Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tarkan yeni mahnısı ilə dünya ikincisi olub - VİDEO

© AP PhotoТаркан, фото из архива
Таркан, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
Meqastarın "YouTube"da yayımladığı "Geççek" adlı yeni sinqlı ölkədə geniş müzakirələrə səbəb olub.
BAKI, 19 fevral — Sputnik. Türkiyənin meqastarı Tarkan yeni mahnısı ilə dünya ikincisi olub. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin uzun müddət sonra təqdim etdiyi "Geççek" klipi 10 milyondan artıq izləyici toplayıb.
Fevralın 17-si "Youtube" portalına yerləşdirilən klip baxış sayına görə ötən gün dünyada izlənilən ikinci video olub. Meqastarın bu ifası Türkiyədə gündəm olub. İstər sənət adamları, istərsə siyasətçilər müğənni ilə bağlı paylaşım edib.
Qeyd edək ki, geniş yayılan sinql ilə bağlı "CNN Türk"ün canlı yayımına çıxan aparıcı Hande Fırat kobud səhvə yol verib. Belə ki, aparıcı "Geççek" mahnısı ilə bağlı tvitləri oxuyarkən ölkənin səhiyyə naziri Fahrettin Kocanın adına açılan saxta hesabdan tviti izləyicilərlə paylaşıb. Aparıcının bu səhvini görən izləyicilər sosial media vasitəsilə onu ələ salıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Tarkandan Yıldız Tilbenin "challange"inə gözlənilməz reaksiya - VİDEO
* ABŞ səfirinin müavini Eldar Qasımovla gəzintiyə çıxıb, azərbaycanca mahnı oxuyub -VİDEO
* Azərbaycan sənətçiləri Ərdoğanı göz yaşlarına boğdular - FOTO
* Azərbaycanı "Avroviziya"da təmsil edəcək müğənni: Bir az şübhə edirdim - Video/Foto
Xəbər lenti
0