Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Moskvadan daha bir Azərbaycan şəhərinə aviareys açılıb - VİDEO

© Photo : AZALQəbələ-Moskva aviareysinin sərnişinləri
Qəbələ-Moskva aviareysinin sərnişinləri - Sputnik Azərbaycan, 1920, 17.01.2022
Abunə olmaq
Moskvadan müntəzəm aviareys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək.
BAKI, 17 yanvar — Sputnik. Cari ilin yeni marşrut şəbəkəsi çərçivəsində Qəbələ və Moskvanı birləşdirən yeni müntəzəm aviareys açılıb.
Sputnik Azərbaycan "Azərbaycan Hava Yolları" QSC-yə istinadla xəbər verir ki, "Nordwind" aviaşirkəti 189 sərnişin oturacağı olan "Boeing 737-800" təyyarəsində Moskvanın Şeremetyevo aeroportundan Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.
Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10-da təyyarə Qəbələdə enəcək, saat 5:20-də Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.
Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələdəki aeroport istənilən tip hava gəmisini qəbul etməyə qadirdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0