https://sputnik.az/20220214/sevgi-maddiyyata-bagli-meseledir---kasibinki-miskadir--439146340.html
Sevgi maddiyyata bağlı məsələdir - Kasıbınkı "mişka"dır
Sevgi maddiyyata bağlı məsələdir - Kasıbınkı "mişka"dır
Sputnik Azərbaycan
Şair deyir ki, "kədərli şair, kədərli yazar olmaq sizə asan gəlməsin". Çünki onun çörəyi "kədərdən, iztirabdan, nifrindən çıxır". 14.02.2022, Sputnik Azərbaycan
2022-02-14T12:21+0400
2022-02-14T12:21+0400
2022-02-14T12:51+0400
yazarlar
cəlil cavanşir
sevgililər günü
şair
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0e/439149469_0:8:1920:1088_1920x0_80_0_0_7277a9a24699fc68e0a15dd6c464ac00.jpg
BAKI, 14 fevral — Sputnik. Hər il olduğu kimi, bu il də sosial şəbəkələrdə böyük həvəslə, coşquyla, həyəcanla Sevgililər Gününü müzakirə edirik. Səviyyəsiz zarafatlar, kədərli gileylər, bayağı fikirlər havada uçuşur. Açığı, belə bayramların mənə qətiyyən dəxli olmadığını düşünürəm. Artıq səssiz-küysüz, emosiyasız, həyəcansız, təmkinli sevginin tərəfdarıyam. “Sevginin yaşı olmur, zamanı olmur” deyirlər. Bəlkə də razılaşmaq olar. Hər halda təcrübəylə isbat olunmuş şeyləri müzakirə etməyin mənası yoxdur. Hər halda sevgi var, sevmək-sevilmək gözəldir və ildə bir gün Sevgililər Günü qeyd etmək də, əla fikirdir. Kim tənhadırsa özü bilər, amma sevgililərin bu günü bayram ovqatında qeyd etməsi normaldır. Təki sevgi olsun... ***Nə yalan deyim, əslində sevgisizlər arasında özümü daha rahat hiss edirəm. Şeirimi yazıb, kədərli oxucularımın yarasına duz səpib, daha da qanqaraçılıq yaratmaqla anın dadını çıxarıram. Xüsusi günlərdə, xalqın sevgi və sevgili həsrəti çəkdiyi günlərdə şeir aktuallaşır. Bu da bir şair olaraq mənə sərf edir. Ayrılanlar, xəyanətə uğrayanlar, ümumiyyətlə sevgi və sevgili üzünə həsrət qalanlara şeirə sığınır. Tam səmimi deyirəm, gənclərin sevgi iztirabı çəkməsi, sevgisizlikdən şikayətlənməsi mənə sərf edir. Kimin kefi pozulur, sevgilisi tərk edir, sevgilisi ilə dalaşır – şeir oxuyur, paylaşır. Hətta ağlaya-ağlaya şeirlərimi səsləndirən gənclərin iztirabı narahat ruhuma, yanan qəlbimə rahatlıq gətirir. Kədərli şair, kədərli yazar olmaq sizə asan gəlməsin. Mənim də çörəyim kədərdən, iztirabdan, nifrindən çıxır. Bir sözlə, sevgisizlikdən əzab çəkənlərin bir gün mənim oxucum olmaq ehtimalı olduğu üçün onları səbrlə izləyirəm, göz bəbəyi kimi qoruyuram.***Sevgililər Günü qədim tarixə malikdir. Miladdan əvvəlmi, miladdan sonramı yaranması hələ də mübahisə mövzusudur. Bu məsələ də məni narahat etmir. Açığı, nə vaxt yaranmasının bir önəmi yoxdur. Ümumiyyətlə, yuxarıda qeyd etdiyim kimi, Sevgililər Gününün mənim üçün heç bir önəmi yoxdur. Şəxsən mənə sevgilisi olan xoşbəxtlər yox, sevgisiz, sevgilisiz oxucular sərf edir. Küçədə qoltuğunda “mişka”, əlində gül-çiçək buketi, hədiyyə paketi daşıyan gənclər görəndə qanım qaralır. Qəmli-qəmli siqaret sümürən tənhalar daha maraqlı