Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanı "Avroviziya"da təmsil edəcək müğənni: Bir az şübhə edirdim - Video/Foto

Abunə olmaq
Nadir Rüstəmli vokal müsabiqə layihəsində birinci yeri necə qazandığından və Azərbaycanı beynəlxalq layihələrdə təmsil etmək arzusundan danışıb.
BAKI, 16 fevral — Sputnik. İfaçı Nadir Rüstəmli dünyaca məşhur olan "The Voice" – "Səs Azərbaycan" layihəsinin Azərbaycan lisenziyalı adaptasiyasının qalibi olub və bütün ölkədə məşhurlaşıb. Müğənni "Avroviziya-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun komandasında iştirak edib.
23 yaşlı Nadir Rüstəmli Sputnik Azərbaycan-a verdiyi müsahibədə layihədə iştirakından və ölkəni "Avroviziya-2022"də təmsil etmək istəyindən ətraflı danışıb.

Musiqiyə məhəbbət

Nadir uşaqlıqdan musiqi ilə maraqlanır. İfaçının atası həkim, eyni zamanda həvəskar musiqiçidir, muğamı bilir, tar və gitarada ifa edir, anası isə pianoda ifa etməklə məşğul olub. Nadirin qardaşı və bacısı da musiqi məktəbini bitiriblər, ancaq indi fərqli ixtisas üzrə çalışırlar. Nadir özü Azərbaycan Turizm və Menecment Universitetinin məzunudur.
"Qardaşım mənə ilk dəfə gitara hədiyyə edəndə onda necə ifa edəcəyimi belə, bilmirdim. Buna baxmayaraq, gitaranı özüm kökləməyi bacardım. Sonra hətta gitara dərsi belə verirdim. Musiqi təhsilim var - musiqi məktəbini bitirmişəm. Pianoda ifa etməyi də öyrənmişəm, bəstəkar Nailə Mirməmmədlinin vokal dərslərində iştirak etmişəm", - deyə Rüstəmli bildirib.
Məktəb illərindən müğənni müxtəlif tədbirlərdə, çox vaxt Gənclər Gününə həsr olunmuş konsertlərdə çıxış edib. O, iki dəfə respublika musiqi müsabiqəsində iştirak edib - ilk dəfə 2017-ci ildə ikinci, 2019-cu ildə isə birinci yerin qalibi olub.
© Sputnik / Murad OrujovNadir Rüstəmli
Победитель Səs Azərbaycan Надир Рустамли - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Nadir Rüstəmli
Nadir 2019-cu ildə Gənclər və İdman Nazirliyinin dəvəti ilə "Youthvision" beynəlxalq tələbə mahnı müsabiqəsində iştirak edib. Müxtəlif ölkələrdən olan 20 iştirakçı arasında ifaçı ikinci yeri tutub.

"Səs Azərbaycan" müsabiqəsi

Nadir dostlarına görə çox şanslıdır. Məhz onlar onu müxtəlif layihələrdə iştirak etməyə daim məcbur ediblər. "Səs Azərbaycan" müsabiqəsində iştirak üçün sorğunu ifaçının prodüseri Azər Zeynalov göndərib.
"Mən dostlarımla tətildə idim və Azər mənə zəng edib dedi: "Təcili ifanı videoya çəkib mənə göndər". Hər şeyi lentə aldım və ona göndərdim. Bir müddət sonra bizə məlumat verildi ki, müraciətim qəbul edilib və seçimdə iştirak etmək üçün dəvət aldım", - deyə Rüstəmli xatırlayaraq qeyd edib.
Zeynalov uzun müddət müəllim kimi hansı müğənnini seçəcəyi barədə fikirləşirdi. Əvvəlcə onun sözlərinə görə, digər ifaçılardan ibarət komandaya düşmək istəsə də, səhnəyə çıxanda Eldar Qasımovu seçməli olduğunu anlayıb.
Nadirin dediyinə görə, məşqlər çox maraqlı keçib və buna görə də o, seçimindən peşman olmayıb. "Eldar müəllim adına layiq idi, baxmayaraq ki, çoxları bunun üçün onun çox gənc olduğunu iddia edirdilər", - deyə müğənni bildirib.
© Sputnik / Murad OrujovNadir Rüstəmli
Победитель Səs Azərbaycan Надир Рустамли - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Nadir Rüstəmli
Seçimdə uğurlu iştirak etdikdən sonra Nadir qalib olmağı qarşısına məqsəd qoysa da, sonra layihədə istedadlı gənclərin çox olduğunu anlayanda özünə bir az şübhə edib.
"Layiqli rəqiblər çox idi. Hər şeyə rəğmən, finala çıxmaq üçün əlimdən gələni edəcəyimə qərar verdim. Məşq edirdim, öz üzərimdə işləyirdim, çünki iştirakçı gənclər çox istedadlı idilər. Hər şey tamaşaçıların seçimindən asılı idi və mən şadam ki, məni seçdilər. Demək, mənim ifalarım insanlar tərəfindən bəyənilirdi", - deyə Rüstəmli vurğulayıb.
Hazırda Nadir solo karyerasını davam etdirir, bundan əvvəl isə musiqi qrupunda çıxış edib.
Üstəlik, Azərbaycanı "Avroviziya 2022" müsabiqəsində də elə Nadir Rüstəmli təmsil edəcək. Onun sözlərinə görə, uşaqlıqdan Azərbaycanı bu yarışda yüngül rok tərzində mahnıyla təmsil etmək arzusunda olub.
"Mən bu layihədə həm vokalımı, həm səsimin bütün imkanlarını, həm də milliyyətimi nümayiş etdirmək istəyirəm", - Rüstəmli vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0