinin problemi daha vacib və aktual deyilmi? Manaf Ağayevin Füzuliyə səfər etməsi niyə bu qədər şişirdilir? Bu həmin Manaf Ağayev deyilmi, Tovuz hadisələrindən sonra oğlanları ilə birgə səfərbərlik üçün müraciət edib, Vətən Müharibəsində ön cəbhəyə bacardığı qədər yardım edib və mətbuatımız bunu geninə-boluna işıqlandırıb? Yadımdadır, müharibə ərəfəsində onun oğlanlarının müharibəyə çağırılmadığını müzakirə edib, müğənnini qınayırdılar. Halbuki, oğlanlarının döyüşə aparılmaması Manafın günahı sayıla bilməz. Döyüşən orduya bacardığı kimi yardım edən, malını-pulunu əsirgəməyən bir müğənnidən daha nə gözləyirik? Ümumiyyətlə, tanınmış simalardan – müğənnidən, aktyordan, rejissordan, aparıcıdan, şair və yazıçıdan niyə qəhrəmanlıq gözləyirik? Niyə onların ən kiçik səhvini belə böyüdüb dağ edirik? Doğrudanmı bizim ən vacib problemimiz Manaf Ağayevin Füzuli səfəridir?***Kütlənin qəzəbini anlamaq çətin deyil. Bəh-bəhlə, hay-həşirlə, böyük pullar xərcləyib məclislərinə dəvət etdikləri müğənnilərin ən kiçik bir səhvi kütlə üçün bağışlanılmazdır. Manafın efirlərdə mal-mülkünü, avtomobil kolleksiyasını nümayiş etdirməsi, özündənrazı danışığı, mental düşüncədə ilişib qalması, ibtidai təfəkkürü qıcıq yarada bilər, daha doğrusu, əslində bütün bunlar qıcıq yaratmalıdır. Ancaq kütlə Manafın efirdə davranışını ona bağışlasa da, qazandığı var-dövləti, rahatlığı, komfortu ona bağışlamır. Məlum videoda müğənninin bahalı avtomobildən enməsi səhnəsi də qıcıq yarada biləcək amil kimi görünür. Bəlkə də, şanlı polislərimiz müğənniyə məhz bunu bağışlamayıblar.***Ötən il kafelərin birində səhər yeməyi yeyirdim. Təsadüfən oturduğum məkana Manaf Ağayev və 7-8 nəfər həmyerlisi ilə daxil oldular. Müğənni və yanndakılar hansısa ciddi məsələni müzakirə edirdilər. Diqqətlə qulaq asmağı etik hesab etməsəm də, mənim üçün bu söhbət çox maraqlı gəldi. Açığı, Manaf Ağayev müğənni kimi heç zaman mənim maraq dairəmdə olmayıb. Bəlkə, təsadüfən hansısa mahnısını eşitmişəm, amma xüsusi olaraq dinləməmişəm. Ancaq ətrafındakı insanların onunla ağsaqqal, böyük kimi davranması çox maraqlı mənzərə idi. Hamı sakitcə onu dinləyir, onun məsləhətinə diqqətlə qulaq asırdı. Müşahidəmdən belə başa düşdüm ki, Manaf həmyerliləri arasında sayılıb-seçilən, mövqeyi olan adamdır. Belə bir adamı dədə-baba yurduna getdiyi üçün həbs etmək onu sevənlər üçün böyük zərbə, Manaf üçün də utancdır. Açığı, Manafın saxlanılması çox gülməli və absurddur.***Bir sual mənim üçün hələ də açıq qalır: Manaf Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla necə daxili olub? Ümid edirəm, bununla bağlı mütləq rəsmi açıqlama olacaq. Həqiqətən, maraqlıdır, görəsən, müğənni uçan avtomobil idarə edir? Bəlkə, xüsusi, gözəgörünməz qüvvə Manafı postlardan keçirib? Bəlkə, bu adam ovsunçudur? Xülasə, bu hadisəyə təəssüflənsəm də, baş verənlərin sirrini çözə bilmədim. Doğrudan da çox maraqlıdır, müğənni postları necə keçib? Nə üçün bütün ölkə bu hadisədən məhz məlum video paylaşıldıqdan sonra xəbər tutub? Əgər işğaldan azad olunmuş ərazilərə səfər etmək qadağandırsa, xüsusilə Füzuli Beynəlxalq Hava Limanına getmək qanun pozuntusudursa, bu hava limanı nə üçün tikilib?