Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Aysunun nişanlısına oxuduğu mahnı Rusiya və Gürcüstanda hit oldu - VİDEO

© Photo : Instagram / ismayilovaaysunAysun İsmayılova
Aysun İsmayılova - Sputnik Azərbaycan, 1920, 12.02.2022
Abunə olmaq
Aysun İsmayılova öz mahnısını tək sevdiyi şəxsə deyil, bütün sevənlərə ithaf edib.
BAKI, 12 fevral – Sputnik. Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun “Alın yazım” adlı yeni mahnısı tək Rusiyada deyil, Gürcüstanda da rekord qırır.
Aysun bu yaxınlarda Moskvada nişanlanıb. O, nişanlısına qeyri-adi hədiyyə edib – yeni mahnısını ona həsr edib. Aysunun sözlərinə görə, bu mahnı ilə sevdiyi adama hisslərini ifadə edib.
“Bu, məhəbbət haqda mahnıdır. Onu öz nışanlıma oxusam da, bütün sevən cütlüklərə həsr olunub. Doğrusu, heç bilməzdim ki, mahnı qısa müddətdə nəinki Azərbaycanda, Rusiya və Gürcüstanda da hit olacaq. Mahnıya klipi nişan günü çəkdik. Youtube-da mahnı 2 milyondan çox izlənib. Hər kəsə sevgisinə görə təşəkkürlər”, - Aysun deyib.
Aysunun toyu bu yaxınlarda həm Moskvada, həm də Bakıda olacaq. Nişanlısı Aysunun sənətinə normal yanaşır, buna görə də o, yaradıcılıqla məşğul olmağa davam edəcək.
Aysun İsmayılova Türkiyədə dizaynerlik öyrənib. Həmçinin azərbaycanlı və türk aktyorlarla filmlərə çəkilib. Sonra isə anasının yolu ilə gedərək müğənni olmaq qərarına gəlib. Qısa müddət ərzində Rəqsanənin qızı Azərbaycanda populyarlaşıb. Hazırda Aysun Moskvada yaşayır, anasının restoranında çıxış edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0