SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Andjey Duda İlham Əliyevə zəng etdi: Gündəmdə Ukrayna da vardı

© Official website of President of Azerbaijan RepublicDavosda Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda arasında görüş
Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda arasında görüş - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Polşa Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi və Şərqi Avropa regionunda təhlükəsizlik məsələlərinə toxunub və ATƏT çərçivəsində atılan addımların gərginliyin azaldılmasına xidmət edəcəyini vurğulayıb.
BAKI, 16 fevral - Sputnik. Fevralın 16-da Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Söhbət zamanı Polşa Prezidenti 2019-cu ildə Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev də bu səfərin uğurlu olduğunu, ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Polşa Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi və Şərqi Avropa regionunda təhlükəsizlik məsələlərinə toxunub və ATƏT çərçivəsində atılan addımların gərginliyin azaldılmasına xidmət edəcəyini vurğulayıb.
Söhbət əsnasında Ukrayna ətrafında cərəyan edən hadisələrə dair fikir mübadiləsi də aparılıb.
Həmçinin oxuyun:
Prezidentlərin şəklini paylaşdığı üçün işdən qovuldu
Polşa prezidenti avtomobil qəzasına düşüb
Xəbər lenti
0