SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentlərin şəklini paylaşdığı üçün işdən qovuldu

© © The White HouseAnjey Duda və Donald Tramp Ağ Evdə
Anjey Duda və Donald Tramp Ağ Evdə - Sputnik Azərbaycan
Abunə olmaq
Şəkildə Ağ evdə ABŞ prezidenti kresloda oturub, Polşa prezidenti isə aya üstə dayanaraq müqavilə imzalayırlar.

BAKI, 22 sentyabr — Sputnik. Polşa telekanalı Belsat SMM üzrə mütəxəssisini işdən qovub.

Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb telekanalın SMM mütəxəssisi İvam Şilo Polşa və ABŞ prezidentlərinin şəklini paylaşan zaman yazdığı başlıq olub. O, facebookda fotonu paylaşaraq “Soldakı Polşa prezidentidir” yazıb.

Şəkildə Ağ evdə ABŞ prezidenti Donald Tramp kresloda oturub, Polşa prezidenti Andjey Duda isə ayaq üstə dayanaraq müqavilə imzalayırlar. Bu foto tənqidlərə və gülüşə səbəb olub. Hər kəs bu fotoda Polşa prezidentinin özünü belə vəziyyətdə alçatmasını qeyd edib. Hətta bəziləri Kim Çen In ilə Tramp müqavilə imzalarkən üz-üzə oturmalarını misal göstəriblər. Hansı ki, o şəkillərdə hər iki prezident stolda oturub.

Bu şəkli sosial şəbəkələrdə paylaşılandan bir gün sonra İvan Şilo heç bir səbəb göstərilmədən işdən azad edilib.

Xəbər lenti
0