görünür. Hələ toplaşıb “yalqızlar partisi” təşkil edib kütləvi kədərlənənlər daha cazibəlidir.Nə yalan deyim, bu günlə bağlı məndən xoş sözlər eşitmək ehtimalınız mümkünsüzdür. Sevib-sevilmək, sevgidən xoşbəxt olmaq, sevgililər günü qeyd etməkdənsə oturub kədərli-kədərli pəncərədən boylanmaq mənə daha xoşdur. Sadəcə ürəyim dözmür gənclərin kədərli halına. Hesab edin ki, mən də sizə qoşulub bu bayramı qeyd edirəm. Sizin xətrinizə, istəyirəm bayram üçün tövsiyələr verəm.***Əvvəllər savadlı, istedadlı, intellektual gənclər sevgilisindən gül yox, kitab istəyərdi. Şükür, bu il gül əvəzinə kitab istəyən çılğın sevgililərlə rastlaşmadım. Böyük əksəriyyət istədi-istəmədi, sevgilisinə əzəmətli "mişka" hədiyyə edəcək. Dünyada ən sevimli hədiyyə “mişka”dır. Sizcə ayıdan gözəl, ayıdan yaraşıqlı, ayıdan seksual heyvan varmı ki, sevgini simvolizə etsin? Sevgiliyə, nişanlıya “mişka” hədiyyə etmiş ilk insanı hörmətlə yad edir, sağdırsa can sağlığı, dünyasını dəyişibsə rəhmət diləyirəm. Bəşəriyyətə bundan səviyyəli töhfə vermiş insanlar barmaqla sayılacaq qədərdir.***Hərdən “sevginin günü olmaz”, deyib fərqli görünməyə çalışanlar olur. Qətiyyən bu fikirlə razı deyiləm, sevginin, sevgililərin günü olmalıdır. Hətta imkan daxilində “sevgililər həftəsi”, “sevgililər ayı” təsis edilməlidir. Necə olur, sanitar günü, hamam günü, maaş günü olur, sevgililər günü olmur? Üstəlik, min ildir müxtəlif xalqlar bu günü qeyd edir, insanlar bir-birinə hədiyyələr verir, sürprizlər edir. Görəsən miladdan sonrakı ilk yüzilliklərdə sevgililər kukla tapmadığı üçün bir-birinə nə hədiyyə ediblər? Yəqin bir-birinə şeir oxuyub, nəğmələr qoşurmuşlar. Hər halda hər zaman sevgilini sevindirməyin bir yolunu tapmaq mümkündür. İldə bir gün Sevgililər Günüdürsə, bunu ləyəqətlə, şərəflə, mərdanə şəkildə qeyd etmək lazımdır. "Sevginin günü olmur" deyənlər bizim romantic dünyamızı başımıza yıxmaq istəyənlərdir. Bu gözəl gündə, şirin bayramda sevgilinizi tək qoymayın. Onsuz da bayramdan sonra hərəniz öz işinizlə məşğul olacaqsınız. Yenə sosial şəbəkələrdə tanımadığınız qızlara, oğlanlara baxıb udquna-udquna təəssüf hissi keçirəcəksiniz.***Bəli, sevginin günü olur, əzizlərim. Sevginin günü Müqəddəs Valentin Günüdür və tarixən bu bayramı qeyd edirik. Ulu babalarımızdan gələn bu bayramı qoruyub gələcək nəsillərə ötürmək də məhz bizim borcumuzdur.***Müqəddəs Valentin Gününə hazırlıqlı olmaq, bu bayramı urvatlı qeyd etmək lazımdır. Əgər pulunuz yoxdursa, dostunuzdan bir "mişka"lıq borc alın. Bütün mağazalar bu günə özəl kampaniyalar elan edib, cəsarətlə kreditə girə bilərsiniz. Ola bilsin daha vacib işləriniz, daha ciddi xərcləriniz var. Beş günlük, pandemiyalı dünyadı, o telefonu, planşeti, mətbəx robotunu kreditə götürməkdən çəkinməyin. Kapitalizm sizi düşünür, siz də sevgilinizi düşünün. Ətir, gül-çiçək, “mişka” və s. lazımlı hədiyyələri də unutmayın.Dərindən