QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşanın 270 illiyi Bülbülün ev muzeyində keçiriləcək

© Sputnik / Emin AlisahibBülbülün Şuşadakı ev muzeyi
Bülbülün Şuşadakı ev muzeyi - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
Xalq artisti Bülbülün Şuşadakı ev-muzeyini Avropadan, Amerikadan, orta Asiyadan, qonşu Gürcüstandan və digər ölkələrdən ziyarətə gəlirlər.
BAKI, 15 fevral — Sputnik. Mədəniyyət paytaxtımız Şuşa şəhərinə üz tutan istər yerli, istərsə də xarici qonaqların ən çox ziyarət etdikləri məkanlardan biri də xalq artisti Bülbülün ev-muzeyidir. 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin görkəmli nümayəndəsi, xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyində ötən il Prezident İlham Əliyevin tapşırığına əsasən təmir-bərpa və yenidənqurma işləri aparılıb.
© Sputnik / Emin AlisahibBülbülün Şuşadakı ev muzeyi
Bülbülün Şuşadakl ev muzeyi - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Bülbülün Şuşadakı ev muzeyi
Muzey vaxtı ilə ulu öndərin təşəbbüsü ilə yaradılıb
Muzeyin ziyarətçiləri burada nəinki görkəmli ifaçı Bülbülün həyat və yaradıcılığı ilə tanış olur, eləcə də Qarabağın musiqisi, mədəniyyəti, tarixi ilə bağlı məlumatlar alırlar. Muzeyin direktoru, əslən Şuşadan olan Fəxrəddin Hacıbəyli “Sputnik Azərbaycan”a müsahibəsində bildirib ki, illərdir həsrətində olduğu baba yurduna gəlişi, muzeyin fəaliyyəti, mədəniyyət paytaxtımızın inkişafı ilə bağlıdır. Görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.
O deyib ki, mərhum prezident Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib:
“Muzey 1982-ci ildə ulu öndərimizin təşəbbüsü və onun sərəncamı ilə burada yaradılıb. Bax, bu gördüyünüz həyət Bülbülün doğulub böyüdüyü ev muzeyinə məxsus olan həyətdir. Arxamızda gördüyünüz bina Bülbülün doğulub böyüdüyü binadır. Kərbəlayi Yusif tərəfindən, yəni Bülbülün ulu babası tərəfindən 1787-88-ci ildə illərdə inşa olunub. O bina Şuşa ilə təxminən həmyaşıddır. Yəni 35-36 il fərqi var. 1752-ci ildə də Pənahəli xan tərəfindən Şuşa inşa olunub”.
© Sputnik / Emin AlisahibFəxrəddin Hacıbəyli - Bülbülün Şuşadakı ev muzeyinin direktoru
Fəxrəddin Hacıbəyli Bülbülün Şuşadakı ev muzeyinin direktoru - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Fəxrəddin Hacıbəyli - Bülbülün Şuşadakı ev muzeyinin direktoru
Bülbüllə bağlı bütün eksponatları ermənilər niyə məhv edib?
Direktorun sözlərinə görə, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərən, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynayan Bülbülün Şuşadakı ev muzeyi 1982-ci ildən 1992-ci ilin məlum hadisələrinə qədər fəaliyyət göstərib:
"Cəmi 10 il - 1992-ci ilin may ayından, yəni Şuşamız işğal olunandan azad edilənə qədər erməni vandalları Bülbülün ev muzeyin dağıdıb içərisində olan eksponatları məhv ediblər. Biz ermənilər tərəfindən dağıdılan büstü qəsdən götürmədik ki, gələcək nəsillər erməni vandallığının şahidi olsunlar və bizim milli-mənəvi dəyərlərimizə, bizim musiqi mədəniyyətimizə atılan güllələrin bariz nümunəsini öz gözləri ilə görsünlər. Büst isə ötən il avqust ayının 29-da cənab prezidentimiz İlham Əliyevin və hörmətli Mehriban xanımın açılışını həyata keçirdiyi büstdür”.
