https://sputnik.az/20220206/qazaxistanda-terror-tehlukesi-sovusub---sabahdan-olke-normal-heyata-donecek-438884456.html
Qazaxıstanda "terror təhlükəsi" sovuşub - sabahdan ölkə normal həyata dönəcək
Qazaxıstanda "terror təhlükəsi" sovuşub - sabahdan ölkə normal həyata dönəcək
Sputnik Azərbaycan
Qərargah rəisinin verdiyi qərara əsasən, yüksək narıncı səviyyənin olduğu ərazidə aksiyalar ləğv edilib. 06.02.2022, Sputnik Azərbaycan
2022-02-06T16:55+0400
2022-02-06T16:55+0400
2022-02-06T17:16+0400
dünya xəbərləri
qazaxıstan
qazaxıstan daxili işlər nazirliyi
kasım-jomart tokayev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/08/437974196_0:98:3290:1950_1920x0_80_0_0_5dcd425e532176808e005a07c0dae2e9.jpg
BAKI, 6 yanvar - Sputnik. Qazaxıstanın Almatı şəhərində vəziyyətin sabitləşməsi ilə əlaqədar fevralın 7-dən terror təhlükəsinin yüksək narıncı səviyyəsi ləğv ediləcək.Bu barədə əməliyyat qərargahı məlumat yayıb.Qərargah rəisinin verdiyi qərara əsasən, yüksək narıncı səviyyənin olduğu ərazidə aksiyalar ləğv edilib.Report-un xəbərinə görə, xüsusi və hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində fəaliyyətinə davam edəcək.Xatırladaq ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.Yanvarın 16-dan etibarən isə KTMT sülhməramlıları Qazaxıstan ərazisini tərk etməyə başlayıblar.Yanvarın 9-u Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib ki, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Rusiya XİN: KTMT Qazaxıstanda özünü effektli mexanizm kimi göstərdiSıromolotov: Qazaxıstandakı hadisələrin sifarişçiləri barədə danışmaq hələ tezdirTokayev ölkədəki qarşıdurmaların əsl səbəbini açıqladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/08/437974196_280:0:3011:2048_1920x0_80_0_0_d4a7b9c53e083a4f8d5e4a8abc41fbee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, qazaxıstan daxili işlər nazirliyi, kasım-jomart tokayev
qazaxıstan, qazaxıstan daxili işlər nazirliyi, kasım-jomart tokayev
Qazaxıstanda "terror təhlükəsi" sovuşub - sabahdan ölkə normal həyata dönəcək
16:55 06.02.2022 (Yenilənib: 17:16 06.02.2022) Qərargah rəisinin verdiyi qərara əsasən, yüksək narıncı səviyyənin olduğu ərazidə aksiyalar ləğv edilib.
BAKI, 6 yanvar - Sputnik. Qazaxıstanın Almatı şəhərində vəziyyətin sabitləşməsi ilə əlaqədar fevralın 7-dən terror təhlükəsinin yüksək narıncı səviyyəsi ləğv ediləcək.
Bu barədə əməliyyat qərargahı məlumat yayıb.
Qərargah rəisinin verdiyi qərara əsasən, yüksək narıncı səviyyənin olduğu ərazidə aksiyalar ləğv edilib.
Report-un xəbərinə görə, xüsusi və hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində fəaliyyətinə davam edəcək.
Xatırladaq ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Yanvarın 16-dan etibarən isə KTMT sülhməramlıları Qazaxıstan ərazisini tərk etməyə başlayıblar.
Yanvarın 9-u Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib ki, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.