CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Süni mayalanma, sonra da qeysəriyyə üsulu ilə 2000 manata övlad - Araşdırma

© pixabay / Viki_BMağazada uşaq, arxiv şəkli
Mağazada uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Doğuşa qədər ailələr kifayət qədər pul xərcləməli olurlar. Bura hamiləliyə görə hər ay olan ultrasəs müayinələr, analizlər, dərmanlar, preparatlar da daxildir.
BAKI, 10 fevral — Sputnik. Azərbaycanda ötən ilin sonundan başlayan bahalaşma bir çox sahələrə, o cümlədən də uşaq geyimləri, qidaları, uşaqlara aid müxtəlif növ məhsullarda da bahalaşmaya səbəb olub. Sputnik Azərbayan tək bir körpənin aylıq xərclərini araşdırıb.
Əvvəlcə doğuş qiymətlərindən başlayaq:
Son iki ildə təbii doğuş və qeysəriyyə qiymətlərində 200 manatadək artım olub.
İki gecəlik doğuş paketlərinin qiymətləri təbii doğuşa görə 1300 manat, qeysəriyyə üsulu ilə doğuşa görə isə 1500 manat, yaxud daha yüksəkdir. Lakin paketlərə və otaqlara görə bu qiymət 5 min manatadək dəyişir.
Klinikalarda süni mayalanma nəticəsində yaranmış dölün qeysəriyyə yolu ilə dünyaya gətirilməsinin qiymətlərinin də fərqlidir - 2 min manat civarında.
Lakin bu mərhələyədək də ailələr kifayət qədər pul xərcləməli olurlar. Bura hamiləliyə görə hər ay olan ultrasəs müayinələr, analizlər, dərmanlar, preparatlar da daxildir. Hamilə qadının vəziyyətindən asılı olaraq bu məbləğ 4-5 min manatadək də dəyişə bilər.
© AFP 2023 / GENT SHKULLAKUUltrasəs müayinəsinə gedən hamilə qadın
Ultrasəs müayinəsinə gedən hamilə qadın - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Ultrasəs müayinəsinə gedən hamilə qadın
Bəs, körpə doğulduqdan sonra hansı xərclər var?
Körpə özəl xəstəxanada doğulursa, onun ilk 15 günlük peyvəndləri pulsuz edilir. Yəni, valideynlər doğum üçün paket açdırdıqda artıq bunun üçün ödəniş etmiş olurlar. Amma bir məsələ də var ki, bəzi xəstəxanalarda gərəksiz əlavə müayinələr tətbiq olunur və buna görə vəsait tələb edilir.
Bəzən uşaqda "sarılıq" xəstəliyi olduğu və buna görə foto altında saxlanılmasının vacibliyi qeyd olunur ki, bu xidmətin də qiyməti hər gün üçün 300 manat təşkil edir.
Uşaq üçün əşyalar:
Uşaq üçün yataqların qiyməti 250 manat və daha yuxarıdır. Uşaq arabalarının da qiyməti daha əvvəlki illərlə müqayisədə artıb. Belə ki, 200-500 manata uşaq arabaları almaq mümkündür. Lakin doğuğ qiymətləri kimi uşaq arabaları arasında qiyməti fantastik dərəcədə yüksək olanlar var. Məsələn, satışda 2 min manata da uşaq arabası var.
Uşaq üçün şampunlaırn qiyməti də son 5 ildə kifayət qədər artıb. Əvvəllər 2.80 AZN olan kiçik ölçülü şampunların qiyməti hazırda böyüklər üçün istifadə olunan şampunlardan daha baha, yəni 6-7 AZN-dir. Firmadan asılı olaraq qiymətlər də dəyişir. Elə uşaq şampunları var ki, onlar 10 manata da satılır.
Əmziklərin də qiyməti qalxıb. Vaxtilə 1.50-2.00 manata olan əmziklər ən yaxşı halda 3.80-4.50 manata satılır. Satışda 5-6 manata da əmziklər çoxdur. Əmzik üçün olan, yaxaya asılmaq üçün nəzərdə tutulan bağlaın qiyməti isə əmziklərin özündən daha baha, təxminən 5 manat civarındadır. Uşaqlar üçün qida və su qablarının qiyməti 6 manatdan başlayır. Adi bır dırnaqtutan isə 7 manatadır.
Uşaq qidaları da son illərdə ən çox bahalaşan məhsullar sırasındadır. 400 qramlıq bir firma məhsulu olan qidanın 1 nömrəsi 15.60 AZN-dir. Digər qida məhsulu isə qablaşmasından asılı olaraq 11.60-17.60 AZN-dir. Digər firmaların məhsulları bu qeyd olunan məbləğdən daha bahadır.
Uşaq bezlərinin də qiyməti qalxıb, 94 ədədlik bez paketi 26.50 manata satılır. Digər firma isə 84 ədədlik bez paketini 23.80 manata satır.
Uşaq geyimləri, xüsusən də yeni doğulan körpə üçün geyimlər daha bahadır. Bu kostyumlar kiçik ölçülü olsa da, qiyməti 25-30 manatdan başlayır. Digər geyimlərin də qiymətində artım olub.
Beləliklə, yeni doğulan uşaq üçün nə qədər xərc çəkilir, bunu hesablayaq:
Doğuş xərci - 1 300 - 5 000 manat
Yataq və yataq dəsti - 250-300 manat
Uşaq arabaları - 200-500 manat
Şampunlar 6-10 manat
Bundan əlavə, aylıq xərclər də var. İndi isə bir körpə üçün çəkilən aylıq xərcləri hesablayaq:
Bir aya təxminən 4 paket bez - 107 manat
Həftəyə təxminən iki dəmir qabda uşaq qidası - 96 - 136 manat
Ayda bir dəfə əmzik - 3.80-4.50 manat
Beləliklə, bir uşağın doğuşu və ilkin ehtiyacları üçün təxminən 2 200 manatadək vəsait xərclənir, aylıq xərclər isə təxminən 250 - 300 manat civarındadır. Təbii ki, uşaq xəstələnməyibsə...
Körpə xəstələnibsə, onun sağalması üçün satışda olan dərmanlar heç də geyim məhsullarından ucuz deyil. Bu qiymətə həkimin aylıq ödənişini də əlavə etsək, vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu görə bilərik.
Bazar iqtisadiyyatdır deyibən bəzən qiymətlərin bu qədər yüksək olmasına haqq qazandıranlar da var. Amma bununla belə, bu cür məhsulların əlçatan olması üçün ya yerli istehsalın yaradılmasının vacibliyi, ya da ölkəyə idxal olunan belə məhsulların ƏDV-dən, gömrük rüsumundan azad olunması tələb olunur.
Bu suallaırn uzun illər açıq və aktual olmasına baxmayaraq hələ ki, zəruri addımlar atılmır. Xüsusən müəyyən səbəblərdən işsiz qalan, yaxud da kirayədə yaşayıb 300-400 manat maaş alan gənc ailələr bu problemdən daha çox əziyyət çəkir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Bananın bahalaşması təkcə Ekvadorla bağlı deyil, bazarda rəqabətli mühit yoxdur - Ekspert
Yeni körpəsi doğulan atalarla nənə-babalara müjdə
Azərbaycanda doğum pulsuz olmalıdır - hüquq müdafiəçiləri bahalığa etiraz edir
Xəbər lenti
0