https://sputnik.az/20220128/omicron-stammina-gore-testden-kecirilmeye-ehtiyac-yoxdur---nfeksionist-438570371.html
"Omicron" ştammına görə testdən keçirilməyə ehtiyac yoxdur - İnfeksionist
"Omicron" ştammına görə testdən keçirilməyə ehtiyac yoxdur - İnfeksionist
Sputnik Azərbaycan
Koronavirusa görə laborator analizin qiyməti 70, "Omicron" ştammının aşkarlaması üçün isə 15 manatdır. 28.01.2022, Sputnik Azərbaycan
2022-01-28T09:33+0400
2022-01-28T09:33+0400
2022-01-28T10:14+0400
omikron
səhiyyə
test
infeksionist
covid-19
sars-cov-2
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437620508_0:0:3523:1981_1920x0_80_0_0_ef23f8c690396cd134b8b507d1749287.jpg
BAKI, 28 yanvar — Sputnik. Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötüb. Nazirlər Kabineti yanında Operativ Qərargahının dünən yaydığı məlumata görə, ölkədə koronavirus (COVID-19) infeksiyasına 3361 yeni yoluxma faktı qeydə alınıb, 1132 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.Kliniki Tibbi Mərkəz isə Azərbaycanda koronavirusun "Omicron" ştammının sürətlə yayıldığı barədə bəyanat verib. Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həftə ərzində 8114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.Virus ayrı, ştamm ayrı?"Omicron" ştammının sürətlə yayılması insanlar arasında təlaşı artırır. Ən böyük narahatlıq yaradan səbəblərdən biri COVID testlərinin "Omicron" ştammını aşkarlamaması ilə bağlıdır.Vətəndaşlar bildirirlər ki, dövlət poliklinikalarında koronavirusa görə götürülən PZR testləri ştammı müəyyən edə bilmir. Ona görə də virusa yoluxmuş şəxs hansı ştammın olduğundan xəbərsiz qalır. Məlumatlarda qeyd olunur ki, özəl klinikalarda koronavirus əlamətləri ilə müraciət edənlərdən iki test götürülür. Bir testdə COVID-in olub-olmadığı, digər testdə isə ştamm yoxlanılır. Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək məqsədilə koronavirus testlərinin aparıldığı özəl laborator mərkəzlər və dövlət poliklinikaları ilə əlaqə saxlayıb.Sputnik Azərbaycan-a Referans Laborator Mərkəzindən bildiriblər ki, pasiyentlər koronavirusla yanaşı, hansı ştamma yoluxduqlarını bilmək istəyirlərsə, onlardan test götürülür: "Laboratoriyamızda həm koronavirusun özünün, həm də ştammının müəyyən edilməsi mümkündür. Koronavirusa görə laborator analizin qiyməti 70, "Omicron" ştammının aşkarlaması üçün isə 15 manatdır".Ştammın nə mənası var...Əlaqə saxladığımız dövlət poliklinikalarından isə bildirdilər ki, COVID-19-a görə testlər götürülərkən ştammı yoxlamaq vacib deyil. Əgər vətəndaşda koronavirus testi pozitiv çıxırsa, son günlər ölkəmizdə ən çox hansı ştamm yayılıbsa, həmin ştammın olduğu qənaətinə gəlinir.Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Omicron" ştammı COVID-in digər ştamlarından struktur baxımından fərqli olduğundan, bəzən standart COVID-19 virusunu aşkarlayan testlər ştammı üzə çıxartmaya bilər: ""Omicron" ştammının təyin edilməsi üçün xüsusi testlər aparılır. F.Sədirov deyir ki, ölkəmizdə koronavirusa yoluxma sayında artım "Omicron" ştammının sürətlə yayılma qabiliyyətinə malik olması ilə bağlıdır. Bundan əlavə, qoruma tədbirlərinin bir qədər unudulması da yoluxma sayına təsir edir.Qrip dərmanlarla 7 günə, dərmanlarsız bir həftəyə sağalırF.Sədirov bildirir ki, vətəndaş yoluxduğu virusun İnfluenza olub-olmadığını dəqiq bilmək üçün tənəffüs yolları PZR testi verə bilər: "Əgər COVID testi mənfidirsə, klinik olaraq xəstəliyin gedişi COVID-ə uyğun deyilsə, o zaman tənəffüs yolları PZR testi götürülə bilər. Virus infeksiyalarında spesifik müalicə olmur. Belə bir deyim var ki, "qrip dərmanlarla 7 günə, dərmanlarsız bir həftəyə sağalır". Sadəcə olaraq simptomları yönəlik