Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Stels omikron ştammı testsiz necə təyin edilir?

© AFP 2024 / NATALIA KOLESNIKOVAKoronavirus testi, arxiv şəkli
Koronavirus testi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
Britaniyalı alimlər stels omikron adlandırdıqları koronavirus ştammının yeni növünün əsas əlamətlərini açıqlayıblar.
BAKI, 8 fevral - Sputnik. Baş gicəllənməsi və halsızlıq koronavirusun stels omikron variantının əsas əlamətləri ola bilər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Britaniyanın Mirror nəşri İngiltərənin Milli Səhiyyə Xidmətinə (NHS) istinadən yazır.
CAR-dan olan həkim Anjelika Kutzi bildirib ki, yorğunluq və əzələ ağrıları adətən SARS-CoV-2-nin bu tipinin indikatoru rolunu oynayır. BA.2 mutasiyasının ən çox yayılmış əlamətlərinə baş gicəllənməsi də aiddir.
Həkimlərin sözlərinə görə, bu iki əlamət gün ərzində peyda olub itə bilər. Ancaq onlar daimi və çox intensivdirsə, o zaman mütəxəssisə müraciət etmək lazımdır.
Böyük Britaniyanın Səhiyyə Agentliyi (UKHSA) bu günlərdə omikron ştammının yeni növünü - BA.2 (stels omikron) aşkarladığını bildirib. Stels omikron ştammını həm də gizli adlandırırlar, çünki onu laborator şəraitində orijinal BA.1 növündən ayırd etmək çətindir. Buna rəğmən PZR testləri və antigen ekspress testləri koronavirusun bu ştamlarına yoluxanları səhvsiz aşkarlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Omikron ştammını testsiz aşkarlamağın yolu
* "Omicron" ştammına görə testdən keçirilməyə ehtiyac yoxdur - İnfeksionist
* Azərbaycanda karantin müddəti niyə azaldıldı
Xəbər lenti
0