BAKI, 5 mart — Sputnik. Polşa prezidenti Anjey Dudanın avtomobili qəzaya uğrayıb.
Prezident Karpaçdan Levin-Bjeskiyə gedən zaman avtomobilində nasazlıq yaranıb.
Sputnik-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, prezidentin içərisində olduğu limuzininin arxa təkəri partlayıb. Sürücü digər avtomobillərlə toqquşmaqdan yayına bilsə də, maşının yolun kənarındakı su arxına düşməsinin qarşısını ala bilməyib. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.
Polşanın "RMF FM" radiosu bildirir ki, avtomobil çox yüksək sürətlə hərəkət edib.
Prezident özü TVN telekanalına açıqlamasında ciddi yol-nəqliyyat hadisəsinin baş vermədiyini deyib. A. Duda kortejdəki digər avtomobillərdən birinə keçərək, yoluna davam edib.