Hacıbəyli bildirib ki, ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa işğaldan azad ediləndən sonra bir dənə də olsun Bülbülün xatirəsini özündə əks etdirən hansısa əşyaya rast gəlinməyib:
© Sputnik / Emin AlisahibBülbülün Şuşadakı ev muzeyi
Bülbülün Şuşadakl ev muzeyi - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Bülbülün Şuşadakı ev muzeyi
“Bülbülün şəxsi əşyaları vardı burda. Frakı, kostyumları, təsbehi, qəlyanı, eynəyi və digər şəxsi əşyaları vardı. Burda fotoalbomları və Bülbülün həyat-fəaliyyətini özündə ehtiva edən çoxlu sayda eksponatlar vardı. Onların hamısını ermənilər məhv edib”.
İndi bu ünvanda sərgilənən Bülbülə aid eksponatlara gəlincə həmin eksponatlar Bülbülün Bakıdakı ev muizeyindən gətirirlərək, bura təhvil verilib. Burada sərgilənən hər əşya Bülbülün Bakıdakı ev muzeyinə məxsusdur.
“Bülbülün Bakıdakı ev muzeyi var. O muzeyə Fərqanə xanım rəhbərlik edir. Eksponatların bərpasına, onların düzülüşünə və gələn qonaqlarımıza həmin o eksponatların nümayiş olunmasında Bülbülün Bakıdakı ev muzeyinin əməkdaşalrının böyük əziyyəti var. Buranı ermənilər darmadağın etmişdilər. Heç nə qalmamışdı”, - deyə direktor bildirib
© Sputnik / Emin AlisahibBülbülün Şuşadakı ev muzeyi
Bülbülün Şuşadakl ev muzeyi - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Bülbülün Şuşadakı ev muzeyi
“Şuşanın 270 illiyi inşa olunan konsert salonunda baş tutacaq”
Milli-mənəvi dəyərlərimizin şahidi olan Şuşadakı Bülbülün ev-muzeyindən 30 ilə yaxın ermənilər istədikləri kimi istifadə ediblər. Muzeyin otaqlarından birinə odun yığılıb, digəri erməni əsgərlərinin sığınacağına çevrilib.
Həmsöhbətimiz bildirib ki, hazırda bərpa olunan muzeydə qonaqlara Bülbülün həyatı, fəaliyyəti, eləcə də muzeylə bağlı ətraflı məlumat verilir:
"Muzeyin qonaqları, həmçinin monitor vasitəsilə Bülbül haqqında bütün məlumatları əldə edə, mahnılarını dinləyə bilir. Ev-muzeyinin qarşısındakı inzibati binada təmir işləri də tezliklə yekunlaşacaq. Bundan başqa, muzeyin həyətində yay konsert salonu inşa edilir. Orada müxtəlif mədəniyyət tədbirləri, konsertlər, görkəmli insanların anım günləri, yubileyləri keçiriləcək".
Fəxrəddin Hacıbəyli 2022-ci ilin “Şuşa İli” elan edilməsinin mədəniyyətimizin beşiyi, Qarabağımızın incisi sayılan Şuşanın inkişafına böyük təkan verəcəyini bildirib:
© Sputnik / Emin AlisahibBülbülün Şuşadakı ev muzeyi
Bülbülün Şuşadakl ev muzeyi - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Bülbülün Şuşadakı ev muzeyi
“2022-ci ilin “Şuşa ili” elan olunması Şuşanı qəlblərinin bir parçası hesab edən insanların arzularının gerçəkləşməsi deməkdir. Bax gördüyünüz o məkan yay konsert salonu üçün nəzərdə tutulub. 250-300 nəfərlik yay konsert salonu inşa olunur. Biz orda inşəallah müsabiqələrin keçirilməsin planlaşdırırıq. Bura festifallar, görüşlər, məşhur insanların anım günləri və digər məqsədlər üçün inşa olunur. İnşəallah yaz aylarında, yay qabağı biz o konsert salonunu istifadəyə verəcəyik”.
