https://sputnik.az/20211230/regina-kovalyova-ve-denis-quzlayevin-mehebbeti---bir-qehreman-diger-qehremanin-qizi-ile-437738997.html
Regina Kovalyova və Denis Quzlayevin məhəbbəti - bir qəhrəman digər qəhrəmanın qızı ilə
Regina Kovalyova və Denis Quzlayevin məhəbbəti - bir qəhrəman digər qəhrəmanın qızı ilə
Sputnik Azərbaycan
Regina Azərbaycanın Rusiya Gənclər Assosiasiyasının idarə heyətinin üzvüdür və cəbhəyə yollanan gənclərin taleyi ilə yaxından maraqlanırdı.
2021-12-30T06:30+0400
2021-12-30T06:30+0400
2021-12-30T10:15+0400
cəmiyyət
sevgi
qarabağ
eşq hekayəsi
qəhrəman
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437694935_0:151:1600:1051_1920x0_80_0_0_f16bc2131aebb6ed8e6285eccd3d2e76.jpg
BAKI, 30 dekabr — Sputnik. Çox vaxt sevgimizi ona rast gələcəyimizi ən az umduğumuz yerdə tapırıq. Bunu öz yarını xəstəxanada tapan Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Reginanın sevgi hekayəsinə da aid etmək olar.Regina Vətən müharibəsi qazisi Denis Quzlayevlə ailə həyatı qurmağa hazırlaşır. Müharibə başlayanda rus əsilli qəhrəman könüllü şəkildə cəbhəyə yollanıb, Füzuli, Cəbrayıl, Hadrut uğrunda döyüşlərdə iştirak edib, Füzulinin azad olunmasına görə medalla təltif olunub.Xocavənd rayonunun Günəşli kəndində gedən döyüşlərdə ağır yaralanaraq 10 gün komada qalıb. İndiyə kimi Denis yeddi dəfə əməliyyat olunsa da, müalicəsi hələ də davam edir.Regina bütün bu müddət ərzində Denisin yanında olub – qız əmindir ki, onların sevgisi bütün çətinliklərə qalib gəlməyə qadirdir.İlk tanışlıqVətən müharibəsi başlayanda kimin vətənin müdafiəsinə yollanacağı və erməni işğalı altında olan torpaqlarımızı azad edəcəyi məsələsi müzakirə olunmurdu. Hamı bir nəfər kimi Vətən uğrunda döyüşməyə hazır idi. Könüllülərin arasında müxtəlif millətlərdən olan gənclər, o cümlədən, ruslar da var idi.Regina Azərbaycanın Rusiya Gənclər Assosiasiyasının idarə heyətinin üzvüdür və cəbhəyə yollanan gənclərin taleyi ilə yaxından maraqlanırdı. Həmin vaxt Assosiasiyada xəstəxanada olan, cəbhədən qayıtmış və hələ də döyüşən əsgərlərin siyahısı var idi. Denis Quzlayevin adı isə yaralı döyüşçülərin siyahısında idi."İlk görüşümüz heç vaxt yadımdan çıxmaz. Pasxa bayramı idi. Mənə zəng vurub dedilər ki, rus əsilli qaziyə xəstəxanada baş çəkmək lazımdır. Heç düşünmədən onun yanına yollandım. Məqsədimiz qazilərin bayramını təbrik edib onlarla tanış olmaq idi. Onda mənim ağlıma da gəlməzdi ki, həmin xəstəxanada öz sevgimi tapacağam", – deyə Kovalyova etiraf edir.Dostluqdan sevgiyəRegina və Denis qeyri-standart vəziyyətdə tanış olsalar da, dərhal bir-birinin xoşuna gəliblər. Dost olublar. Denislə tanışlqıdan sonra Regina qərara gəlib ki, ona yenidən baş çəksin. Demək olar ki, hər gün xəstəxanaya gedərək Denisə psixoloji dəstək verməyə başlayıb."Deyə bilmərəm ki, aramızda dərhal sevgi hissi yarandı. Mən özümdə ona qarşı daha çox məsuliyyət hiss eləyirdim. Məqsədim ona dəstək olmaq idi, çünki Denis də digər qazilərimiz kimi çox çətin döyüş yolu keçmişdi", - deyə Kovalyova vurğulayır.Onun sözlərinə görə, Denis xasiyyətcə qapalı insandır, amma onu yaxından tanıyanda gözəl xüsusiyyətlərə sahib olduğunu görüb. Denisin xeyirxahlığı, mehribanlığı, onun ailəsinə və atası Yuri Kovalyovun xatirəsinə hörmətlə yanaşması Reginanın diqqətini cəlb edib. Hər şeydən çox da Denisin qorxmaz insan olması xoşuna gəlib."Bu qədər əməliyyata davam gətirmək və yenə də ayaqda qalmaq hər adamın işi deyil", – Regina deyir.O yeddi saat davam edən cərrahiyyə əməliyyatı zamanı da Denisə dəstək olub.Küçədə əməliyyatın bitməsini gözləyən Regina Denisin palataya aparıldığını öyərən kimi onun yanına tələsib. Məhz həmin vaxt anlayıb ki, onun bütün həyatını bərabər yaşamaq istədiyi insan məhz Denisdir.Yaxınların münasibətiUşaq vaxtı Regina öz arzularını tez-tez anası ilə bölüşürmüş. O həmişə hərbçi ilə ailə həyatı qurmaq istədiyini deyirmiş. Atası hər zaman ona nümunə olub. Anası isə qızını bu fikirdən çəkindirməyə çalışıb."