Ağdamda yeni mobil düşərgə niyə salınıb?
12:25 28.01.2022 (Yenilənib: 17:59 28.01.2022)
© Sputnik / Emin AlisahibAğdamda minaaxtaranlar üçün mobil düşərgə
© Sputnik / Emin Alisahib
Abunə olmaq
Düşərgədə yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi var.
BAKI, 28 yanvar — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, düşərgə Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən yaradılıb və Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək.
Düşərgə əməliyyat, inzibati və xidməti heyət üçün lazımi şəraitlə təmin edilib.
Mobil tipli düşərgə müasir avadanlıqlarla təchiz edilərək, heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlif ölçülü konteynerlərdən ibarətdir. Düşərgədə yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi var. Həmçinin burada minaaxtaran itlərin saxlanılması, texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər nəzərdə tutulub.
© Sputnik / Emin AlisahibAğdamda minaaxtaranlar üçün mobil düşərgə
Ağdamda minaaxtaranlar üçün mobil düşərgə
© Sputnik / Emin Alisahib
Şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi üçün düşərgə futbol - voleybol meydançası və idman üçün trenajorlarla təmin edilib.
Qeyd edək ki, "yaşıl enerji" zonasının tətbiqi konsepsiyasına uyğun olaraq düşərgə günəş enerjisi ilə qidalanan xüsusi işıq dirəkləri ilə təchiz olunub.
ANAMA-nın Ağdam rayonu üzrə mobil sahə düşərgəsi icra edilən əməliyyatların miqyasının genişləndirilməsinə, mərkəzin işçi heyətinin sayının artırılmasına xidmət edəcək. Konteynerlərdən ibarət olan mobil tipli düşərgə minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşına bilər.
© Sputnik / Emin Alisahib
Ağdamda minaaxtaranlar üçün mobil düşərgə
1/4
© Sputnik / Emin Alisahib
Ağdamda minaaxtaranlar üçün mobil düşərgə
© Sputnik / Emin Alisahib
Ağdamda minaaxtaranlar üçün mobil düşərgə
2/4
© Sputnik / Emin Alisahib
Ağdamda minaaxtaranlar üçün mobil düşərgə
© Sputnik / Emin Alisahib
Ağdamda minaaxtaranlar üçün mobil düşərgə
3/4
© Sputnik / Emin Alisahib
Ağdamda minaaxtaranlar üçün mobil düşərgə
© Sputnik / Emin Alisahib
Ağdamda minaaxtaranlar üçün mobil düşərgə
4/4

Xatırladaq ki, bir müddət öncə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları Ağdamda birgə hazırlıq kursları təşkil etmişdi.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi məqsədilə rusiyalı pirotexniklər qrupu 2021-ci il yanvarın 4-də ölkəmizə gəlib. Tərkibinə 20 nəfər peşəkar mütəxəssisin daxil olduğu qrup ən müasir texnika və avadanlıqlarla təchiz edilib. Həmçinin qrupun sərəncamında bir xüsusi təlim görmüş minaaxtaran it də var.