CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq etdi

© Photo : AZALAzal təyyarəsi
Azal təyyarəsi - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
Fırıldaqçılığın qarşısının alınması məqsədilə bu marşrut üzrə bütün biletlər üç yolla əldə edilə bilər.
BAKI, 9 fevral — Sputnik. Sosial şəbəkələrdə müxtəlif turizm agentliklərinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabilet satması barədə məlumatlar yayılır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sərnşinlərə müraciətində bildirilir.
"Xatırladırıq ki, fırıldaqçılığın qarşısının alınması məqsədilə bu marşrut üzrə bütün biletlər üç yolla əldə edilə bilər:
Aviaşirkətin www.azal.az rəsmi saytı vasitəsilə;
Aviaşirkətin Bakı şəhərində (Nizami küçəsi, 126A), eyni zamanda Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində yerləşən mərkəzi satış ofisinə yaxınlaşmaqla;
Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən satış ofislərinə yaxınlaşmaqla.
Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.
Həmin istiqamət üzrə aviabiletin dəyərini Tarif (Qiymət) Şurası müəyyən edib və vətəndaşlar üçün bir istiqamətdə 50 manat, xarici vətəndaşlar üçün bir istiqamətdə 70 manat təşkil edir.
12 yaşınadək uşaqlar, tələbələr və I və II qrup əlillər üçün güzəşt tətbiq olunmaqla qiymət 40 manat təşkil edir, iki yaşadək uşaqlar üçün aviabilet ödənişsizdir.
AZAL turizm şirkətləri və yaxud fərdi şəxslərin yol verdiyi bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir", - deyə aviaşirkət bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İki ölkə arasında uçuşların sayının artırılması müzakirə edilib
Moskvadan daha bir Azərbaycan şəhərinə aviareys açılıb - VİDEO
Yerevan-İstanbul-Yerevan aviareysləri 3 il müddətinə “hava vergisi"ndən azad ediləcək
Xəbər lenti
0