Çünki anam hərbi qulluqçunun həyat yoldaşı olmağın nə demək olduğunu gözəl bilirdi, bu səbəbdən də istəmirdi ki, onun yaşadıqlarını mən də yaşayım", – Regina deyir.Söylə görək, toy haçandır?Onların həyatındakı ən əlamətdar hadisə – toyları 2022-ci ildə olacaq. Hələlik toyun tarixi dəqiqləşdirilməyib. İrəlidə Denisi daha iki ciddi əməliyyat gözləyir. Əməliyyatlardan biri yanvarda, o biri marta olacaq. Hər şey yaxşı başa çatan kimi toyun vaxtını müəyyənləşdirəcəklər."Sevgimizə o qədər əminəm ki, bütün çətinliklərdən keçməyə hazıram. İndi o çətinliklə nəfəs alır, kontuziyası da var. Ancaq bütün bunlara baxmayaraq, Denis reabilitasiya prosesi keçir".Cütlük inanır ki, onların sevgisi hər şeyə qadirdir və birlikdə bütün çətinliklərə sinə gərə biləcəklər.Qəhrəman atanın qızıReginanın atası Yuri Kovalyov 1965-ci il mayın 29-da Göyçay rayonunda rus ailəsində anadan olub. 1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçüb, 5 ildən sonra isə Bakıya qayıdıblar. 11 yaşında olarkən idman ustası və Azərbaycanın əməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnib.O, iki dəfə Bakı çempionu olub, Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərindən ibarət yığma komandasının qapısını qoruyub. 1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirib. 1982-ci ilə kimi Azərittifaqın reklam istehsalat kombinatında çalışıb. 1983-cü ildə Pribaltika hərbi dairəsinin sıralarına çağırılıb, hava desant qoşunlar xidmət edib və 1985-ci ildə ordudan tərxis olunub.1987-ci ildə Bakı Qırmızı bayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər Məktəbinə daxil olub.Kovalyov 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib. I Qarabağ müharibəsi zamanı Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşub. Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərib. Düşmən onun başına yüz min rubl qiymət qoyubmuş.1991-ci il 3 oktyabrda digər OMONçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları UAZ-ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yuri Kovalyov həlak olur, Kudenin isə ağır yaralanır. Ermənilər UAZ-a yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.Yuri Kovalyov Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın Milli Qəhrəmanıdır.Kovalyov Tamara xanım ilə ailə həyatı qurmuşdu. Regina və Yuliya adlı qızları yadigar qalıb. Futbolçu Vitali Kovalyovun qardaşıdır. Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.Həmçinin oxuyun:İvanovkalı rus gənc: "Ermənilər qarşımızda tab gətirə bilmirdilər" - FOTORus əsilli qazimiz: Müharibə laqeyd Denisi dolğun insana çevirdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437694935_0:1:1600:1201_1920x0_80_0_0_94283897f697e885f389be0dc702bb5a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
qəhrəman qızının qəhrəmanı: regina kovalyova və denis quzlayevin sevgi hekayəsi
qəhrəman qızının qəhrəmanı: regina kovalyova və denis quzlayevin sevgi hekayəsi
Regina Kovalyova və Denis Quzlayevin məhəbbəti - bir qəhrəman digər qəhrəmanın qızı ilə
06:30 30.12.2021 (Yenilənib: 10:15 30.12.2021) Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı II Qarabağ müharibəsinin qazisı ilə sevgi hekayəsini Sputnik Azərbaycan-la bölüşüb.
