Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Fevralın 15-dən məktəblər bağlanacaq? - Rəsmi açıqlama

© Sputnik / Murad OrujovMəktəbdə dərs prosesi, arxiv şəkli
Məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
Nazirliyin nümayəndəsi bildirib ki, məktəblərin qapadılması üçün hazırda ciddi əsas yoxdur. Çünki ölkəmizdə vaksinasiya prosesi sürətlə davam etdirilir.
BAKI, 8 fevral — Sputnik. Ölkədə koronavirusa yoluxma hallarının artması məktəblərin bağlanması ilə bağlı məlumatların yayılmasına səbəb olub. Sosial platformada təhsil müəssisələrinin fevralın 15-dən bağlanacağı barədə məlumatlar dolaşır. Həmin məlumatlarda orta məktəblərin fevralın 15-dən 2 həftəlik bağlanacağı qeyd olunub. Sputnik Azərbaycan yayılan məlumatların nə qədər həqiqətə uyğun olduğunu araşdırıb.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orta məktəblərin fevralın 15-dən müəyyən müddətə bağlanılması ilə bağlı məsələ nazirliyin gündəliyində deyil:

"Bu, feyk məlumatdır. Mən bilmirəm bu xəbəri kim yayır, amma Təhsil Nazirliyində belə bir məlumat yoxdur. Əgər koronavirusa yoluxma səbəbindən məktəblərin bağlanması barədə qərar olarsa, bu, Təhsil Nazirliyinin elektron resursları üzərindən yayılacaq. Çünki nazirlik həmişə belə məsələlərdə operativ olub".

© Photo : Courtesy of Casarat ValehovCəsarət Valehov
Cəsarət Valehov - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Cəsarət Valehov
C.Valehov məktəblərdə hazırda yoluxma barədə vəziyyətə də aydınlıq gətirib. O deyib ki, hansı məktəbdə yoluxma ilə bağlı epidemioloji vəziyyət pisləşirsə, dərhal həmin məktəbdə dərslər distant formaya keçirilir, daha sonra ənənəvi qaydada davam etdirilir.
Təhsil Nazirliyi yanında İctimai Şuranın təmsilçisi İlqar Orucov isə Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, orta məktəblərin fevralın 15-dən bağlanması barədə məlumatlar şayiədir. Onun sözlərinə görə, məktəblərin bağlanması lokal xarakterli ola bilər:
"Məktəblərin qapadılması üçün hazırda ciddi əsas yoxdur. Çünki ölkəmizdə vaksinasiya prosesi sürətlə davam etdirilir. Ölkəmizdə yoluxma sayı artsa da, məktəblərin ümumi qapadılmasına əsas yoxdur. Ona görə də əhali ancaq rəsmi qurumların açıqlamasını izləməlidir. Biz il yarımlıq qapadılmanın hələ də əziyyətini çəkməkdəyik. Hazırda qaydalara əməl etməklə tədrisin ənənəvi qaydada fəaliyyəti daha doğru və faydalıdır".
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev isə Sputnik Azərbaycan-a söyləyib ki, hazırda uşaqlar arasında koronavirusun "Omicron" ştammına yoluxma müşahidə olunmur. Onun sözlərinə görə, hazırda uşaqlar arasında əsasən yayılan virus influenza, mövsümi qrip viruslarıdır.
A.Musayev bildirib ki, əvvəllər uşaqlar arasında COVID-in fəsadlarına daha çox rast gəlinirdi. Hazırda isə belə əlamətlər müşahidə olunmur.
© AFP 2024 / JUSTIN TALLISШприцы перед надписью «Omicron SARS-CoV-2»
Шприцы перед надписью «Omicron SARS-CoV-2» - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Шприцы перед надписью «Omicron SARS-CoV-2»
A.Musayev deyib ki, "Omicron"a yoluxma hallarının məktəblərdə yayılmasının qarşısını almaq üçün məktəblərdə nəzarət gücləndirilməlidir:

"Məktəblərin girişində mütləq şəkildə uşaqların temperaturu yoxlanılmalıdır. Xəstə uşaqlar heç bir halda məktəbə buraxılmamalıdır. Valideynlər bu məsələdə xüsusi diqqətli davranmalıdırlar. Qrip əlamətləri, hərarət, burun axması, halsızlıq, öskürək olan uşaqları məktəbə göndərmək olmaz. Əks halda, bu uşaqlar arasında yoluxma sayının artmasına səbəb olacaq".

Onun sözlərinə görə, hazırkı durumda orta məktəblərin fevralın 15-dən müəyyən müddətə bağlanmasına ehtiyac yoxdur. Ancaq nəzarət tədbirləri gücləndirilməldir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Bakıda koronavirusa görə bağlanan məktəblərin sayı açıqlanıb
Məktəblərdə alternativ enerjinin istifadəsinə başlanılıb
Məktəbli qızları dərsdən kimlər və niyə yayındırır?
Xəbər lenti
0