Daha sonra direktor bildirib ki, Şuşada Azərbaycan Musiqi Mədəniyyətinin tarixi, Azərbaycanın milli Mənəvi dəyərlərinin ehtivası qorunub, saxlanılır:
"Otuz ilə yaxın bir müddətdə erməni vandalları tərəfindən təkcə yaşayış yerlərimizə yox, həm də milli-mənəvi dəyərlərimizə, musiqimizə qarşı terror törədilib. Hansı ki, bu gün itmiş o dəyərlər yenidən bərpa olunmaqdadır. Ona görə də bu məkana üz tutan hər kəs qürur hissi ilə buranı ziyarət edir".
30 il sonra eyni ünvanda, fərqli hisslərlə...
Ümumilikdə son 6 ay ərzində 3000 nəfərə yaxın şəxs buranı görməyə gəlib. Yaxın vaxtlarda bu sayın bir neçə dəfə artacağı bilirilir. Çünkü hazırda Bülbülün həyətində inşa olunan yay konsert salonunda “Şuşanın 270 illik yubleyi” və digər möhtəşəm tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Muzeyə üz tutan ziyarətçilərdən biri ilə də elə burada tanış oluruq. Qardaş Türkiyədən olan professor həkim Sacid Turanlı buranı ziyarət etmək üçün nə az, nə çox düz 30 il gözlədiyini bildirir. O deyir ki, sonuncu dəfə 1992-ci ilin fevral ayının axırlarında Azərbaycana gəlib və xocalı soyqrımı vaxtı vətəndaşlarımıza dəstək nümayiş etdirib. Bu günkü gəlişinin məqsədini və təsüratrlarını “Sputnik Azərbaycan”la bölüşən müsahibimiz göz yaşarını boğa bilmir:
© Sputnik / Emin AlisahibBülbülün Şuşadakı ev muzeyi
Bülbülün Şuşadakl ev muzeyi - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Bülbülün Şuşadakı ev muzeyi
“Çox duyğulandırdı Şuşa ilə görüşüm məni… Xüsusən də Bülbülün ev muzeyində erməni vandallığının izlərini gördüm. Çox çətinlikıə özümü toplayıb, danışmağa çalışıram. Bütün burda gördüyüm erməni vəhşiliyinə rəğmən bir türk olaraq çox xoşbəxtəm , çox sevincliyəm ki, qardaş xalqımızın bu gününü görmək mənə nəsib oldu. Şuşanın bu günkü halı, burda gedən quruculuq və abadlıq işləri son illərdə Türk tarixinin ən şanlı səhifəsi hesab etmək olar. Ağır mücadilələrdən, şanlı qəhrəmanlıqlardan keçib bu zəfər tarixi. Mən bura ilk dəfə ermənilər tərəfindən Azərbaycana qarşı olan ilk qətliam vaxtı, Xocalı faciəsindən sonra gəlmişdim. Çox böyük bir pərişanlıq vardı. Təkrar Şuşa alındı. Çox duyğuluyam. Danışmaqda o qədər çətinlik çəkirəm ki... Dediyim kimi.. Bu, türk tarixinin son illərdəki ən böyük qələbəsidir. Bütün türk əsgərlərinə, bütün türk komandanlarına, Azərbaycan prezidentinə, bu zəfərdən dolayı bu mücadilələrindən, bu əzimdən dolayı təşəkkür edirəm”.
© Sputnik / Emin AlisahibBülbülün Şuşadakı ev muzeyi
Bülbülün Şuşadakl ev muzeyi - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Bülbülün Şuşadakı ev muzeyi
Qeyd edək ki, hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
Şuşanın xoş günləri bundan sonra başlayır. İnşallah, biz Şuşanı gözəl bir mədəniyyət paytaxtına çevirləcəyi günü səbirsizliklə gözləyir və əminik ki, Qarabağın gözü olan Şuşa incisi qonaqlarını öz yenilikləri ilə sevindirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
"Şuşa ili" çərçivəsində ilk təqdimat keçirilib
Otuz il sonra Bakı-Şuşa avtobusu yola düşdü - Reportaj-Video
"Şuşaya həyat yoldaşımın məzarını axtarmağa gedirəm" - Şəhidin xanımı - Video
Xəbər lenti
0