https://sputnik.az/20220124/azerbaycanda-karantin-muddeti-niye-azaldildi-438443583.html
Azərbaycanda karantin müddəti niyə azaldıldı
Azərbaycanda karantin müddəti niyə azaldıldı
Sputnik Azərbaycan
Fərrux Sədirov əlavə edib ki, yeni qərarın verilməsi "Omicron" ştammıyla əlaqədardır. 24.01.2022, Sputnik Azərbaycan
2022-01-24T22:39+0400
2022-01-24T22:39+0400
2022-01-24T22:39+0400
karantin
səhiyyə
azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
koronavirus
covid-19
omikron ştammı
omikron
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425779019_0:0:3073:1728_1920x0_80_0_0_e272bc4d2ab7f3c5fd7aeb629a979a86.jpg
BAKI, 24 yanvar — Sputnik. Azərbaycanda bu gündən etibarən test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov xatırladıb ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib.O qeyd edib ki, son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Həmin müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur: "Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi".F.Sədirov əlavə edib ki, yeni qərarın verilməsi "Omicron" ştammıyla əlaqədardır: "Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır".Xatırladaq ki, bu gündən Azərbaycanda COVID-19 xəstələrilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi ilə bağlı yeni qayda qüvvəyə minib.Bununla bağlı Baş nazir Əli Əsədov yanvarın 22-də qərar imzalayıb.Qərara əsasən, "Azərbaycan Respublikasının ərazisində hava-damcı yoluyla keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları"na dəyişiklik edilib. Belə ki, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.Qərarla daha bir bənd isə ləğv edilib:"Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Azərbaycanda COVID-19-la bağlı bu gündən dəyişən QAYDALAR
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425779019_14:0:2745:2048_1920x0_80_0_0_d9aec007540cf8faa9c32d86a2bab018.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycanda karantin müddəti niyə azaldıldı
azərbaycanda karantin müddəti niyə azaldıldı
Azərbaycanda karantin müddəti niyə azaldıldı
Fərrux Sədirov əlavə edib ki, yeni qərarın verilməsi "Omicron" ştammıyla əlaqədardır.
BAKI, 24 yanvar — Sputnik. Azərbaycanda bu gündən etibarən test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov xatırladıb ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib.
O qeyd edib ki, son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Həmin müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur: "Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi".
F.Sədirov əlavə edib ki, yeni qərarın verilməsi "Omicron" ştammıyla əlaqədardır: "Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır".
Xatırladaq ki, bu gündən Azərbaycanda COVID-19 xəstələrilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi ilə bağlı yeni qayda qüvvəyə minib.
Bununla bağlı Baş nazir Əli Əsədov yanvarın 22-də qərar imzalayıb.
Qərara əsasən, "Azərbaycan Respublikasının ərazisində hava-damcı yoluyla keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları"na dəyişiklik edilib. Belə ki, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.
Qərarla daha bir bənd isə ləğv edilib:
"Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.