Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bizim üçün vacib olan məsələlərlə kompleksdə digərləri barədə də danışmağa hazırıq - Putin

© REUTERS / SPUTNIK/Mikhail KlimentyevRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
Rusiya prezidenti onu da qeyd edib ki, belə məsələlər sırasında NATO-nun hərbi infrastrukturunun 1997-ci ildəki mövqelərə qaytarılmas da var.
BAKI, 15 fevral - Sputnik. Rusiya təhlükəsizlik sahəsində plana uyğun hərəkət edəcək, yalnız Rusiya Federasiyasından asılı deyil, yerdəki vəziyyətdən asılı olaraq. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Almaniya danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.
“Rusiyanın bundan sonra necə hərəkət edəcəyinə gəlincə, plana uyğun olaraq. Nədən ibarət olacaq? Yerlərdəki real vəziyyətdən. Bunun necə inkişaf edəcəyinə, real vəziyyətə kim cavab verə bilər? Hələ ki, heç kim. Bu, təkcə bizdən asılı deyil. Ancaq biz tərəfdaşlarımızla diplomatik yollarla həll etmək üçün qaldırdığımız məsələlərdə razılığa gəlmək niyyətindəyik və buna çalışacağıq”, - Putin bildirib.
Rusiya prezidenti onu da qeyd edib ki, belə məsələlər sırasında NATO-nun genişlənməməsi, blokun hərbi infrastrukturunun 1997-ci ildəki mövqelərə qaytarılması, Rusiya sərhədləri yaxınlığında döyüş zərbələri sistemlərinin yerləşdirilməməsi də var:
"Məncə, hər şey başa düşüləndir və aydındır. Biz aldığımız cavabda əksini tapan, lakin bizim üçün ən vacib olan məsələlərlə birlikdə danışmağa hazırıq", - Putin əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiya ilə müxtəlif formatlarda dialoqu alqışlayırıq - Stoltenberq
Rusiya qoşunları təlimlərdən sonra hərbi bazalarına qayıtmağa başlayıb
ABŞ Ukraynanı müharibəyə sürükləyir
Xəbər lenti
0