https://sputnik.az/20220218/terterde-yol-iscileri-minaya-dusub-xesaret-alanlar-var-439318541.html
Tərtərdə yol işçiləri minadan təmizlənməmiş ərazidə nə edirmişlər?
Tərtərdə yol işçiləri minadan təmizlənməmiş ərazidə nə edirmişlər?
Sputnik Azərbaycan
Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıblar. Onların 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib 18.02.2022, Sputnik Azərbaycan
2022-02-18T19:50+0400
2022-02-18T19:50+0400
2022-02-18T19:50+0400
tərtər
hadisə
mina
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348248_0:199:2757:1750_1920x0_80_0_0_19ee3c6366bd85d7b9248227f9bd6438.jpg
BAKI, 18 fevral — Sputnik. Tərtərdə mina partlayışı nəticəsində yol istismar idarəsinin iki əməkdaşı xəsarət alıb. Baş verən hadisə rayonun Çaylı kəndi ərazisində qeydə alınıb. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları - 59 yaşlı Alışah Səfərov və 57 yaşlı Faiq Səfərov - təmir işləri aparan zaman mina partlayışı ilə üzləşiblər. Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Zərərçəkənlər dərhal Tərtər Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Mübariz Mahmudov Sputnik Azərbaycan-a bildirib ki, xəsarət alanlardan biri evə buraxılıb. Digərinin isə vəziyyəti kafidir.M.Mahmudov onu da əlavə edib ki, evə buraxılan Alışah Səfərov ikinci və üçüncü barmağından, o cümlədən alt çənəsindən qəlpə yarası alıbmış: “Onun vəziyyəti nisbətən yaxşı oldu. O səbəbdən evə buraxdıq. Faiq Səfərov isə alının və hər iki əlin qəlpə yarası ilə hazırda xəstəxananın cərrahiyyə şöbəsində həkimlərin nəzarəti altındadır”.Hadisənin başvermə səbəbini aydınlaşdırmaq üçün əlaqə saxladığımız Minatəmizləmə Agentliyindən (ANAMA) bildirildi ki, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib. Yəni yol istismar idarəsinin işçiləri minalardan təmizlənməmiş ərazidə xəsarət alıblar.Yerli yol-istismar idarəsindən isə məlumat aldıq ki, hadisə ilə bağlı sözügedən əraziyə prokurorluq əməkdaşları baxış keçiriblər, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Dəqiq təfərrüat araşdırmadan sonra bəlli olacaq.---------15:51Tərtər Rayon Prokurorluğu mina partlaması hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, 18.02.2022-ci il tarixdə Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.***Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Sputnik Azərbaycan-a verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.Belə ki, 1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Kəlbəcər sakini müharibə mərmisinin qurbanı oldu - TəfərrüatAzad edilmiş ərazilərdə daha bir traktor minaya düşdüAğdamda yeni mobil düşərgə niyə salınıb?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348248_187:0:2520:1750_1920x0_80_0_0_203d9bddfc601eb0d7146abecf8da99a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tərtərdə mina partlayışı: yol işçiləri xəsarət aldılar - təfərrüat
tərtərdə mina partlayışı: yol işçiləri xəsarət aldılar - təfərrüat
Tərtərdə yol işçiləri minadan təmizlənməmiş ərazidə nə edirmişlər?
Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıblar. Onların 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib
BAKI, 18 fevral — Sputnik. Tərtərdə mina partlayışı nəticəsində yol istismar idarəsinin iki əməkdaşı xəsarət alıb. Baş verən hadisə rayonun Çaylı kəndi ərazisində qeydə alınıb. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları - 59 yaşlı Alışah Səfərov və 57 yaşlı Faiq Səfərov - təmir işləri aparan zaman mina partlayışı ilə üzləşiblər. Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər dərhal Tərtər Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Mübariz Mahmudov Sputnik Azərbaycan-a bildirib ki, xəsarət alanlardan biri evə buraxılıb. Digərinin isə vəziyyəti kafidir.
“Saat 11 radələrində iki nəfər xəsarət almış şəxs gətirdilər. Tərəfimizdən onlara yardım olundu. Səfərov Alışahın vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb. İkinci xəstəmiz - Səfərov Faiq İslam oğlu cərrahi şöbədə yatır. Hal-hazırda durumu kafidir”.
M.Mahmudov onu da əlavə edib ki, evə buraxılan Alışah Səfərov ikinci və üçüncü barmağından, o cümlədən alt çənəsindən qəlpə yarası alıbmış: “Onun vəziyyəti nisbətən yaxşı oldu. O səbəbdən evə buraxdıq. Faiq Səfərov isə alının və hər iki əlin qəlpə yarası ilə hazırda xəstəxananın cərrahiyyə şöbəsində həkimlərin nəzarəti altındadır”.
Hadisənin başvermə səbəbini aydınlaşdırmaq üçün əlaqə saxladığımız Minatəmizləmə Agentliyindən (ANAMA) bildirildi ki, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib. Yəni yol istismar idarəsinin işçiləri minalardan təmizlənməmiş ərazidə xəsarət alıblar.
Yerli yol-istismar idarəsindən isə məlumat aldıq ki, hadisə ilə bağlı sözügedən əraziyə prokurorluq əməkdaşları baxış keçiriblər, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Dəqiq təfərrüat araşdırmadan sonra bəlli olacaq.
Tərtər Rayon Prokurorluğu mina partlaması hadisəsi ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 18.02.2022-ci il tarixdə Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Sputnik Azərbaycan-a verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.