Nazir çap olunan yeni kitablardan danışarkən vurğulayıb ki, "Qarabağa kitabla gedək" layihəsi çərçivəsində bu vaxta kimi 60 mindən artıq kitab fonda daxil... 07.02.2022, Sputnik Azərbaycan
BAKI, 7 fevral — Sputnik. Azərbaycan Milli Kitabxanasında "Şuşa ili"nin açılış mərasiminə həsr olunan "Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya" və "Xan Şuşinski. Biblioqrafiya" kitablarının təqdimat mərasimi keçirilib.Sputnik Azərbaycqan xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Milli Kitabxananın direktoru Kərim Tahirov, deputat Nizami Cəfərov, Xalq yazıçısı Elçin Əfəndiyev və başqa ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bu ilin çox əlamətdar olduğunu qeyd edib: "Sevinirik ki, Şuşanın yaranmasının 270 illiyini 28 il həsrəti ilə yaşadığımız Şuşanın özündə qeyd edirik. Şuşa Azərbaycanın ürəyi, iftixar mənbəyidir. Hazırda məqsəd və vəzifəmiz Şuşanın əvvəlki görkəmini və ruhunu özünə qaytarmaqdır. Buna görə tədbirlər planı hazırlanır. Həmin planda keçiriləcək tədbirlərin siyahısı yer alacaq".Nazir çap olunan yeni kitablardan danışarkən vurğulayıb ki, "Qarabağa kitabla gedək" layihəsi çərçivəsində bu vaxta kimi 60 mindən artıq kitab fonda daxil edilib: "Bu kitablar da həmin fonda veriləcək".Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, hər il külli miqdarda kitab, məqalə, məcmuələr gələcək nəsillərə miras qalır: "Bu kitablar da gələcək nəsillər üçün çox vacibdir. Bu gün hər kəs Şuşaya getmək, səcdə etmək, o gözəlliyi görmək üçün növbə gözləyir. Buna görə də "Şuşa ili"ni belə təmtəraqlı keçiririk".Nizami Cəfərov isə vurğulayıb ki, Şuşanın intellektual imkanları hələ qarşıdakı zamanlarda daha dəqiq dərk ediləcək.Daha sonra Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov qeyd edib ki, çap olunan kitabların əhəmiyyəti gələcəkdə bilinəcək.Xan Şuşiniskinin qızı, Xan Şuşiniski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva atasının xatirəsinin yad edilməsinə görə təşəkkürünü bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Nazir çap olunan yeni kitablardan danışarkən vurğulayıb ki, "Qarabağa kitabla gedək" layihəsi çərçivəsində bu vaxta kimi 60 mindən artıq kitab fonda daxil edilib.
BAKI, 7 fevral — Sputnik. Azərbaycan Milli Kitabxanasında "Şuşa ili"nin açılış mərasiminə həsr olunan "Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya" və "Xan Şuşinski. Biblioqrafiya" kitablarının təqdimat mərasimi keçirilib.
Sputnik Azərbaycqan xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Milli Kitabxananın direktoru Kərim Tahirov, deputat Nizami Cəfərov, Xalq yazıçısı Elçin Əfəndiyev və başqa ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bu ilin çox əlamətdar olduğunu qeyd edib: "Sevinirik ki, Şuşanın yaranmasının 270 illiyini 28 il həsrəti ilə yaşadığımız Şuşanın özündə qeyd edirik. Şuşa Azərbaycanın ürəyi, iftixar mənbəyidir. Hazırda məqsəd və vəzifəmiz Şuşanın əvvəlki görkəmini və ruhunu özünə qaytarmaqdır. Buna görə tədbirlər planı hazırlanır. Həmin planda keçiriləcək tədbirlərin siyahısı yer alacaq".
Mədəniyyət naziri Anar Kərimov "Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya" və "Xan Şuşinski. Biblioqrafiya" kitablarının təqdimat mərasimində
Nazir çap olunan yeni kitablardan danışarkən vurğulayıb ki, "Qarabağa kitabla gedək" layihəsi çərçivəsində bu vaxta kimi 60 mindən artıq kitab fonda daxil edilib: "Bu kitablar da həmin fonda veriləcək".
Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, hər il külli miqdarda kitab, məqalə, məcmuələr gələcək nəsillərə miras qalır: "Bu kitablar da gələcək nəsillər üçün çox vacibdir. Bu gün hər kəs Şuşaya getmək, səcdə etmək, o gözəlliyi görmək üçün növbə gözləyir. Buna görə də "Şuşa ili"ni belə təmtəraqlı keçiririk".