Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-la Rusiyanın ikitərfli münasibətləri faktiki olaraq yerdə sürünür - Kreml

© Sputnik / Sergey Guneev / Mediabanka keçidДмитрий Песков, фото из архива
Дмитрий Песков, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
Fevralın 12-də Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında danışıqları baş tutub.
BAKI, 14 fevral — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-ın hazırkı administrasiyası ilə işləməyin üstünlüyü dialoq üçün müəyyən kanalların olmasındadır. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.

"Burada bəlkə də müsbət cəhət kimi başqa sahələrdə nə qədər çətinliklər olsa da, hələ də müəyyən dialoq kanallarının olmasını qeyd etmək mümkündür. Dövlət başçıları dialoq saxlayır, başqa istiqamətlərdə də dialoqlar aparılır. Bu, müsbət haldır. Ona görə müsbətdir ki, bildiyiniz kimi, cəmi bir neçə il bundan əvvəl bizim dialoqumuz sıfır səviyyəsində idi, yəni heç bir əlaqə yox idi", - deyə Peskov vurğulayıb.

Bununla belə, o qeyd edib ki, hazırda ikitərəfli münasibətlər çox aşağı səviyyədədir. "Bu münasibətlər faktiki olaraq yerdə sürünür", - deyə Peskov etiraf edib.
Qeyd edək ki, fevralın 12-də Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında danışıqları baş tutub. Bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, Bayden Putinlə Ukrayna ilə sərhəddə qüvvələrin toplanmasını müzakirə edib.
Bayden bildirib ki, ABŞ Rusiya ilə həm qarşılıqlı diplomatik fəaliyyətə, həm də digər ssenarilərə hazırdır.
Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, ABŞ Rusiyanın qeyri-adekvat addımlarına qəti və çevik şəkildə cavab verəcək.
Qeyd edək ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlamışdı. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Report-un xəbərinə görə, liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı təşəbbüsü Vaşinqtondan gəlib və Amerika tərəfinin yazılı müraciəti olub.
Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Rusiya və ABŞ rəhbərləri arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyin!
Həmçinin oxuyun:
Türkiyə Qərbi Ukrayna ilə bağlı bəyanatlarla çaxnaşma yaratmamağa çağırıb
Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər - Mariya Zaxarova
ABŞ və Rusiya liderləri arasında növbəti danışıqlar başa çatıb
Sergey Lavrov Entoni Blinkenlə danışdı: Ukraynaya hücum barədə xəbərlər təxribatdır
ABŞ və Rusiyanın müdafiə nazirləri nə danışıblar? Pentaqonun sözçüsü açıqladı
Putinlə Makron arasında telefon söhbəti 1 saat 40 dəqiqə davam edib
Xəbər lenti
0