***Bir gün Manaf Ağayev üçün üzüləcəyimi desəydilər, şaqqanaq çəkib gülərdim. Ancaq bu gün mən müğənniyə həqiqətən üzüldüm. Ümid edirəm ki, tezliklə Manafın uçan avtomobillə qanunu necə pozmasını əks etdirən videoları da görəcəyik.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425586835_1073:666:2915:2048_1920x0_80_0_0_3f35342dd4b9c67ebae56a67005218d7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
post, cəbrayılın azad olunması, füzuli, manaf ağayev
post, cəbrayılın azad olunması, füzuli, manaf ağayev
Nəzarətsiz qalan postlar, uçan avtomobillər və Manaf Ağayev
17:12 18.02.2022 (Yenilənib: 23:55 18.02.2022) Kütlə Manafın efirdə davranışını ona bağışlasa da, qazandığı var-dövləti, rahatlığı, komfortu ona bağışlamır
BAKI, 18 fevral — Sputnik. Müğənni Manaf Ağayev Füzuli rayonuna qanunsuz səfər edib və bu səbəbdən saxlanılıb. İfaçının səfərlə bağlı çəkdirdiyi video son günlər sosial şəbəkələrdə geniş rezonans yaradıb. Rəsmi açıqlamalardan belə məlum olur ki, Manaf Ağayev və məlum videodakı iş adamı Sənan Hüseynov işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb və hər iki şəxs 15 sutka həbs edilib.
Baş verənləri bir qədər dərindən təhlil edəndə mənə aydın olur ki, Manaf Ağayevin və Sənan Hüseynovun avtomobilləri əraziyə qeyri-adi şəkildə, – ya uçaraq, ya da gizli tunellərlə daxil olub. İnanmıram ki, müğənni işğaldan azad olunmuş ərazilərə postlardan keçərək daxil olsun. Əgər belə olsaydı, postlarda keşik çəkən şanlı polisimiz, ayıq-sayıq əsgərlərimiz buna bəri başdan mane olardı, ya da onlar da qanunu pozub müğənniyə şərait yaratsaydı, onların da cəzalandırıldığını eşidərdik. Belə bir informasiyamız olmadığıü üçün Manafın əraziyə uçan avtomobillə daxil olduğuna şübhə yeri qalmır.
Yaxşı, bəs Manaf Ağayevin işğaldan azad olunmuş ərazilərə – Füzuli rayonuna səfər etməsi sosial şəbəkələrdə niyə bu qədər qıcıq yaratdı? Niyə insanlar Manafın bu səfərini müzakirə edirlər? Ümumiyyətlə, gündəmdə daha ciddi məsələlər varkən, niyə hansısa müğənninin öz dədə-baba yurduna səfəri bu qədər müzakirə olunur?
Məsələn, paytaxtda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinə etiraz olaraq yolu bağlayan, sonra üzr videosu yayılan TIR sürücülərinin problemi daha vacib və aktual deyilmi? Manaf Ağayevin Füzuliyə səfər etməsi niyə bu qədər şişirdilir? Bu həmin Manaf Ağayev deyilmi, Tovuz hadisələrindən sonra oğlanları ilə birgə səfərbərlik üçün müraciət edib, Vətən Müharibəsində ön cəbhəyə bacardığı qədər yardım edib və mətbuatımız bunu geninə-boluna işıqlandırıb? Yadımdadır, müharibə ərəfəsində onun oğlanlarının müharibəyə çağırılmadığını müzakirə edib, müğənnini qınayırdılar.