BAKI, 30 dekabr — Sputnik. Çox vaxt sevgimizi ona rast gələcəyimizi ən az umduğumuz yerdə tapırıq. Bunu öz yarını xəstəxanada tapan Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Reginanın sevgi hekayəsinə da aid etmək olar.
Regina Vətən müharibəsi qazisi Denis Quzlayevlə ailə həyatı qurmağa hazırlaşır. Müharibə başlayanda rus əsilli qəhrəman könüllü şəkildə cəbhəyə yollanıb, Füzuli, Cəbrayıl, Hadrut uğrunda döyüşlərdə iştirak edib, Füzulinin azad olunmasına görə medalla təltif olunub.
Xocavənd rayonunun Günəşli kəndində gedən döyüşlərdə ağır yaralanaraq 10 gün komada qalıb. İndiyə kimi Denis yeddi dəfə əməliyyat olunsa da, müalicəsi hələ də davam edir.
Regina bütün bu müddət ərzində Denisin yanında olub – qız əmindir ki, onların sevgisi bütün çətinliklərə qalib gəlməyə qadirdir.
Vətən müharibəsi başlayanda kimin vətənin müdafiəsinə yollanacağı və erməni işğalı altında olan torpaqlarımızı azad edəcəyi məsələsi müzakirə olunmurdu. Hamı bir nəfər kimi Vətən uğrunda döyüşməyə hazır idi. Könüllülərin arasında müxtəlif millətlərdən olan gənclər, o cümlədən, ruslar da var idi.
Regina Azərbaycanın Rusiya Gənclər Assosiasiyasının idarə heyətinin üzvüdür və cəbhəyə yollanan gənclərin taleyi ilə yaxından maraqlanırdı. Həmin vaxt Assosiasiyada xəstəxanada olan, cəbhədən qayıtmış və hələ də döyüşən əsgərlərin siyahısı var idi. Denis Quzlayevin adı isə yaralı döyüşçülərin siyahısında idi.
"İlk görüşümüz heç vaxt yadımdan çıxmaz. Pasxa bayramı idi. Mənə zəng vurub dedilər ki, rus əsilli qaziyə xəstəxanada baş çəkmək lazımdır. Heç düşünmədən onun yanına yollandım. Məqsədimiz qazilərin bayramını təbrik edib onlarla tanış olmaq idi. Onda mənim ağlıma da gəlməzdi ki, həmin xəstəxanada öz sevgimi tapacağam", – deyə Kovalyova etiraf edir.
Regina və Denis qeyri-standart vəziyyətdə tanış olsalar da, dərhal bir-birinin xoşuna gəliblər. Dost olublar. Denislə tanışlqıdan sonra Regina qərara gəlib ki, ona yenidən baş çəksin. Demək olar ki, hər gün xəstəxanaya gedərək Denisə psixoloji dəstək verməyə başlayıb.
"Deyə bilmərəm ki, aramızda dərhal sevgi hissi yarandı. Mən özümdə ona qarşı daha çox məsuliyyət hiss eləyirdim. Məqsədim ona dəstək olmaq idi, çünki Denis də digər qazilərimiz kimi çox çətin döyüş yolu keçmişdi", - deyə Kovalyova vurğulayır.
