Kəlbəcər sakini müharibə mərmisinin qurbanı oldu - Təfərrüat
16:29 02.02.2022 (Yenilənib: 16:49 02.02.2022)
© Sputnik / Aleksey Kudenko
/ Abunə olmaq
İyirmi altı yaşlı İsmayıl Mikayılovun meyitini yaxınları qoyun otardığı ərazidə aşkarlayıblar.
YEVLAX, 2 fevral — Sputnik. Müharibə bitsə də mina, partlamamış mərmilər insanların ölümünə, yaralanmasına səbəb olmaqda davam edir. Yevlax rayonu ərazisində İkinci Qarabağ müharibəsi zamanı atılan kasetli bomba 26 yaşlı Kəlbəcər sakininin ölümünə səbəb olub.
© Sputnik / Rahim MammadovIsmayil Mikayilov
Ismayil Mikayilov
© Sputnik / Rahim Mammadov
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə İsmayıl Mikayılov qoyun otaran zaman baş verib. 26 yaşlı Kəlbəcər sakini ərazidə uzun müddətdir ki, heyvan saxlayırmış. Ötən gün doğmaları onun geri qayıtmadığını görüb İsmayılı axtarmağa başlayıblar. Hadisə haqda Sputnik Azərbaycan-ın bölgə müxbirinə mərhumun əmisi Aslan Mikayılov danışıb:
“Xeyli vaxtdır ki, heyvandarlıqla məşğul olurdu. Dünən saat 16 radələri olardı, qoyunlar gəldi, özü gəlmədi. Narahat qaldıq. Başladıq İsmayılı axtarmağa. Qoyun otardığı yerlərə baxdıq. Təxminən saat 6-7 olardı, meyitini gördüm. Baxdıq ki, ermənilərin atdığı mərmi partlayıb, bədəninin bir neçə yerindən xəsarətlər alıb, hadisə yerində də həlak olub. Müharibə vaxtı atılan mərmi olub, əraziyə düşüb, partlamayıbmış. Əsasən başında, sinə nahiyəsində xəsarətləri vardı. Cavan uşaq heyf oldu. İki azyaşlı övladı var”.
--------
13:07
Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb.
Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:
"Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilib.
© Sputnik / Rahim MammadovYevlaxda hadisəə yerində
Yevlaxda hadisəə yerində
© Sputnik / Rahim Mammadov
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılan araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur. Hazırda faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır".
***
Yevlax sakini partlayış nəticəsində həlak olub. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayon sakini olan çoban, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov Yevlax rayonunun Şirinbulaq yaşayış sahəsinə yaxın ərazidə hərbi sursatın partlaması nəticəsində aldığı xəsarətdən ölüb.
© Sputnik / Rahim MammadovAslan Mikayilov əmisi
Aslan Mikayilov əmisi
© Sputnik / Rahim Mammadov
İlkin ehtimala görə, həmin hərbi sursat Vətən müharibəsi dövründə ermənilər tərəfindən atılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, bir neçə gün öncə Füzuli rayonu ərazisində traktor minaya düşmüşdü. Baş Prokurorluğun mətbuat xidməti Füzulinin işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olduğunu açıqlamışdı.
Hadisə nəticəsində traktora ziyan dəysə də hər hansı bir şəxs xəsarət almamışdı.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.