https://sputnik.az/20220207/mekteblerde-alternativ-enerjinin-istifadesine-baslanilib-438909769.html
Məktəblərdə alternativ enerjinin istifadəsinə başlanılıb
Məktəblərdə alternativ enerjinin istifadəsinə başlanılıb
Sputnik Azərbaycan
Tovuz və Ağstafa rayonunda seçilmiş məktəblərdə pellet yanacağı ilə işləyən isitmə sistemi quraşdırılıb. 07.02.2022, Sputnik Azərbaycan
2022-02-07T18:00+0400
2022-02-07T18:00+0400
2022-02-07T18:00+0400
məktəb
azərbaycan xəbərləri
yanacaq
alternativ
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438909741_0:39:3071:1766_1920x0_80_0_0_f147837d47bb19572d79bd4e44e7a2b1.jpg
BAKI, 7 fevral — Sputnik. Təhsil Nazirliyinin təşəbbüsü, BP və tərəfdaşlarının dəstəyi ilə "Pellet məhsulları ilə Azərbaycanın orta məktəblərinin isidilməsi" layihəsi həyata keçirilir. Layihə Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən icra edilir.Sputnik Azərbaycan xəbər verir ki, layihə ölkəmizdə təbii qaz və ya digər alternativ istilik sistemləri ilə təchiz olunmamış ümumi təhsil müəssisələrinin pellet yanacağı vasitəsilə qızdırılmasını nəzərdə tutur. Pellet yanacağı ağac və taxta tullantılarının təkrar emalı nəticəsində əldə olunan ekoloji təmiz enerji mənbəyidir.Layihə çərçivəsində Tovuz və Ağstafa rayonunda seçilmiş 5 məktəbdə pellet yanacağı ilə işləyən isitmə sistemi quraşdırılıb.Qeyd edək ki, layihənin icrası benefisiar icmalarda olan məktəblərdə istilik probleminin həlli ilə yanaşı Azərbaycanda bərpa oluna bilən, ekoloji təmiz enerji mənbələrinin yaradılması və geniş istifadəsinə də təkan verəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438909741_187:0:2918:2048_1920x0_80_0_0_825bbe549b61ee79d7ef22c1ce193540.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəbləri pellet yanacağı ilə qızdıracaqlar
məktəbləri pellet yanacağı ilə qızdıracaqlar
Məktəblərdə alternativ enerjinin istifadəsinə başlanılıb
Tovuz və Ağstafa rayonunda seçilmiş məktəblərdə pellet yanacağı ilə işləyən isitmə sistemi quraşdırılıb.
BAKI, 7 fevral — Sputnik. Təhsil Nazirliyinin təşəbbüsü, BP və tərəfdaşlarının dəstəyi ilə "Pellet məhsulları ilə Azərbaycanın orta məktəblərinin isidilməsi" layihəsi həyata keçirilir. Layihə Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən icra edilir.
Sputnik Azərbaycan xəbər verir ki, layihə ölkəmizdə təbii qaz və ya digər alternativ istilik sistemləri ilə təchiz olunmamış ümumi təhsil müəssisələrinin pellet yanacağı vasitəsilə qızdırılmasını nəzərdə tutur. Pellet yanacağı ağac və taxta tullantılarının təkrar emalı nəticəsində əldə olunan ekoloji təmiz enerji mənbəyidir.
Layihə çərçivəsində Tovuz və Ağstafa rayonunda seçilmiş 5 məktəbdə pellet yanacağı ilə işləyən isitmə sistemi quraşdırılıb.
Qeyd edək ki, layihənin icrası benefisiar icmalarda olan məktəblərdə istilik probleminin həlli ilə yanaşı Azərbaycanda bərpa oluna bilən, ekoloji təmiz enerji mənbələrinin yaradılması və geniş istifadəsinə də təkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.