həkim məsləhəti ilə dəstək xarakterli qızdırmasalıcılardan istifadə edilə bilər"."Buster"ə görə sıxlıq olacaqMilli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda yoluxma sayı bir neçə gün ərzində 3 mini keçməsi artımın davamlı olacağından xəbər verir: ""Omicron" ştammının genetik xüsusiyyətlərini nəzərə alsaq, yoluxma artan xətt üzrə davam edəcək. Odur ki, bir daha "buster" dozanın vacibliyini burada qeyd etmək istəyirəm. Fevralın 15-dən ikinci dozadan 6 ay keçən vətəndaşların peyvənd sertifikatının etibarlı hesab edilməməsini nəzərə alaraq həmin vətəndaşlara tibb məntəqələrində sıxlığın yaranmaması üçün "buster" dozanı vurdurmaq üçün poliklinikalara vaxtında müraciət etmələrini tövsiyə edirəm".Deputat bildirir ki, yoluxma sayının sürətlə artmasının təhlükəli tərəfləri var: "Ən təhlükəli tərəfi ondan ibarətdir ki, yoluxmanın sürəti, intensivliyi kütləvi yoluxmaların sayının artmasına və səhiyyə sisteminin yüklənərək insanlara vaxtında yardım göstərə bilməməsi ucbatından ağırlaşmaların meydana çıxmasına gətirib çıxara bilər. Azərbaycanda pandemiya ilə aparılan mübarizəyə diqqət yetirsək, istər xəstəxana infrastrukturunun təkmilləşdirilməsi, istərsə də ilkin səhiyyə xidmətinin göstərilməsi sahəsində atılan addımlar bu təhlükənin qarşısının alınması üçün çox mühümdür".Koronavirusun "omicron" adı verilən yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb."Omicron" Azərbaycana bu il yanvarın 10-da "təşrif buyurub" - xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2-nin bu variantı aşkarlanıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* SN rəsmisi Azərbaycanda pandemiyanın bitəcəyi vaxt haqda* İnsan orqanizmində COVID-19-un bütün ştammlarını bloklayan hüceyrələr tapıldı* Omikron ilə pandemiyanın sonu gəlir? - ÜST-dən bəyanat* Omikron ştammını testsiz aşkarlamağın yolu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437620508_343:0:3074:2048_1920x0_80_0_0_68a0d0033ba753d8b39b5bc5259fc254.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
niyə covid və "omicron" ştammına görə ayrı test verməyə dəyməz?
niyə covid və "omicron" ştammına görə ayrı test verməyə dəyməz?
"Omicron" ştammına görə testdən keçirilməyə ehtiyac yoxdur - İnfeksionist
09:33 28.01.2022 (Yenilənib: 10:14 28.01.2022) Koronavirusa görə laborator analizin qiyməti 70, "Omicron" ştammının aşkarlaması üçün isə 15 manatdır.
BAKI, 28 yanvar — Sputnik. Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötüb. Nazirlər Kabineti yanında Operativ Qərargahının dünən yaydığı məlumata görə, ölkədə koronavirus (COVID-19) infeksiyasına 3361 yeni yoluxma faktı qeydə alınıb, 1132 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
Kliniki Tibbi Mərkəz isə Azərbaycanda koronavirusun "Omicron" ştammının sürətlə yayıldığı barədə bəyanat verib. Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həftə ərzində 8114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.
"Omicron" ştammının sürətlə yayılması insanlar arasında təlaşı artırır. Ən böyük narahatlıq yaradan səbəblərdən biri COVID testlərinin "Omicron" ştammını aşkarlamaması ilə bağlıdır.
Vətəndaşlar bildirirlər ki, dövlət poliklinikalarında koronavirusa görə götürülən PZR testləri ştammı müəyyən edə bilmir. Ona görə də virusa yoluxmuş şəxs hansı ştammın olduğundan xəbərsiz qalır. Məlumatlarda qeyd olunur ki, özəl klinikalarda koronavirus əlamətləri ilə müraciət edənlərdən iki test götürülür. Bir testdə COVID-in olub-olmadığı, digər testdə isə ştamm yoxlanılır. Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək məqsədilə koronavirus testlərinin aparıldığı özəl laborator mərkəzlər və dövlət poliklinikaları ilə əlaqə saxlayıb.
