https://sputnik.az/20220131/atet-in-sabiq-sedri-abs-ve-nato-nu-aqressiv-tondan-cekinmeye-cagirdi-438686929.html
ATƏT-in sabiq sədri ABŞ və NATO-nu aqressiv tondan çəkinməyə çağırdı
ATƏT-in sabiq sədri ABŞ və NATO-nu aqressiv tondan çəkinməyə çağırdı
Sputnik Azərbaycan
Tomas Qreminger bildirib ki, bütün bunlar heç də hazırda Avropada təhlükəsizlik məsələlərinə dair danışıqlar üçün lazım olan mühitin yaradılmasına imkan... 31.01.2022, Sputnik Azərbaycan
2022-01-31T14:16+0400
2022-01-31T14:16+0400
2022-01-31T14:16+0400
atət
dünya xəbərləri
abş
sədr
rusiya
nato
https://cdnn1.img.sputnik.az/img/42338/07/423380708_0:317:3077:2047_1920x0_80_0_0_9c6de9ee9380a0b5ca493438c92a8f96.jpg
BAKI, 31 yanvar — Sputnik. Təhlükəsizlik üzrə danışıqlarda irəliləyiş əldə etmək üçün ABŞ, NATO ölkələri və Rusiya aqressiv ritorikanı azaltmalıdırlar, o cümlədən KİV-də də. Bu fikri RİA Novosti-yə ATƏT-in keçmiş baş katibi, hazırda Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin direktoru Tomas Qreminger səsləndirib."Hər iki ölkədə də KİV-də bir-birini düşmən kimi qələmə vermək üçün kampaniya aparıldığının şahidi oluruq. Və bütün bunlar silah cingiltisi kimi, heç də hazırda Avropada təhlükəsizlik məsələlərinə dair danışıqlar üçün bizə lazım olan mühitin yaradılmasına imkan vermir", – deyə o vurğulayıb.Ekspert qeyd edib ki, hazırkı şəraitdə təmkin nümayiş etdirmək vacibdir."Düşünürəm ki, indi bizə lazım olan həm hərbi, həm də siyasi siqnallarda qarşılıqlı təmkinli olmaq, eləcə də bu hərbi ritorikanı azaltmaq və qarşı tərəfi düşmən kimi göstərməməkdir. Hesab edirəm ki, dialoq üçün əlverişli mühit yaratmaq naminə bu cür ritorikanın səviyyəsini tez bir zamanda aşağı salmaq lazımdır", - deyə o bildirib.Rusiya dəfələrlə bəyan edib ki, onunla sanksiya dili ilə danışmaq əks nəticə verəcək və Moskva Ukrayna ətrafında vəziyyəti gərginləşdirmək üçün Rusiya Federasiyasına aid edilən planları qəti şəkildə inkar edir, bütün bu kimi bəyanatların daha çox Rusiya sərhədləri yaxınlığında NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu bildirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da bir qədər əvvəl dediyi kimi, Rusiya Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir bəhanə yaratmır. Onun sözlərinə görə, Rusiya istisna etmir ki, Ukrayna ətrafında Qərb tərəfindən qızışdırılan isteriya Kiyevin Donbassla bağlı Minsk razılaşmalarını sabotaj etmək xəttini ört-basdır etmək məqsədi daşıyır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42338/07/423380708_7:0:2736:2047_1920x0_80_0_0_977c2e4392bdeec9252fcc052b635357.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
atət, abş, sədr, rusiya, nato
atət, abş, sədr, rusiya, nato
ATƏT-in sabiq sədri ABŞ və NATO-nu aqressiv tondan çəkinməyə çağırdı
Tomas Qreminger bildirib ki, bütün bunlar heç də hazırda Avropada təhlükəsizlik məsələlərinə dair danışıqlar üçün lazım olan mühitin yaradılmasına imkan vermir.
BAKI, 31 yanvar — Sputnik. Təhlükəsizlik üzrə danışıqlarda irəliləyiş əldə etmək üçün ABŞ, NATO ölkələri və Rusiya aqressiv ritorikanı azaltmalıdırlar, o cümlədən KİV-də də. Bu fikri
RİA Novosti-yə ATƏT-in keçmiş baş katibi, hazırda Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin direktoru Tomas Qreminger səsləndirib.
"Hər iki ölkədə də KİV-də bir-birini düşmən kimi qələmə vermək üçün kampaniya aparıldığının şahidi oluruq. Və bütün bunlar silah cingiltisi kimi, heç də hazırda Avropada təhlükəsizlik məsələlərinə dair danışıqlar üçün bizə lazım olan mühitin yaradılmasına imkan vermir", – deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, hazırkı şəraitdə təmkin nümayiş etdirmək vacibdir.
"Düşünürəm ki, indi bizə lazım olan həm hərbi, həm də siyasi siqnallarda qarşılıqlı təmkinli olmaq, eləcə də bu hərbi ritorikanı azaltmaq və qarşı tərəfi düşmən kimi göstərməməkdir. Hesab edirəm ki, dialoq üçün əlverişli mühit yaratmaq naminə bu cür ritorikanın səviyyəsini tez bir zamanda aşağı salmaq lazımdır", - deyə o bildirib.
Rusiya dəfələrlə bəyan edib ki, onunla sanksiya dili ilə danışmaq əks nəticə verəcək və Moskva Ukrayna ətrafında vəziyyəti gərginləşdirmək üçün Rusiya Federasiyasına aid edilən planları qəti şəkildə inkar edir, bütün bu kimi bəyanatların daha çox Rusiya sərhədləri yaxınlığında NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu bildirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da bir qədər əvvəl dediyi kimi, Rusiya Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir bəhanə yaratmır. Onun sözlərinə görə, Rusiya istisna etmir ki, Ukrayna ətrafında Qərb tərəfindən qızışdırılan isteriya Kiyevin Donbassla bağlı Minsk razılaşmalarını sabotaj etmək xəttini ört-basdır etmək məqsədi daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.