Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bananın bahalaşması təkcə Ekvadorla bağlı deyil, bazarda rəqabətli mühit yoxdur - Ekspert

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidБананы в супермаркете, фото из архива
Бананы в супермаркете, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
İdxalçı şirkətdən bildirilib ki, iqlim dəyişikliyi səbəbindən keyfiyyətli məhsulu tapmaqda müəyyən çətinliklər yaşanır.
BAKI, 9 fevral — Sputnik. Ekvadorda bananın hər kiloqramı 20 sentdən 30 sentə qədər bahalaşıb. Bu, bizim valyuta ilə hesablasaq, 50 qəpik civarındadır. Artıq bir həftəyə yaxındır ki, pərakəndə satışda bananın qiyməti artıb. Paytaxt alıcılarının sözlərinə görə, bu ayın əvvəlindən qiymətlər bahalaşmağa başlayıb.
Sputnik Azərbaycan-ın bazarda apardığı araşdırma zamanı fakt təsdiqlənib. Belə ki, Bakı bazarlarında bananın qiyməti artıb: 2,10 - 2,20 manata satılan bananın qiyməti hazırda 2,90 - 3 manatdır. Hətta pərakəndə küçə satışında bananın qiyməti 3 manat 50 qəpiyə təklif olunur.
Satıcıların sözlərinə görə, qiymət artımına səbəb bazarda olan qıtlıqdır. Alıcılar da hazırda bazarda yaranmış vəziyyətdən narazıdırlar.
Satıcılar bildirir ki, qiymət artımı uzun çəkməyəcək. Bazarda məhsul bol olduqca öz növbəsində qiymətin enməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, hazırda paytaxtın iri supermarketlərində banan 2,99 manata satılır.
Apardığımız araşdırma zamanı yalnız "Araz" marketlər şəbəkəsində bananın qiymətinin 2 manat 79 qəpiyə satıldığının şahidi olduq. Öyrəndik ki, bunun səbəbi "Araz" marketlər şəbəkəsinin "Veysəloğlu" şirkətinin nəzdində olması ilə əlaqardır.
"Veysəloğlu" şirkəti Azərbaycana banan ixrac etdiyindən yerli bazarda bananı aşağı qiymətə təklif edir.
Qeyd edək ki, Gömrük Komitəsinin illik hesabatlarında da ölkəmizə banan gətirən şirkətlərdən biri də "Veysəloğlu"dur. Məsələ ilə bağlı "Veysəloğlu" şirkətindən bildirildi ki, qiymət artımının əsas səbəbi Gürcüstan limanına gələn banan daşıyan gəmilərdəki gecikmə olub.
İkinci çətinlik isə nəqliyyat və konteyner qiymətlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% ətrafında qiymət artımı və beləliklə, xərclərin artması olub.
Şirkətlər Qrupu rəsmi nümayəndəsinin verdiyi məlumata görə, Ekvadorda keyfiyyətli məhsulların qiymətində az da olsa artım müşahidə olunur. Bundan əlavə, iqlim dəyişikliyi səbəbindən keyfiyyətli məhsulu tapmaqda müəyyən çətinliklər yaşanır.
"Qeyd olunan problemlər ötən ay bananı təxminən 25% baha almağımıza səbəb olub. Bu həftə mərhələli olaraq qiymətlərin azalmasını gözləyirik. Bazardakı tələb-təklif nisbəti də qiyməti müəyyənləşdirən amillərdən biridir. Ərzaq istehsalçıları qıtlıq, logistikada yaranmış “darboğazlar”, habelə nəqliyyat, hava və əmək problemləri ilə rastlaşmalı oldular. Bunların hamısı ərzaq qiymətlərinin artmasına səbəb oldu", - şirkətdən verilən məlumatda deyilir.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ekvadorda bananın hər kiloqramında 10 sent bahalaşma olub. Bananın hər kiloqramı 20 sentdən 30 sentə qədər bahalaşıb:
"Bizim valyuta ilə hesablasaq, 50 qəpik civarındadır. Onun sözlərinə görə, logistika xərclərini də üzərinə gəlsək, qiymət 3 manata çatmalı deyildi. Belə məlum olur ki, hazırda ökəmizdə bananın qiymətində artım təkcə Ekvadorda bahalaşma ilə bağlı deyil".
© Facebook / natig.jafarliİqtisadçı-ekspert Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli  - Sputnik Azərbaycan, 1920, 09.02.2022
İqtisadçı-ekspert Natiq Cəfərli
İqtisadçı bildirir ki, hazırda ölkəmizə banan əsasən Ekvadordan ölkəmizə ixrac olunur:

"Azərbaycanda bananın bahalaşmasını təkcə dünya bazarındakı qiymət artımı ilə əlaqələndirmək olmaz. Bazarda oyunçu sayı artırılmalıdır. Bazarda rəqabətli mühit yoxdur. Başqa kiçik-orta sahibkarlara, bu işlə məşğul olmaq istəyən şirkətlərə də ölkəmizə banan ixrac etməyə imkan yaratmaq lazımdır. Bu zaman rəqabətli mühit güclənəcək. Biz yalnız onda qiymətlərin tənzimlənməsini iqtisadi alətlərlə müşahidə edə bilərik. Bu gün banan seqmentində oyunçu sayı azdır. Onların da bazarda qiyməti diktə etmək imkanı yaranır. Hazırda ölkəmizə barmaqla sayılacaq qədər şirkət banan ixrac edir".

N.Cəfərli bildirir ki, bazarda oyunçu sayının az olması bu gün qiymət artımında daha çox rol oynayır, nəinki dünya bazarında bananın bahalaşması.
Xatırladaq ki, ötən ilin fevral ayında da Azərbaycanda bananın qiymətində artım baş vermişdi. Həmin ərəfədə pərakəndə satışda 1 kiloqram bananın satış qiyməti 2.20 manatdan 2.50 manata qalxmışdı.
Qiymət daha çox Ekvadorun "Dole" markalı bananında baş vermişdi. Bu markalı banan daha dadlı və vitaminli hesab edilir.
Həmçinin Rusiyadakı pərakəndə ticarət şəbəkələri Ekvadordan edilən banan idxalında çətinliklərlə qarşılaşmışdı. Buna Ekvadorda məhsuldarlığın aşağı olması, idxalçıların pərakəndə satışa lazımi həcmdə tədarük edə bilməməsi və mövsümi yüksək tələbat səbəb olmuşdu.
Eyni zamanda, Sankt-Peterburq limanında meyvə ilə yüklənmiş bir neçə gəminin boşaltma üçün dayana bilməməsi də banan çatışmazlığına səbəb olmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Bazarda banan bahalaşdı
Alimlər banan qabığından hidrogen almağın yolunu tapdılar
Ən radioaktiv meyvə bu imiş...
Xəbər lenti
0