Sputnik Azərbaycan-a Referans Laborator Mərkəzindən bildiriblər ki, pasiyentlər koronavirusla yanaşı, hansı ştamma yoluxduqlarını bilmək istəyirlərsə, onlardan test götürülür: "Laboratoriyamızda həm koronavirusun özünün, həm də ştammının müəyyən edilməsi mümkündür. Koronavirusa görə laborator analizin qiyməti 70, "Omicron" ştammının aşkarlaması üçün isə 15 manatdır".
Əlaqə saxladığımız dövlət poliklinikalarından isə bildirdilər ki, COVID-19-a görə testlər götürülərkən ştammı yoxlamaq vacib deyil. Əgər vətəndaşda koronavirus testi pozitiv çıxırsa, son günlər ölkəmizdə ən çox hansı ştamm yayılıbsa, həmin ştammın olduğu qənaətinə gəlinir.
Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Omicron" ştammı COVID-in digər ştamlarından struktur baxımından fərqli olduğundan, bəzən standart COVID-19 virusunu aşkarlayan testlər ştammı üzə çıxartmaya bilər: ""Omicron" ştammının təyin edilməsi üçün xüsusi testlər aparılır.
Bu testlərin aparılması ilk vaxtlarda önəmli olsa da, artıq geniş yayılmağa başladıqdan sonra vətəndaşın həm COVID-19 testi, həmçinin də ayrıca "Omicron" ştammına görə testdən keçirilməsinə ehtiyac qalmır. Çünki hakim ştammın "Omicron" ştammı olduğunu bilirik. Bunun klinik olaraq da bir mənası yoxdur. Çünki xəstəliyin müddəti qısalıb, simptomlar da bir qədər fərqlidir. Bu dövlətə də, vətəndaşa da maddi cəhətdən zərərdir".
F.Sədirov deyir ki, ölkəmizdə koronavirusa yoluxma sayında artım "Omicron" ştammının sürətlə yayılma qabiliyyətinə malik olması ilə bağlıdır. Bundan əlavə, qoruma tədbirlərinin bir qədər unudulması da yoluxma sayına təsir edir.
Qrip dərmanlarla 7 günə, dərmanlarsız bir həftəyə sağalır
F.Sədirov bildirir ki, vətəndaş yoluxduğu virusun İnfluenza olub-olmadığını dəqiq bilmək üçün tənəffüs yolları PZR testi verə bilər: "Əgər COVID testi mənfidirsə, klinik olaraq xəstəliyin gedişi COVID-ə uyğun deyilsə, o zaman tənəffüs yolları PZR testi götürülə bilər. Virus infeksiyalarında spesifik müalicə olmur. Belə bir deyim var ki, "qrip dərmanlarla 7 günə, dərmanlarsız bir həftəyə sağalır". Sadəcə olaraq simptomları yönəlik həkim məsləhəti ilə dəstək xarakterli qızdırmasalıcılardan istifadə edilə bilər".
"Buster"ə görə sıxlıq olacaq
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda yoluxma sayı bir neçə gün ərzində 3 mini keçməsi artımın davamlı olacağından xəbər verir: ""Omicron" ştammının genetik xüsusiyyətlərini nəzərə alsaq, yoluxma artan xətt üzrə davam edəcək. Odur ki, bir daha "buster" dozanın vacibliyini burada qeyd etmək istəyirəm. Fevralın 15-dən ikinci dozadan 6 ay keçən vətəndaşların peyvənd sertifikatının etibarlı hesab edilməməsini nəzərə alaraq həmin vətəndaşlara tibb məntəqələrində sıxlığın yaranmaması üçün "buster" dozanı vurdurmaq üçün poliklinikalara vaxtında müraciət etmələrini tövsiyə edirəm".
Deputat bildirir ki, yoluxma sayının sürətlə artmasının təhlükəli tərəfləri var: "Ən təhlükəli tərəfi ondan ibarətdir ki, yoluxmanın sürəti, intensivliyi kütləvi yoluxmaların sayının artmasına və səhiyyə sisteminin yüklənərək insanlara vaxtında yardım göstərə bilməməsi ucbatından ağırlaşmaların meydana çıxmasına gətirib çıxara bilər. Azərbaycanda pandemiya ilə aparılan mübarizəyə diqqət yetirsək, istər xəstəxana infrastrukturunun təkmilləşdirilməsi, istərsə də ilkin səhiyyə xidmətinin göstərilməsi sahəsində atılan addımlar bu təhlükənin qarşısının alınması üçün çox mühümdür".
Koronavirusun "omicron" adı verilən yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
"Omicron" Azərbaycana bu il yanvarın 10-da "təşrif buyurub" - xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2-nin bu variantı aşkarlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.