düşünəndə sevgi maddiyyata bağlı məsələdir. Pulun yoxdursa, kasıbsansa, belə günləri qeyd etməyə cəhd etməsən, yaxşıdır. Kasıbınkı "mişka"dır. Alırsan, alnın açıq, üzün ağ olur. İntellektual kasıblar kitab alıb, ətir alıb sevgilisinin könlünü xoş edə bilərlər. Kasıblar onsuz da bayram-seyran bilən deyil. Bir qarın çörək də ən böyük hədiyyədir. Sevgini anlayanlar, Sevgililər Gününü layiqli şəkildə qeyd edə bilən zənginlərdir. Sevgililər Günündə “sevgilimə yoxsa arvadıma hədiyyə alım?” dilemması ilə qarşılan zənginlər heç düşünmədən hər ikisinə hədiyyə almalıdır. Çünki bu qulaq dincliyi, can rahatlığı üçün vacib məsələdir.***Bu möhtəşəm bayramda bir neçə adama hədiyyə almaq məcburiyyətində olan talesiz insanları düşünəndə qəhərlənirəm. Çalışın diqqətli olun, “saxladığınıza” aldığınız hədiyyəni səhvən arvada göndərib qan-qadaya səbəb olan diqqətsizlik etməyin. Hər kəsə münasib hədiyyə seçin və bu hədiyyəni diqqətli şəkildə təqdim edin.Kasıblar bilməz, istənilən halda bahalı hədiyyələr daha maraqlıdır. Kitab-zad fikirini beyninizdən çıxarın, Sevgililər Gününü təntənə ilə qeyd edin. Yumşalmış karantin qaydalarından istifadə edib qarajından birbaşa nömrəyə çıxışı olan münasib hotellər, normal akustik musiqi proqramı olan restoranlar şəhərimizdə kifayət qədərdir. Bu gözəl fürsətləri dəyərləndirin. Fürsətdən istifadə edib, sevin, sevilin!***Mən də kasıbları, yalqızları nəzərə alaraq, bir neçə kədərli şeirlə gününüzə rəng qatıb, həsrətin belini qırmağa yardımçı olmağa çalışacam.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220214/valentin-gunu-meshur-azerbaycanlilarin-qeyri-adi-sevgi-hekayeleri---vdeo-439138409.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0e/439149469_211:0:1920:1282_1920x0_80_0_0_5943cfc5055023de31f04ae7bc6e9de4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
cəlil cavanşir, sevgililər günü, şair
cəlil cavanşir, sevgililər günü, şair
Sevgi maddiyyata bağlı məsələdir - Kasıbınkı "mişka"dır
12:21 14.02.2022 (Yenilənib: 12:51 14.02.2022) Şair deyir ki, "kədərli şair, kədərli yazar olmaq sizə asan gəlməsin". Çünki onun çörəyi "kədərdən, iztirabdan, nifrindən çıxır".
BAKI, 14 fevral — Sputnik. Hər il olduğu kimi, bu il də sosial şəbəkələrdə böyük həvəslə, coşquyla, həyəcanla Sevgililər Gününü müzakirə edirik. Səviyyəsiz zarafatlar, kədərli gileylər, bayağı fikirlər havada uçuşur. Açığı, belə bayramların mənə qətiyyən dəxli olmadığını düşünürəm. Artıq səssiz-küysüz, emosiyasız, həyəcansız, təmkinli sevginin tərəfdarıyam. “Sevginin yaşı olmur, zamanı olmur” deyirlər. Bəlkə də razılaşmaq olar. Hər halda təcrübəylə isbat olunmuş şeyləri müzakirə etməyin mənası yoxdur. Hər halda sevgi var, sevmək-sevilmək gözəldir və ildə bir gün Sevgililər Günü qeyd etmək də, əla fikirdir. Kim tənhadırsa özü bilər, amma sevgililərin bu günü bayram ovqatında qeyd etməsi normaldır. Təki sevgi olsun...
