Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Valentin Günü: Məşhur azərbaycanlıların qeyri-adi sevgi hekayələri - VİDEO

© Pexels rawpixel.comÜzük, arxiv şəkli
Üzük, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
Sputnik Azərbaycan təkcə ölkədə deyil, onun hüdudlarından kənarda da məşhur olan azərbaycanlıların sevgi hekayələrini təqdim edir.
Sevgililər Günü və ya Müqəddəs Valentin Günü çox qədimlərdən qeyd olunan ən romantik bayramdır. Həmin gün sevənlər öz yarlarına müxtəlif hədiyyələr verməyə, onlar üçün sürpriz etməyə çalışırlar.
Azərbaycanda Sevgililər Günü iyunun 30-da qeyd olunsa da çoxları, elə ulduzlar da bu romantik bayramı fevralın 14-də də yada salmağı borc bilirlər.
Yusif Eyvazov və Anna Netrebko
Vokalçılar Milanda, “Manon Lesko” tamaşasının məşqində tanış olublar. Tamaşanın premyerasından sonra Anna Netrebko Vyanaya dönüb, ancaq onlar əlaqəni itirməyiblər.
Bir müddət sonra müğənni yenidən Milana tamaşaya gəlib. Burada Yusif Eyvazovun xahişi ilə bir az ləngiyib. Onlar birlikdə bir neçə gün keçirəndən sonra anlayıblar ki, daha ayrı qala bilməzlər.
2015-ci ildə vokalçılar evləniblər. Artıq 7 ilə yaxındır ki, onlar birlikdə dünyanın müxtəlif ölkələrində konsert verirlər. Ümumi övladları yoxdur. Annanın ilk nikahdan olan oğlu Tyaqo ilə Eyvazovun münasibətləri əladır.
Emin Ağalarov və Alyona Qavrilova
© Photo : Instagram / freedom__internationalEmin Ağalarov, Anastasiya Reşetova, Alyona Qavrilova və reper Timati toy mərasimində. Moskva, 14 iyul 2018-ci il
Emin Ağalarov, Anastasiya Reşetova, Alyona Qavrilova və reper Timati toy mərasimində. Moskva, 14 iyul 2018-ci il - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Emin Ağalarov, Anastasiya Reşetova, Alyona Qavrilova və reper Timati toy mərasimində. Moskva, 14 iyul 2018-ci il
İfaçı ikinci xanımı olacaq Alyona Qavrilova ilə tamamilə təsadüfən tanış olub. Model ilk baxışdan onu özünə aşiq edib. Emin söhbətə başlayıb və anlayıb ki, vurulub.
“O həmişə səmimidir, impulsiv deyil, xaraktercə sakitdir, mənim üçün bu, vacibdir. Yəqin, yaş və təcrübə artdıqca anlayırsan ki, qadında məhz hansı keyfiyyətləri axtarırsan. Belə alındı ki, o keyfiyyətləri mən Alyonada tapdım”, - Emin müsahibələrinin birində etiraf edib.
Onlar münasibətlərini açıb-ağartmırdılar. Müntəzəm olaraq tədbirlərdə birlikdə görünür, ancaq şəxsi həyat barədə sualları cavabsız qoyurdular. Eminin sözlərinə görə, nikaha qədərki beş il müddətində birlikdə olduqları vaxt Alyona onun üçün etibarlı dosta çevrilməyi bacarıb.
2018-ci ildə onlar evləndilər. Afina adlı qızları dünyaya gəldi. İki il sonra isə Emin Alyonadan boşandığını bildirdi. İfaçı modeldən ayrılmasının əsl səbəblərini açıqlamaq istəmədi.
Yaxınlarda isə keçmiş ər-arvad yenidən birlikdə olmağa qərar verib. Emin arvadı ilə qızını yeni klipinə çəkib.
Elman Zeynalov və Marqarita Tsoy
Cütlük 2019-cu ildə ümumi tanışlarının vasitəsilə tanış olub. Elman Zeynalov o zaman müğənnilik karyerasında ilk addımlarını atırdı, Marqarita Tsoyun isə gözəllik salonu vardı, özü də model işləyirdi.
“Biz tanış olanda o mənim haqqımda heç nə bilmirdi, hətta müğənni olduğumu da bilmirdi. Mən onun ad günündə evlənmə təklifi etdim. Gedib VVAQ-da sənədləri imzaladıq, dəbdəbəli toy eləmədik”, - Zeynalov müsahibələrinin birində deyib.
Onlar 2019-cu ilin dekabrında evləniblər. Mariel adlı qızları doğulub. Onlar xoşbəxtdirlər və birgə biznesləri var. Bu yaxınlarda Marqarita hətta oxumaq qərarına gəlib və ilk mahnısını yazdırıb.
Bahh Tee və Səidə Əliyeva
2020-ci ilin avqustunda Bəxtiyar Əliyev sosial şəbəkə hesabından toyu barədə məlumat paylaşdı. Toy Moskvanın ən dəbdəbəli restoranında, bütün milli adət-ənənələrə uyğun keçdi.
Müğənni indiyədək xanımının şəklini paylaşmayıb. Məlumdur ki, qız Sankt-Peterburqda böyüyüb, ali təbəqədəndir, yaxşı təhsil və tərbiyə alıb. Ancaq populyarlığı, qlamuru, əyləncələri sevmir, əsl şərq qadını kimi ərinin kölgəsində qalmağı xoşlayır. 2021-ci ildə onların qızı doğulub.
Jah Khalib və Olya Məmmədova
Bəxtiyar Məmmədov 2020-ci ilin yayında xəlvətcə evlənib, ancaq indiyədək xanımının üzünü heç kim görməyib. Məlumdur ki, müğənni gələcək arvadı ilə beş il dostluq edib.
“Biz Odessada, hansısa yay konsertində çıxış edirdik. O, tamaşaçıların arasında idi, ancaq biz hələ tanış deyildik. Dostumun studiyasında tanış olduq. Məlum oldu ki, onlar birlikdə işləyirlər, o, mahnı yazır və satır. O, çox istedadlıdır, tez dostlaşdıq. Bilirəm ki, həmin müddətdə gizlicə məni sevirmiş. O məni elə o vaxtdan seçibmiş və məqamını gözləyirmiş, bu, çox vacibdir”, - Məmmədov etiraf edib.
İşi ilə əlaqədar Ukraynaya gələndə Jah Khalib gələcək xanımı ilə görüşürmüş. Onlar dost kimi münasibət saxlayırmışlar. Tanışlığın dördüncü ilində müğənni qıza diqqət yetirməyə başlayıb və anlayıb ki, məhz bu qız onun ikinci yarısıdır.
Müğənni nadir hallarda xanımı haqda danışır, çünki hesab edir ki, tamaşaçıları şəxsi həyatı deyil, yaradıcılığı maraqlandırmalıdır. Xanımı onun üçün mahnılar yazır, eləcə də bek-vokalçısı kimi kompozisiyalarının yazılmasında iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Hər aşiqin dövranı var: Unudulmuş məşhurlar - VİDEO
* Regina Kovalyova və Denis Quzlayevin məhəbbəti - bir qəhrəman digər qəhrəmanın qızı ilə
*Aysunun nişanlısına oxuduğu mahnı Rusiya və Gürcüstanda hit oldu - VİDEO
Xəbər lenti
0