Halbuki, oğlanlarının döyüşə aparılmaması Manafın günahı sayıla bilməz. Döyüşən orduya bacardığı kimi yardım edən, malını-pulunu əsirgəməyən bir müğənnidən daha nə gözləyirik? Ümumiyyətlə, tanınmış simalardan – müğənnidən, aktyordan, rejissordan, aparıcıdan, şair və yazıçıdan niyə qəhrəmanlıq gözləyirik? Niyə onların ən kiçik səhvini belə böyüdüb dağ edirik? Doğrudanmı bizim ən vacib problemimiz Manaf Ağayevin Füzuli səfəridir?
Kütlənin qəzəbini anlamaq çətin deyil. Bəh-bəhlə, hay-həşirlə, böyük pullar xərcləyib məclislərinə dəvət etdikləri müğənnilərin ən kiçik bir səhvi kütlə üçün bağışlanılmazdır. Manafın efirlərdə mal-mülkünü, avtomobil kolleksiyasını nümayiş etdirməsi, özündənrazı danışığı, mental düşüncədə ilişib qalması, ibtidai təfəkkürü qıcıq yarada bilər, daha doğrusu, əslində bütün bunlar qıcıq yaratmalıdır. Ancaq kütlə Manafın efirdə davranışını ona bağışlasa da, qazandığı var-dövləti, rahatlığı, komfortu ona bağışlamır. Məlum videoda müğənninin bahalı avtomobildən enməsi səhnəsi də qıcıq yarada biləcək amil kimi görünür. Bəlkə də, şanlı polislərimiz müğənniyə məhz bunu bağışlamayıblar.
Ötən il kafelərin birində səhər yeməyi yeyirdim. Təsadüfən oturduğum məkana Manaf Ağayev və 7-8 nəfər həmyerlisi ilə daxil oldular. Müğənni və yanndakılar hansısa ciddi məsələni müzakirə edirdilər. Diqqətlə qulaq asmağı etik hesab etməsəm də, mənim üçün bu söhbət çox maraqlı gəldi. Açığı, Manaf Ağayev müğənni kimi heç zaman mənim maraq dairəmdə olmayıb. Bəlkə, təsadüfən hansısa mahnısını eşitmişəm, amma xüsusi olaraq dinləməmişəm.
Ancaq ətrafındakı insanların onunla ağsaqqal, böyük kimi davranması çox maraqlı mənzərə idi. Hamı sakitcə onu dinləyir, onun məsləhətinə diqqətlə qulaq asırdı. Müşahidəmdən belə başa düşdüm ki, Manaf həmyerliləri arasında sayılıb-seçilən, mövqeyi olan adamdır. Belə bir adamı dədə-baba yurduna getdiyi üçün həbs etmək onu sevənlər üçün böyük zərbə, Manaf üçün də utancdır. Açığı, Manafın saxlanılması çox gülməli və absurddur.
Bir sual mənim üçün hələ də açıq qalır: Manaf Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla necə daxili olub? Ümid edirəm, bununla bağlı mütləq rəsmi açıqlama olacaq. Həqiqətən, maraqlıdır, görəsən, müğənni uçan avtomobil idarə edir? Bəlkə, xüsusi, gözəgörünməz qüvvə Manafı postlardan keçirib? Bəlkə, bu adam ovsunçudur? Xülasə, bu hadisəyə təəssüflənsəm də, baş verənlərin sirrini çözə bilmədim. Doğrudan da çox maraqlıdır, müğənni postları necə keçib? Nə üçün bütün ölkə bu hadisədən məhz məlum video paylaşıldıqdan sonra xəbər tutub? Əgər işğaldan azad olunmuş ərazilərə səfər etmək qadağandırsa, xüsusilə Füzuli Beynəlxalq Hava Limanına getmək qanun pozuntusudursa, bu hava limanı nə üçün tikilib?
Bir gün Manaf Ağayev üçün üzüləcəyimi desəydilər, şaqqanaq çəkib gülərdim. Ancaq bu gün mən müğənniyə həqiqətən üzüldüm. Ümid edirəm ki, tezliklə Manafın uçan avtomobillə qanunu necə pozmasını əks etdirən videoları da görəcəyik.