Nə yalan deyim, əslində sevgisizlər arasında özümü daha rahat hiss edirəm. Şeirimi yazıb, kədərli oxucularımın yarasına duz səpib, daha da qanqaraçılıq yaratmaqla anın dadını çıxarıram. Xüsusi günlərdə, xalqın sevgi və sevgili həsrəti çəkdiyi günlərdə şeir aktuallaşır. Bu da bir şair olaraq mənə sərf edir. Ayrılanlar, xəyanətə uğrayanlar, ümumiyyətlə sevgi və sevgili üzünə həsrət qalanlara şeirə sığınır. Tam səmimi deyirəm, gənclərin sevgi iztirabı çəkməsi, sevgisizlikdən şikayətlənməsi mənə sərf edir. Kimin kefi pozulur, sevgilisi tərk edir, sevgilisi ilə dalaşır – şeir oxuyur, paylaşır. Hətta ağlaya-ağlaya şeirlərimi səsləndirən gənclərin iztirabı narahat ruhuma, yanan qəlbimə rahatlıq gətirir. Kədərli şair, kədərli yazar olmaq sizə asan gəlməsin. Mənim də çörəyim kədərdən, iztirabdan, nifrindən çıxır. Bir sözlə, sevgisizlikdən əzab çəkənlərin bir gün mənim oxucum olmaq ehtimalı olduğu üçün onları səbrlə izləyirəm, göz bəbəyi kimi qoruyuram.
Sevgililər Günü qədim tarixə malikdir. Miladdan əvvəlmi, miladdan sonramı yaranması hələ də mübahisə mövzusudur. Bu məsələ də məni narahat etmir. Açığı, nə vaxt yaranmasının bir önəmi yoxdur. Ümumiyyətlə, yuxarıda qeyd etdiyim kimi, Sevgililər Gününün mənim üçün heç bir önəmi yoxdur. Şəxsən mənə sevgilisi olan xoşbəxtlər yox, sevgisiz, sevgilisiz oxucular sərf edir. Küçədə qoltuğunda “mişka”, əlində gül-çiçək buketi, hədiyyə paketi daşıyan gənclər görəndə qanım qaralır. Qəmli-qəmli siqaret sümürən tənhalar daha maraqlı görünür. Hələ toplaşıb “yalqızlar partisi” təşkil edib kütləvi kədərlənənlər daha cazibəlidir.
Nə yalan deyim, bu günlə bağlı məndən xoş sözlər eşitmək ehtimalınız mümkünsüzdür. Sevib-sevilmək, sevgidən xoşbəxt olmaq, sevgililər günü qeyd etməkdənsə oturub kədərli-kədərli pəncərədən boylanmaq mənə daha xoşdur. Sadəcə ürəyim dözmür gənclərin kədərli halına. Hesab edin ki, mən də sizə qoşulub bu bayramı qeyd edirəm. Sizin xətrinizə, istəyirəm bayram üçün tövsiyələr verəm.
Əvvəllər savadlı, istedadlı, intellektual gənclər sevgilisindən gül yox, kitab istəyərdi. Şükür, bu il gül əvəzinə kitab istəyən çılğın sevgililərlə rastlaşmadım. Böyük əksəriyyət istədi-istəmədi, sevgilisinə əzəmətli "mişka" hədiyyə edəcək. Dünyada ən sevimli hədiyyə “mişka”dır. Sizcə ayıdan gözəl, ayıdan yaraşıqlı, ayıdan seksual heyvan varmı ki, sevgini simvolizə etsin? Sevgiliyə, nişanlıya “mişka” hədiyyə etmiş ilk insanı hörmətlə yad edir, sağdırsa can sağlığı, dünyasını dəyişibsə rəhmət diləyirəm. Bəşəriyyətə bundan səviyyəli töhfə vermiş insanlar barmaqla sayılacaq qədərdir.