Onun sözlərinə görə, Denis xasiyyətcə qapalı insandır, amma onu yaxından tanıyanda gözəl xüsusiyyətlərə sahib olduğunu görüb. Denisin xeyirxahlığı, mehribanlığı, onun ailəsinə və atası Yuri Kovalyovun xatirəsinə hörmətlə yanaşması Reginanın diqqətini cəlb edib. Hər şeydən çox da Denisin qorxmaz insan olması xoşuna gəlib.
"Bu qədər əməliyyata davam gətirmək və yenə də ayaqda qalmaq hər adamın işi deyil", – Regina deyir.
O yeddi saat davam edən cərrahiyyə əməliyyatı zamanı da Denisə dəstək olub.
Küçədə əməliyyatın bitməsini gözləyən Regina Denisin palataya aparıldığını öyərən kimi onun yanına tələsib. Məhz həmin vaxt anlayıb ki, onun bütün həyatını bərabər yaşamaq istədiyi insan məhz Denisdir.
Uşaq vaxtı Regina öz arzularını tez-tez anası ilə bölüşürmüş. O həmişə hərbçi ilə ailə həyatı qurmaq istədiyini deyirmiş. Atası hər zaman ona nümunə olub. Anası isə qızını bu fikirdən çəkindirməyə çalışıb.
"Çünki anam hərbi qulluqçunun həyat yoldaşı olmağın nə demək olduğunu gözəl bilirdi, bu səbəbdən də istəmirdi ki, onun yaşadıqlarını mən də yaşayım", – Regina deyir.
Söylə görək, toy haçandır?
Onların həyatındakı ən əlamətdar hadisə – toyları 2022-ci ildə olacaq. Hələlik toyun tarixi dəqiqləşdirilməyib. İrəlidə Denisi daha iki ciddi əməliyyat gözləyir. Əməliyyatlardan biri yanvarda, o biri marta olacaq. Hər şey yaxşı başa çatan kimi toyun vaxtını müəyyənləşdirəcəklər.
"Sevgimizə o qədər əminəm ki, bütün çətinliklərdən keçməyə hazıram. İndi o çətinliklə nəfəs alır, kontuziyası da var. Ancaq bütün bunlara baxmayaraq, Denis reabilitasiya prosesi keçir".
Cütlük inanır ki, onların sevgisi hər şeyə qadirdir və birlikdə bütün çətinliklərə sinə gərə biləcəklər.
Reginanın atası Yuri Kovalyov 1965-ci il mayın 29-da Göyçay rayonunda rus ailəsində anadan olub. 1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçüb, 5 ildən sonra isə Bakıya qayıdıblar. 11 yaşında olarkən idman ustası və Azərbaycanın əməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnib.
O, iki dəfə Bakı çempionu olub, Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərindən ibarət yığma komandasının qapısını qoruyub. 1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirib. 1982-ci ilə kimi Azərittifaqın reklam istehsalat kombinatında çalışıb. 1983-cü ildə Pribaltika hərbi dairəsinin sıralarına çağırılıb, hava desant qoşunlar xidmət edib və 1985-ci ildə ordudan tərxis olunub.
1987-ci ildə Bakı Qırmızı bayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər Məktəbinə daxil olub.
Kovalyov 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib. I Qarabağ müharibəsi zamanı Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşub. Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərib. Düşmən onun başına yüz min rubl qiymət qoyubmuş.
1991-ci il 3 oktyabrda digər OMONçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları UAZ-ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yuri Kovalyov həlak olur, Kudenin isə ağır yaralanır. Ermənilər UAZ-a yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.
Yuri Kovalyov Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın Milli Qəhrəmanıdır.
Kovalyov Tamara xanım ilə ailə həyatı qurmuşdu. Regina və Yuliya adlı qızları yadigar qalıb. Futbolçu Vitali Kovalyovun qardaşıdır. Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.