Hərdən “sevginin günü olmaz”, deyib fərqli görünməyə çalışanlar olur. Qətiyyən bu fikirlə razı deyiləm, sevginin, sevgililərin günü olmalıdır. Hətta imkan daxilində “sevgililər həftəsi”, “sevgililər ayı” təsis edilməlidir. Necə olur, sanitar günü, hamam günü, maaş günü olur, sevgililər günü olmur? Üstəlik, min ildir müxtəlif xalqlar bu günü qeyd edir, insanlar bir-birinə hədiyyələr verir, sürprizlər edir. Görəsən miladdan sonrakı ilk yüzilliklərdə sevgililər kukla tapmadığı üçün bir-birinə nə hədiyyə ediblər? Yəqin bir-birinə şeir oxuyub, nəğmələr qoşurmuşlar. Hər halda hər zaman sevgilini sevindirməyin bir yolunu tapmaq mümkündür. İldə bir gün Sevgililər Günüdürsə, bunu ləyəqətlə, şərəflə, mərdanə şəkildə qeyd etmək lazımdır. "Sevginin günü olmur" deyənlər bizim romantic dünyamızı başımıza yıxmaq istəyənlərdir. Bu gözəl gündə, şirin bayramda sevgilinizi tək qoymayın. Onsuz da bayramdan sonra hərəniz öz işinizlə məşğul olacaqsınız. Yenə sosial şəbəkələrdə tanımadığınız qızlara, oğlanlara baxıb udquna-udquna təəssüf hissi keçirəcəksiniz.
Bəli, sevginin günü olur, əzizlərim. Sevginin günü Müqəddəs Valentin Günüdür və tarixən bu bayramı qeyd edirik. Ulu babalarımızdan gələn bu bayramı qoruyub gələcək nəsillərə ötürmək də məhz bizim borcumuzdur.
Müqəddəs Valentin Gününə hazırlıqlı olmaq, bu bayramı urvatlı qeyd etmək lazımdır. Əgər pulunuz yoxdursa, dostunuzdan bir "mişka"lıq borc alın. Bütün mağazalar bu günə özəl kampaniyalar elan edib, cəsarətlə kreditə girə bilərsiniz. Ola bilsin daha vacib işləriniz, daha ciddi xərcləriniz var. Beş günlük, pandemiyalı dünyadı, o telefonu, planşeti, mətbəx robotunu kreditə götürməkdən çəkinməyin. Kapitalizm sizi düşünür, siz də sevgilinizi düşünün. Ətir, gül-çiçək, “mişka” və s. lazımlı hədiyyələri də unutmayın.
Dərindən düşünəndə sevgi maddiyyata bağlı məsələdir. Pulun yoxdursa, kasıbsansa, belə günləri qeyd etməyə cəhd etməsən, yaxşıdır. Kasıbınkı "mişka"dır. Alırsan, alnın açıq, üzün ağ olur. İntellektual kasıblar kitab alıb, ətir alıb sevgilisinin könlünü xoş edə bilərlər. Kasıblar onsuz da bayram-seyran bilən deyil. Bir qarın çörək də ən böyük hədiyyədir. Sevgini anlayanlar, Sevgililər Gününü layiqli şəkildə qeyd edə bilən zənginlərdir. Sevgililər Günündə “sevgilimə yoxsa arvadıma hədiyyə alım?” dilemması ilə qarşılan zənginlər heç düşünmədən hər ikisinə hədiyyə almalıdır. Çünki bu qulaq dincliyi, can rahatlığı üçün vacib məsələdir.
Bu möhtəşəm bayramda bir neçə adama hədiyyə almaq məcburiyyətində olan talesiz insanları düşünəndə qəhərlənirəm. Çalışın diqqətli olun, “saxladığınıza” aldığınız hədiyyəni səhvən arvada göndərib qan-qadaya səbəb olan diqqətsizlik etməyin. Hər kəsə münasib hədiyyə seçin və bu hədiyyəni diqqətli şəkildə təqdim edin.
Kasıblar bilməz, istənilən halda bahalı hədiyyələr daha maraqlıdır. Kitab-zad fikirini beyninizdən çıxarın, Sevgililər Gününü təntənə ilə qeyd edin. Yumşalmış karantin qaydalarından istifadə edib qarajından birbaşa nömrəyə çıxışı olan münasib hotellər, normal akustik musiqi proqramı olan restoranlar şəhərimizdə kifayət qədərdir. Bu gözəl fürsətləri dəyərləndirin. Fürsətdən istifadə edib, sevin, sevilin!
Mən də kasıbları, yalqızları nəzərə alaraq, bir neçə kədərli şeirlə gününüzə rəng qatıb, həsrətin belini qırmağa yardımçı olmağa çalışacam.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.